Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1584/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(103)-334/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RTPS "Geyim" Bir yinin 38 №li mağazasının xx.xx.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi"nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu movcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsindən 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43 ünvanda yerləşən RTPS “GEYİM" Birliyinin 38 №-li Mağazası xx.xx.1992- ci il tarixdə 301 sayla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdə (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialında qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 43 ünvanda yerləşən RTPS “GEYİM" Birliyinin 38 №-li Mağazasının yerləşdiyi daşınmaz əmlak hərracda satıldığından, həmin tarixdən, yəni xx.xx.2017-ci il tarixdə fəaliyyətini dayandırmış və bu haqda aidiyyəti vergi orqanına rəsmi məlumat verilmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə X11 İdarəsi cavabdeh “RTPS Geyim Birliyinin” 38 №-li mağazasına qarşı 3911,45 manat (əsas borc 3111,20 mana t, penya 800,25 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Narazı tərəfin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Sonradan Azərbaycan Respublikası İN yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi (əvvəlki adı Azərbaycan Respublikası VN yanında Bakı şəhəri X7 Departamenti) tərəfindən RTPS İddiaçıiyinin 38 saylı Mağazasının dövlət büdcəsinə 101,28 manat, Dövlət Sosial Müdafiə Fonduna 4926,48 manat borcun ödənilməsini təmin etmək üçün icra orqanın rəhbəri, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 ölkədən getmək hüququnun vergi öhdəliklərinin tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmasına dair iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda məhkəmə qərarından narazı qalan tərəfin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarından göründüyü kimi, iddianın qaldırıldığı dövrdə qüvvədə olan qanunvericilik iddiaçı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yalnız qanunun müəyyən etdiyi müddətlərdə və qaydada borcun tələbi vəzifəsini təsbit etmiş, lakin onun tərəfindən həmin qanunların tələbləri pozulduğundan iddia tələbi üzrə normaların tətbiqinə hüquqi don geyindirmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İN yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən isə qanun normaları kobud şəkildə pozularaq, müəyyən edilmiş müddətlərdə və qaydada qərar və bildiriş vermək əvəzinə "guya borclunun məlumatlandırılması” barədə sadəcə “görüntü üçün", nə qeydiyyat nömrəsi, nə də qeydiyyat tarixi təqdim etmə prinsipinə zidd şəkildə, borcun yaranma tarixi göstərilmədən, beləliklə də tələbin müddəti ötürülməklə, yanlış olaraq dövlət büdcəsinə xx.xx.2021-ci il t arixə ümumilikdə 5027,76 manat borcun yaranmasına dair xəbərdarlıq təqdim etmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlərin qanunla müəyyən edilmiş təqdim edilməsi barədə məlumatlar isə yalan və iftiralardan başqa bir şey deyildir. Bununla bağlı “borcun yaranma səbəbləri, yaranmış borcların silinməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması” barədə Azərbaycan Respublikası İN yanında DVX-nə edilmiş xx.xx.2022-ci il tarixli müraciətə, vergi orqanı tərəfindən mücərrəd və “süni şəkildə yaradılmış problemin” hər hansı şəkildə həllinə yönəldilməyən, bilərəkdən hüquq müstəvisində həllinə nail olmasına maneələr yaratmaqla əsassız və qanunsuz cavab verilmişdir. Beləliklə, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” qanunun müddəal arı kobud şəkildə pozulmuşdur. Bu səbəbdən göstərilən yerinə yetirilmiş və istinad edilən xüsusatlar tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş metodların hansından istifadə etdiyi, ümumiyyətlə, qərarı hansı əsaslı və mötəbər sübutlara istinad edərək qəbul etdiyi bəlli deyil. Ümumilikdə qəbul edilmiş prinsip və qaydalara zidd şəkildə aparılmış araşdırma və bunlara istinadən qəbul edilmiş qərarlar özü-özlüyündə qanunsuz hesab olunur.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9512/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üç üncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, RTPS İddiaçıiyinin 38 №-li mağazasının xx.xx.