Məhkəmə qərarları › İş №2-1(102)-1583/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1583/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1583/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinəqarşı iş üzrə QƏRAR (Açar sözlər: torpaq sahəsinə reyestrdən çıxarışın, plan və ölçünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı to rpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatına alınaraq buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/20 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alına raq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə X6 iddiaçının xeyrinə cəmi 77712 manat və 32000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuş, borclu tərəfindən qətnamə könüllü icra edilməmiş, tutma borclunun əmlaka yönəldilmiş, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında qərardad çıxararaq Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2000ci il tarixli, 809 saylı Sərəncamı ilə xx xxxxxxx 2000-ci il tarixdə Binəqədi Bələdiyyəsinə təhvil verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2000-ci il tarixli Binəqədi rayon üzrə bələdiyyəyə ayrılmış torpaq sahəsinə dair ayrıc göstəricisinə Vİ sahəyə aid edilmiş və Binəqədi Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı X9 əsasən xx xxx 2006-cı il tarixli 401 saylı alqı-satqı müqaviləsi və xx xxx 2006cı il, 160 nömrəli qərarı ilə X2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkrn, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qü vvəsini almışdır. Bakı şəhəri Binəqədi Bələdiyyəsi xx.xx.2018-ci il tarixli 14 saylı iclasında adı çəkilən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında 60 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən sənədləşdirilmə aparılmış, iddiaçının adına həmin torpaq sahəsinə aid qərar, alqı-satqı aktı, müqavilə və situasiya planı təqdim olunmuşdur. İddiaçı sənədləri xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmiş, xx.xx.2019-cu il tarixdə **********06 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunu almışdır. Cavabdeh onun hüquqlarını pozur, qanuni qüvvəyə almış məhkəmə qərarını qəbul etmir və o da bu hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1725/2019 nömrəli (sədrlik ed ən hakim Miminat Hacıbəyova) qərardadı iləAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1725/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-65/20 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və İlham Əhmədov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1725/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, idd ianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə daxil olmuş və torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Bundan əlavə, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Binəqədi bələdiyyə ərazisi olması barədə elekt ron bazada heç bir məlumat aşkar olunmamışdır və yaşıllıq olan ərazidə yerləşir. Binəqədi bələdiyyəsi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2018-ci il tarixli qərarı qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx xxxxxxx 2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi əldə edilə bilər. Hesab edir ki, cavabdehin bu iradları qanunauyğun deyildir və tamamilə əsassızdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-782/217 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)-6868/2017 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək X8 77712 manat borcunun əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında yerləşən 300 kvadrat metr torpaq sahəsi İddiaçı verilməsi qərara alınmışdır. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Abşeron rayon İcra və X5 rayon Binəqədi Bələdiyyəsinə ünvanladığı xx xxxx 2018ci il tarixli, 17/75 (203517) 18/4 saylı məktubuna əsasən, Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 8(012)-782/20l7 saylı qərardadı icra olunması üçün göndərilmiş, icra edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli «Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2000-ci il tarixli, 809 saylı Sərəncamı ilə xx xxxxxxx 2000-ci il tarixdə Binəqədi Bələdiyyəsinə təhvil verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2000-ci il tarixli Binəqədi rayon üzrə bələdiyyəyə ayrılmış torpaq sahəsinə dair ayrıc göstəricisində Vİ sahəyə aid edilmiş torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətinə əsasən, Binəqədi rayon Binəqədi Bələdiyyəsi (Satan) adından çıxış edən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri X11 və İddiaçı (Alan) arasında müqavilə bağlanmış, Binəqədi rayonu, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında olan 300 kvadrat metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alıcı İddiaçı tərəfindən qəbul olunmuşdur. İş materiallarından göründüyü kimi, adı çəkilən torpaq sahəsi Binəqədi Bələdiyyəsi tərəfindən ilk dəfə hələ xx xxxxxx 2004-cü ildə vətəndaş X1, sonradan alqı-satqı nəticəsində ikinci dəfə Binəqədi Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı X9 əsasən xx xxx 2006-cı il tarixli, 401 saylı alqı-satqı müqaviləsi və xx xxx 2006-cı il, 160 nömrəli Qərarı ilə borclu X10 və nəticədə üçüncü dəfə Azərbaycan Respublikası Abşeron Rayon Məhkəməsi İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair xx xxxx 2017-ci il tarixə mülki işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxartmış, Qətnaməyə əsasən İddiaçı xeyrinə ilkin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 35500 manat, kredit borcuna görə banka ödənilmiş 42212 manat olmaqla cəmi 77712 manat və 32000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuş, Abşeron rayon İcra Şöbəsinin apardığı araşdırma zamanı X8 başqa rəsmi mülkiyyətinin mövcud olması faktı aşkar edilməmiş və bununla bağlı, Abşeron rayon İcra və X7 rayon X3 Rayon Məhkəməsinin qərardadının icra edilməsini tələb etmiş, Binəqədi rayon Binəqədi Bələdiyyəsi məhkəmə qərardadında adı çəkilən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi haqqında 60 saylı qərar qəbul etmiş, həmin qərara əsasən sənədləşdirilmə aparılmış və hal-hazırda iddiaçının adına sözügedən torpaq sahəsinə aid qərar, alqı-satqı aktı, müqavilə və situasiya planı mövcuddur. Beləliklə, cavabdehin torpaq sahəsinin «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx xxxxxxx 2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət v ə icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi əldə edilə bilməsinə istinad etməsi tamamilə əsassızdır və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının işə baxan hakim heyəti qəbul etdikləri xx xxxx 2020-ci il tarixli, 2-1(103)65/2020 nömrəli qərarında bu faktı da düzgün qiymətləndirməmişdir. Bundan başqa, torpaq sahəsinin Dövlət torpağı olması haqqında verilmiş ekspert rəyi tamamilə yanlışdır və cavabdehin özünün tabeliyində olan təşkilat tərəfindən verilməsi də buna sübutdur. Bildirmək istəyir ki, ekspert rəyində göstərilmiş ünvan və koordinatlar adıçəkilən torpaq sahəsinə aid deyil. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iş materiallarında olan heç bir sənədi ekspertizaya göndərməmiş və bununla da ekspertizanın düzgün qərar çıxarmasına mane çilik törətmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-65/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsxi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, 2-1(103)-65/2020 nömrəli qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1725/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən «Bələdiyyə torpaql arının idarə edilməsi haqqında» Qanunun 2.1, 4.0.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə istinad etməklə belə hesab etmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə işin obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin etməmiş, cavabdehin imtinasında istinad etdiyi halları araşdırmamış, yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlilləri əsaslı hesab edir. Belə ki, ilk öncə məhkəmə kollegiyası iddiaçının iddiasının məzmununu xatırlatmağı zəruri hesab edir. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında yerləşən 300 kvadrat metr torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə X6 iddiaçının xeyrinə cəmi 77712 manat və 32000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuş, borclu tərəfindən qətnamə könüllü icra edilməmiş, tutma borclunun əmla kın yönəldilmiş, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında qərardad çıxararaq Azərbaycan Respublikası Prezidentinin «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 1999cu il tarixli Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2000-ci il tarixli, 809 saylı Sərəncamı ilə xx xxxxxxx 2000-ci il tarixdə Binəqədi Bələdiyyəsinə təhvil verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2000-ci il tarixli Binəqədi rayon üzrə bələdiyyəyə ayrılmış torpaq sahəsinə dair ayrıc göstəricisinə Vİ sahəyə aid edilmiş və Binəqədi Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı X9 əsasən xx xxx 2006-cı il tarixli 401 saylı alqı-satqı müqaviləsi və xx xxx 2006cı il, 16 0 nömrəli qərarı ilə X2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında yerləşən 300 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Binəqədi Bələdiyyəsi xx xxxxxxx 2018-ci il tarixli 14 saylı iclasında adıçəkilən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında 60 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən sənədləşdirilmə aparılmış, iddiaçının adına həmin torpaq sahəsinə aid qərar, alqı-satqı aktı, müqavilə və situasiya planı təqdim olunmuşdur. İddiaçı sənədləri xx xxxxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmiş, xx xxxxxx 2019-cu il tarixdə **********06 saylı xx xxxxxx 2019-cu il tarixli imtina məktubunu almışdır. Cav abdeh onun hüquqlarını pozur, qanuni qüvvəyə almış məhkəmə qərarını qəbul etmir və o da bu hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsində yuxarıda göstərilmiş faktları apelyasiya instansiyası məhkəməsi özü də xx xxxx 2020-ci il tarixli qərarının əsaslandırıcı hissəsində yazmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi xx xxxx 2020-ci il tarixli qərarında vurğulamışdır ki, «Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 8(012)782/217 saylı qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)6868/2017 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək X 8 77712 manat borcunun əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında yerləşən 300 kvadrat metr torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qərardadın icrasının təmin edilməsi üçün Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxxx 2018-ci il tarixli «Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında Müqavilə», «Torpaqların alqı-satqısına dair Akt» tərtib edilmişdir». Beləliklə, apelyasiya instansiyası məhkəməsinin özü mübahisəli torpaq sahəsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Eyvaz Əsədovun iddiaçıya olan borcunun əvəzinə xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərardadına görə torpağın alqı-satqısı aktı nəticəsində Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya satıldığını təsdiqləmişdir. Lakin buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi işin bu mübahisəsiz halını nəzərə almamış və ona düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını ləğv edərkən həm də ona istinad etmişdir ki, «məhkəmə işin obyektiv araşdırılması üçün iş üzrə ekspertiza təyin etməmiş», lakin apelyasiya instansiyası məhkəməsinin təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizası obyektiv sayıla bilməz, belə ki, həmin cavabdehin yanında olduğu digər bir struktur vahidinə, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin y anında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Buna görə də iş üzrə obyektiv ekspertizanın aparılması üçün bitərəf və müstəqil ekspertə həvalə edilməsi zəruridir. Eyni zamanda, iş materiallarında Bakı şəhər İcra Hakimiyyətinin torpaqla əlaqədar təsdiq etdiyi sxem mövcuddur ki, bu məsələ də apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Bununla yanaşı, xüsusi olaraq qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, X13 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7-ci mikrorayon, 244 saylı məktəbin yanında yerləşən 300 kvadrat metr torpaq sahəsinə ilkin müqavilə əsasında satınalma haqqında xx xxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlamışdır, yəni, mübahisəli torpaqla bağlı hüquqi hərəkətlər 2007-ci ilin dekabr ayından əvvəl, başqa sözlə, «Bələdiyyə torpaqların idarə edilməsi haqqında» 9.1-ci maddəsi qanuni qüvvəyə minməmişdən əvvəl edilmişdir. Bu məsələyə apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə diqqət yetirməmiş və bunu araşdıraraq hüquqi qiymət verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelya siya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-65/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar