Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1584/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; diaqnoz əlilliyin təyininə əsas vermir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reab ilitasiya Agentliyinə qarşı “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)574/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26 saylı şəhər Poliklinikasının xx.xx.2004-cü il tarixli, xx.xx.2004-cü il tarixli və xx.xx.2015-ci il tarixli göndərişləri əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və hər dəfə bir il müddətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında isə elektron təyinatla beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.
2. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə yenidən həmin poliklini kanın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli göndərişləri əsasında baxılmış və diaqnoz əlillik əlaməti təyin etmir, “keyfiyyətsiz doldurulma-göndərişin natamam doldurulması, diaqnozu təsdiqləyin müayinələr tam aparılmayıb”, “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan göstəriciləri qeyd olunmayıb, ixtisaslaşmış müəssisədə əlavə müayinə olunmaq məsləhət görülür” və “Nevroloji klinikada əlavə müayinə və müalicə qərarı verildi” səbəbləri ilə imtina verilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin sonuncu dəfə xx.xx.2022-ci il tarixli 2786003AAFX0 saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina barədə qərar verilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 2021-ci ilədək əlil statusu olmuşdur. Lakin 2021-ci ildən əlilliyi dayandırılmışdır. Tibbi müəssisəsinin göndərişlərinə əsasən isə əlilliyin təyinindən imtina olunmuşdur. Qeyd olunmuşdur ki, əlavə müayinə və müalicə olunacağı təqdirdə yeni göndəriş əsasında əlillik vəziyyəti qiymətləndiriləcəkdir.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6865/2022 nömrəli qərardadı ilə iddiaçıda mövcud olan x əstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir.
8. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla qeyd etmişdir ki, “Ümumi xəstəlik” səbəbindən xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin ha zırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması”diaqnozu - öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6865/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozu təsdiqini tapırmı?
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 439/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi ilə bağlı 26 saylı şəhər poliklinikasında tərtib olunmuş sonuncu 88 saylı formada şəxsin səhhətini əks etdirən “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozunda “Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” şəxsin əyani müayinəsi zamanı aşkar edilmədi, “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” xəstəlikləri isə instrumental (MRT) müayinədən istifadə olunmadan yəni, xəstənin şikayətləri və xəstəliyin klinikasına görə təyin edilmişdir. Bu səbəbdən də göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşması “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya” diaqnozunun onda olub-olmaması barədə hazırda fikir söyləmək mümkün deyil.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-855/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agent liyinin ekspertləri cəlb edilmədən) və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1965-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması” diaqnozu təsdiqini tapırmı?
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T246/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə onun “Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları, somatogen mənşəli ikincili ensefalopatiya” xəstəliyindən əziyyət çəkməsi göstərilsə də, şəxsin əyani müayinəsi zamanı onda kordinator statik pozuntular, yeriş və hərəkətin pozulması müəyyən edilmədi.
13. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2-1(112)-855/2023 nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə şəxsin əyani müayinəsi zamanı qeyd edilən diaqnozun təsdiqini tapmaması müəyyən olunmuşdur. İddiaçının göndərişdə qeyd olunan diaqnozu təsdiqini tapmadığından ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-574/2024 nömrəli qərar ı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şi kayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün kifayət qədər sübut təqdim edilmişdir məhkəmə bu sübutlara heç bir qiymət verməmişdir.
20. Bundan əlavə qəbul edilmiş qərar sənəd əsasında yox vizual yəni gözlə görünüşə əsasən qərar qəbul olunmuşdur. Belə ki, əyani müayinə zamanı iddiaçıda kordinator statik pozuntular yeriş və hərəkətin pozulması müəyyən edilməmişdir.
21. Həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutlara əhəmiyyət verməmişdir. Yəni, sənədlərdə göstərilən xəstəliyə görə yox, vizual gözlə görünüşdə pozuntuların olmaması ifadəsinə qiymət verərək ədalətsiz qərar qəbul etmişdir.
22. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 218.1, 220.4-cü və İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tə rəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanu nla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirak ına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
27. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti v əzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə ka ssasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pred metini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. İşin araşdırılmış hallarına əsasən iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin sonuncu dəfə xx.xx.2022-ci il tari xli 2786003AAFX0 saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə imtina
36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun xəstəliyini nəzərə alaraq barəsində əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə yönəlmişdir.
37. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyan i müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla qeyd etmişdir ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Serebrovaskulyar xəstəlik. Somatogen mənşəli ikincili ensefalopatiya. Koordinator statik pozuntular, yeriş və hərəkətin pozulması”diaqnozu - öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
38. Bundan sonra şəxsin əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırl aşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2xx.xx.2023-cü il tarixli T246/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə onun “Serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları, somatogen mənşəli ikincili ensefalopatiya” xəstəliyindən əziyyət çəkməsi göstərilsə də, şəxsin əyani müayinəsi zamanı onda kordinator statik pozuntular, yeriş və hərəkətin pozulması müəyyən edilmədi.
39. Göründüyü kimi iddiaçının göndərişdə qeyd olunan diaqnozu təsdiqini tapmadığından ona əlillik təyinatının aparılmasından cavabdehin imtinası əsassız olmamışdır.
40. Beləliklə, apellyasiya i nstansiyası məhkəməsinin qərarı hazırkı qərarın 24-27a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2-1(103)-574/2024nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.