Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1584/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Dövlət X10 Xüsusi X2rşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1584/2020) Açar sözlər: güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin olunması Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin vəkili Vəkil iştirakları ilə, iddiaçı X1 cavabdeh Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Xüsusi X2rşı “pensiyanın təyin o lunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı X6 xx.xx.1962-ci ildə doğulmuşdur və Sumqayıt şəhərində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx xxxxxxxx 1977-ci ildən xx xxxxxx 1981-ci il tarixədək Bakı Baza Energetika Texnikumunda təhsil almış, xx.xx.1981-ci il tarixdən xx xxxx 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunda kalium qəlitəsinin buxarlanması sexində kompressor qurğu maşinisti, soyutma aparatçısı, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər X5 Diyarında tikintidə işləmiş, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilə qədər "Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun su təchizatı sexində maşinist, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək "Üzvi sintez" zavodunda propilen oksidi sexində çilingər, xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixədək propilen oksidi və lak-boyaq bərkidicilər sexi üzrə 5-ci dərəcəli NÖC və A təmiri üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və A təmiri üzrə çilingər, xx.xx.2003-cü il tarixədək həmin sexdə 6-cı dərəcəli NÖC və A təmiri üzrə növbəli çilingər, xx.xx.200 4-cü ilədək həmin sexdə NÖC və A təmiri üzrə sahə rəisi, xx.xx.2010-cu il tarixədək propilen oksidi sexində NÖC və A təmiri üzrə sahə rəisi, xx.xx.2012-ci ilədək propilen oksidi sexinə nəzarət-ölçü cihazları və avtomatika üzrə mühəndis, xx.xx.2012-ci il tarixədək mütləqləşdirilmiş spirt istehsalı sexində nəzarət-ölçü cihazları və avtotamika üzrə mühəndis, xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək “Azərkimya İB” təmir-tikinti idarəsində 1 saylı mexaniki quraşdırma sahəsində 11-ci dərəcəli iş icraçısı kimi çalışmışdır. İddiaçı məktubla DSMF-nin X9 İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. DSMF-nin X9 İdarəsi iddiaçıya **********1 saylı, xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək, xx.xx.2006-cı il tarixə iş stajı nın 25 ildən az olduğunu və bu səbəbdən ona pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə kişilər- 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Onun 57 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixə qədər 26 il 8 ay 29 gün ümumi iş stajı, ümumilikdə 13 il 02 ay 11 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən stajı vardır. Buna görə də cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin iddia tələbinə qarşı etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsa sları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilərək, X3 xx.xx.1977xx.xx.1981-ci illərdə Bakı Baza Energetika Texnikumunda təhsil aldığı müddətin sığorta stajına daxil edilərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin X9 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq əmək stajı olduğundan və həmin stajın 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2019-cu il tarixdə artıq 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayıb xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və S.Seyidova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmə dən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi və vəkili xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, nə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun əvvəlki və yeni redaksiyalarına əsasən,İddiaçı pensiya hüququ yaranmamışdır. Çünki onun zəruri iş stajı yoxdur. İddiaçı 1983-1984-cü və 19932005-ci illərdə güzəştli şərtlərlə əmək pensiyası təyin etməyə imkan verən işlərdə çalışdığını iddia edir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, bu iddia yanlışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi «"NÖC" və A üzrə sahə rəisi» peşələrinin heç birinə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarında rast gəlmək mümkün deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi 72 və 73 nömrəli arayışlarda qeyd olunur ki, iddiaçının çalışdığı peşələr həmin Qərarın 10-cu bölməsinin 3-cü bəndinin 2110A030-17531 şifrinə əsasən 2 saylı Siyahıda göstərilmişdir. Lakin həmin bəndin mətnini olduğu kimi təqdim etdikdə görünür ki, bu bənddə göstərilən əmək fəaliyyəti növünün xüsusiyyə tləri ilə iddiaçının əmək kitabçasında adı göstərilən peşə növü fərqlidir. 2 nömrəli Siyahıda sadalanmış istehsalatlarla texnoloji və elektrik avavdanlığının təmirində, profilaktikasında, xidmətində 1 nömrəli və 2 nömrəli Siyahalarda göstərilmiş nəzarət-ölçü cihazlarının... təmiri ilə məşğul olan fəhlələr peşəsi iddiaçının işlədiyi peşə ilə uyğun gəlmir. İddiaçının məhkəməyə təqdim etdiyi 71 saylı arayışda göstərildiyi kimi, onun 1983-1984-cü illərdə çalışdığı "kompressor qurğu maşinisti" fəaliyyət növü Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyhıda göstərilmişdir. Buna görə də yalnız bu bir illik müddət iddiaçının xüsusi staj müddəti hesablanarkən nəzərə alına bilər. İddiaçının çalışdığı digər peşələr isə xüsusi staja aid deyildir. Tər əflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 ay xüsusi iş stajına malik olduğunu bildirərək, 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Adı çəkilən Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır xx.xx.2006-cı il tarixə qədər qüvvədə olm uş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Bu normadan göründüyü kimi, 9.8-ci maddəyə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən ye raltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Cavabdeh xx xxxx 2019-cu il tarixli məktubunda iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onun xx.xx.2006-cı il tarixinə 25 il ümumi stajının olmaması ilə əsaslandırmışdır. İşə baxmış məhkəmələr iddiaçının orta-ixtisas təhsili aldığı dövrü də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən onun sosial sığorta stajına daxil etməklə, xx.xx.2006-cı il tarixədək onun 25 il ümumi stajının olduğu barədə düzgün nəticəyə gəlmişlər. Lakin apelyasiya instansiyası məhkəm əsi iddiaçının xüsusi stajı ilə bağlı apelyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamışdır. Belə ki, apelyasiya şikayətində iddiaçının işlədiyi "NÖC" və A üzrə sahə rəisi peşələrinin heç birinə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarında rast gəlmək mümkün olmadığı və təqdim olunmuş 72 və 73 nömrəli arayışların məzmunu ilə razılaşmadığı bildirilir. Siyahının 2110A03017531 şifrində göstərilən peşə ilə iddiaçının əmək kitabçasında adı göstərilən peşə növünün fərqli olduğu göstərilir və Siyahılarda göstərilmiş nəzarət-ölçü cihazlarının təmiri ilə məşğul olan fəhlələr peşəsinin iddiaçının işlədiyi peşə ilə uyğun olmadığı bildirilir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri hələ işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim etdiyi yazılı etirazında da irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi həmin dəlilləri araşdırmamış, yalnız iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara istinad etməklə iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illərdə kalium qəlitəsi sexində işlədiyi komressor qurğu maşinisti (soyutma aparatı) peşəsini 1 nömrəli Siyahının 1080A010 şifrinə, xx.xx.1993-xx.xx.1999-cu illərdə propilen oksidi sexində işlədiyi NÖC və A üzrə çilingər peşəsini 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə, xx.xx.1999-xx.xx.2005-ci illərdə propilen oksidi və lak-boyaq bərkidicilər sexində işlədiyi NÖC və A təmiri üzrə çilingər, NÖC və A üzrə sahə rəisi peşələrinin 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə aid olduğu barədə nəti cəyə gəlmişdir. Doğrudur ki, iş yerindən verilmiş arayış şəxsin xüsusi şərtlərlə pensiya təyin olunmasına imkan verən işlərdə işləməsini müəyyən etmək üçün sübut kimi qəbul oluna bilər. Çünki «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda n əzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayışlar bu tələblərə cavab vermir. Birinci instansiya məhkəməsi arayışda göstərilən məlumatları 1 və 2 nömərli Siyahılarla tutuşdurub gəldiyi nəticəni əsaslandırmamış, bu cür təhlil aparmamasını onunla izah etmişdir ki, "Cavabdeh məhkəməyə tə qdim etdiyi etirazda iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olmasına istinad etsə də, cavabdehin etirazdakı bu mövqeyi əsassızdır. Belə ki, iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajı olması iş materialları ilə təsdiqlənmiş, eləcədə də, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilərkən həmin hala istinad etməmiş, bununla da həmin hal işin mübahisəsiz halı olmuşdur". Apelyasiya instansiyası məhkəməsi də cavabdehin həmin dəlillərini araşdırmamış, birinci instansiya məhkəməsinin tam əsaslandırılmamış mövqeyini eynilə qərarına köçürməklə işi tamamlamışdır. Halbuki, pensiya təyin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyularkən, məhkəmə təkcə cavabdehin imtina məktubunda (qərarında) göstərilən dəlilləri araşdırmaqla kifayətlənməməli, pensiya təyin olunması üçün zəruri olan digər şərtlərin də (hazırki işdə iddiaçının xüsusi staja malik olması və yaşa çatması) mövcud olmasını araşdırmağa borcludur. X8 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam h əcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Ona görə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. İşin tam və hərtərəfli araşdırılması barədə bu prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-448/2019 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1584/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1584/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver