Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1584/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ r ayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1704/2023 nömrəli, 5 aprel 2023cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiаçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)6303/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X1” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. 3. 12 yanvar 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 20 17-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə göndərilmişdir. 4. 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi 10/129 nömrəli məktubla bildirmişdir ki, iddiaçının adına çıxarılmış xx.xx.2017-ci il tarixli 2-1(81)-6303/2017 saylı qərar icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 16 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icrasının nəzarətə görülməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslan dırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-6303/2017 saylı qərarı əsasında iddiaçıya təyin edilmiş pensiya məbləğinin ödənilməsi 2020-ci ilin noyabr ayından əsassız olaraq dayandırılmışdır.
7. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icra edilməməsinə görə cərimənin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19 noy abr 2022-ci il tarixdə məhkəməyə müvafiq məlumatların göndərilməsi haqqında məktubu ilə bildirmişdir ki, Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan xidməti araşdırma zərurəti ilə əlaqədar iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiyanın ödənişi dayandırılmışdır. Araşdırmanın nəticəsi olaraq adı çəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 avqust 2022-ci il tarixli **********2 nömrəli məktubla Azərbaycan Re spublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-161 mat-22/2921 nömrəli məktuba əsasən, sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(81)-6303/2017 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı ilə “iddiaçıya xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X1” Qanunun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi” haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekab r 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilmişdir.
10. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Konstitusiyasının 129, İPM-nin 79.1, 79.2, 116.1 və 120-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 2-1(103)-1704/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları və hazırkı qərarın 8-ci bəndində göstərilən məktubun dəlilləri sadalanmışdır. kassasiya şikayətinə dair etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdə liklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 18. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azə rbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanunla müəyyən olunmuş qaydada və məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə icra olunmamasına görə cavabdehə maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı məsələ apellyasiya məhkəm əsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Azərbaycan Respublikası Konstitusiyasınımn 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
27. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 1 saylı Bakı İnziba ti-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarı xx.xx.2018-ci ildə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci ildə icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli 10/129 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının adına çıxarılmış xx.xx.2017-ci il tarixli 2-1(81)-6303/2017 saylı qərar icra edilmişdir. Məktub xx.xx.2018-ci ildə məhkəməyə daxil olmuşdur. Lakin iddiaçı 16 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017- ci il tarixli, 2-1 (81)-6303/2017 saylı qərarının icrasının nəzarətə götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6303/2017 saylı qərarı əsasında iddiaçıya təyin edilmiş pensiya məbləğinin ödənilməsi 2020-ci ilin noyabr ayından əsassız olaraq dayandırılmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubları ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icra edilməməsinə görə cərimənin tətbiq ediləcəyi barədə xəbərdar edilmişdir. Lakin məhkəmə qərarı c avabdeh tərəfindən icra edilmədiyi üçün Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehə 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmiş və cərimənin məcburi qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
28. Bu qərarın 17-ci bəndində istinad olunan normaya görə, həmin Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəliklər) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin normaya görə, məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin cərimə məhkəmə tərəfindən təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
29. Nəzərə almaq lazımdır ki, mübahisə tərəfləri məhkəmə qərarına bağlıdır və onun məzmununa uyğun davranmağa borcludur. Dövlətin adından çıxarılan məhkəmə qərarı, xüsusən də dövlət orqanları tərəfindən könüllü şəkildə, qərar məcburi icraya yönəldilmədən icra olunmalıdır. Ha zırkı mübahisəyə münasibətdə məhkəmə qərarı inzibati orqan tərəfindən nəinki könüllü şəkildə, hətta həmin qərar məhkəmə tərəfindən məcburi icraya yönəldildikdən sonra da müəyyən olunmuş müddət ərzində icra olunmamışdır. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər məhkəmə qərarının müəyyən olunmuş müddət ərzində icra olunması imkanını istisna edən hallar qismində qiymətləndirilə bilməz.
30. Şəxsin sosial təminat hüququnun təmin olunması və əmək pensiyasının ödənilməsi onun və ailə üzvlərinin yaşayışına, onların həyatının keyfiyyətinə birbaşa təsir edən faktordur. Cavabdeh şəxsin bu hüquqlarının təmin olunmasına yönəlmiş məhkəmə qərarının icrasını kassasiya şikayətində istinad etdiyi dəlillər üzərindən təmin etməməkdə və ya icranı uzatmaqda haqlı sayıla bilməz.
31. Beləliklə məhkəm ə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1704/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.