Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1583/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN: xxxxxxx ) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X3) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-563/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin 11 nömrəli Orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamına əsasən Göradil bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 351 “ı” nömrəli bağ İddiaçı ayrılmışdır.
2. İddiaçı ərizə ilə Bağ torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün ca vabdehə müraciət etmişdir.
3. Cavabdeh müraciətdən imtina edərək qeyd olunan bağ sahəsinə X2 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilmədiyindən, həmçinin göstərilən bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyindən, bundan əlavə, təqdim edilən Baki şəhər İH tərəfindən verilmiş sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilmədiyindən ərizənin icrasının mümkün olunmamasını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1609 saylı Sərəncamına əsasən iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əh aliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 11 nömrəli Orderlə verilmiş Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli. İ609Täyh Sərəncamına əsasən Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar saəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 35 TT’ saylı bağ sahəsi dörd nfərdən ibarət ailə üzvləri olmaqla onun - İddiaçı adına ayrılmışdır. Həmin sərəncama əsasən ona Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 11 nömrəli Order verilmişdir. Qeyd edilən bağ sahəsinə dair plan ölçüsü tərtib edilmiş və ona təqdim edilmiş sənədlər əsasında Bağ torpaq sahəsinin dörd bir tərəfindən standart mişar daşlarında hasar çəkdirmiş və Darvaza qoydurmuşdur. Bağ torpaq sahəsi 28 ildir ki, onun istifadəsindədir və bu vaxta kimi hər hansı bir şəxs tərəfindən ona ayrılmış torpaq sahəsinə iddialı olması barədə heç bir tələb olmamışdır. 2006-cı ildən başlayaraq ona ayrılmış Bağ torpaq sahəsinin vergilərini Binəqədi rayon Bələdiyyəsinə ödəyir. Sonradan iddiaçı ərizə ilə Bağ torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin **********95 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir: “Müraci ətinizlə əlaqədar bildirirk ki, təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin göstərilən bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə, təqdim edilən Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bu səbəblərdən ərizəniz təmin edilməmişdir.” Bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün verilmiş imtina tamamilə əsassızdır. 6.Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9114/2021 saylı qərarı (hakim.E.Əliyev) ilə iddianın təmin edilməsi, Bakı Şəhər İcra hakimiyyəti başçısının xx.xx.1993-cü i l tarixli, 1609 saylı Sərəncamına əsasən iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən 11 nömrəli Orderlə verilmiş Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Göradil qəsəbəsi ərazisindəki 0.12 ha olan 351 “İ” nömrəli bağ sahəsi Bakı ŞİH-in xx.xx.1993-cü il tarixli 1609 №-li Sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 11 nömrəli orderi ilə ayrıldığından və həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqd im edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı 351 “ı” nömrəli bağ sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-563/2022 nömrəli q ərarı (hakimlər A.Hüseyn /sədrlik edən və məruzəçi/, A.Hüseynov və S.Bəktaşi) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9114/2021 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ətraf lı araşdırmamış, onlara münasibət bildirməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qeyd olunan bağ sahəsinə dair təqdim edilən X2 və İstismar Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, iddia olunan bağ sahəsi digər fiziki" şəxsin Qarayev Rizvan üəhəmməd oğlunun adına “351F’ saylı bağ kimi daş sumaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir, Bundan əlavə, təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamda bağ sahəsinin nömrəsi və.ölçüsü qeyd edilməmişdir. Habelə, bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(103)-563/2022 saylı qərarı İdarəyə daxil olduqdan sonra iddiaçının iştirakı ilə iddia olunan və göstərilən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində təkrar yerli baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən göstərilən bağ sahəsinin 3 tərəfi 5-12 daş hündürlüyündə və 1 tərəfi isə 1 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsi üzərində tikili inşa edilməmişdir. Göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən digər fiziki şəxsin (X3) adına qeydiyyatdan keçmişdir. Həmçinin, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Göründüyü kimi yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış,apellyas iya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların öz başına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüq uqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddsinəəsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-563/2022 saylı qərarının ləğv olunması və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə iddiaçı tərəfindən etiraz təqdim edilmişdir.Etiraza əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)563/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüqu qların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələr inə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğu nu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunve riciliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə» Bənd
3. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmət in vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88 Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses işti rakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5 Şika yətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1 apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2 apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, məlum olduğu kimi İPM-nin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Lakin cavabdeh kassasiya şikayətinin “hüquqi əsaslar” adlanan hissəsində 9 (doqquz) maddi hüquq normasına istinad etsə də, cavabdehin qənaətinə onların apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını yazmamış, prosessual hüquq normasının isə hər hansı bir pozuntusunu ümumiyyətlə göstərməmiş, yəni cavabdehin kassasiya şikayətinin həmin hi ssəsi sadəcə deklarativ və formal xarakter daşıyır.
20. Eyni zamanda cavabdehin kassasiya şikayətinin “İşin halları” adlanan hissəsində göstərilmişdir ki, “qeyd olunan bağ sahəsinə dair təqdim edilən X2 və İstismar Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir.“
21. Cavabdehin sözügedən dəlili apellyasiya şikayətində də əks olunduğundan apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qərarında göstərmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqan larının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçıya Göradil qəsəbəsi ərazisindəki 0.12 ha olan 351 “İ” nömrəli bağ sahəsi Bakı ŞİH-in xx.xx.1993-cü il tarixli 1609 №-li Sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 11 nömrəli orderi ilə ayrıldığından və həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Göstərilənlərə əsasən İddiaçı 351 “ı” nömrəli bağ sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyy ət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, İdarənin arxivində müvafiq orderin nüsxəsinin aşkar olunmaması daşınmaz əmlakın qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.
23. Məhkəmə kollegiyası cavabdehin imtina üçün gətirdiyi göstərilən bağ sahəsinin digər şəxsin-X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, apellyasiya baxışı zamanı X3 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir.
24. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, seriya MA ******* saylı daşı nmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 351f saylı bağ sahəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
25. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, uzun müddətdir ki, çıxarışın verilməsini tələb etdiyi bağ sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdehin çıxarışın verilməsindən imtina etdiyi bağ sahəsinin X1 adına qeydiyyatdan keçməsi də öz təsdiqini tapmamışdır.
26. Belə ki, 3-cü şəxs qismində cəlb edilmiş X3 apellyasiya baxışı zamanı verdiyi izahatında ona məxsus torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsass ızdır yəni iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
28. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 29 aprel 2022-ci il tarixli, 2-1(103)-563/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.