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu mövcuddur. Belə ki, həmin borc sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2023 saylı, 31 may 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, RTPS İddiaçıiyinin 38 №-li mağazasının şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haq qı üzrə hesablanmış 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sü butlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddia təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri vermişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-334/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-1369/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf uzun müddət fəaliyyət göstərmədiyini, hazırda ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə təqdim edilmiş hesabat məlumatlarından görünür ki, sığortaedən (iddiaçı) RTPS İddiaçıiyinin 38 №-li mağazası tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək olan dövrlər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmiş, həmin hesab at məlumatlarına əsasən də mübahisələndirilən borc məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2012-ci ilin İV rübü, 2013-cü il İ-İV rübü, 2014-cü ilin İ-İV rübü, 2015-ci ilin İ-İV rübü, 2016- cı ilin İ-İV rübü, 2017-ci ilin İ-İV rübü, 2018-ci ilin İ-İİİ rübü üzrə məcburi dövlət sosial sığorta üzrə rüblük hesabatlar təqdim edilmişdir, həmçinin həmin hesabatlar iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən qeyd olunan dövrlər üzrə müvafiq ödəmələr nəzərə alınmaqla və qanunvericiliyin tələblərinə uyğun olaraq silinmələr həyata keçirilməklə hazırda mübahisələndirilən borc məbləği hesablanmışdır, lakin bu günədək iddiaçı tərəfindən ödənilmir. Göründüyü kimi, iddiaçı ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını b ildirsə də, hazırda mübahisələndirilən borc iddiaçıya məhz onun göstərilən dövrlərdə hər rüb üzrə elektron qaydada təqdim etdiyi məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən hesablanmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində Vergi Məcəlləsinin 36.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
13. Bildirilir ki, iddianın qaldırıldığı dövrdə qüvvədə olan qanunvericilik iddiaçı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yalnız qanunun müəyyən etdiyi müddətlər də və qaydada borcun tələbi vəzifəsini təsbit etmiş, lakin onun tərəfindən həmin qanunların tələbləri pozulduğundan iddia tələbi üzrə normaların tətbiqinə hüquqi don geyindirmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İN yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən isə qanun normaları kobud şəkildə pozularaq, müəyyən edilmiş müddətlərdə və qaydada qərar və bildiriş vermək əvəzinə "guya borclunun məlumatlandırılması” barədə sadəcə “görüntü üçün", nə qeydiyyat nömrəsi, nə də qeydiyyat tarixi təqdim etmə prinsipinə zidd şəkildə, borcun yaranma tarixi göstərilmədən, beləliklə də tələbin müddəti ötürülməklə, yanlış olaraq dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə ümumilikdə 5027,76 manat borcun yaranmasına dair xəbərdarlıq təqdim etmişdir. xx.xx.2019-cu il tarixli və xx. xx.2019-cu il tarixli bildirişlərin qanunla müəyyən edilmiş təqdim edilməsi barədə məlumatlar isə yalan və iftiralardan başqa bir şey deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Üçüncü şəxs kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması;... 1.1. 7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; Maddə
2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə
3. Sosial sığortanın prinsipləri Sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 aprel 1997-ci il tarixli, 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərman ı... 2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; (həmin Fərmanın əvvəlki redaksiyası) 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2578) ilə 2.3- cü bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir; 2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsind ən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyiş dirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahi r Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazasının məcburi dövlət sosial sığorta haqqı üzrə 4821,20 manat, maliyyə sanksiyaları (o cümlədən penya) üzrə 105,27 manat borcu mövcuddur. Hazırda iddiaçı həmin borcun sili nməsini tələb edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində olduğu kimi kassasiya şikayətində uzun müddət fəaliyyət göstərmədiyini, hazırda ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş hesabat məlumatlarından görünür ki, sığortaedən (iddiaçı) RTPS İddiaçıiyinin 38 №-li mağazası tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilədək olan dövrlər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmiş, həmin hesabat məlumatlarına əsasən də mübahisələndirilən borc məbləği hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən 2012-ci ilin İV rübü, 2013-cü il İ-İV rübü, 2014-cü ilin İ-İV rübü, 2015-ci ilin İ-İV rübü, 2016-cı ilin İ-İV rübü, 2017-ci ilin İ-İV rübü, 2018-ci ilin İ-İİİ rübü üzrə məcburi dövlət sosial sığorta üzrə rüblük hesabatlar təqdim edilmişdir, həmçinin həmin hesabatlar iddiaçı tərəfindən elektron qaydada təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən qeyd olunan dövrlər üzrə müvafiq ödəmələr nəzərə alınmaqla və qanunvericiliyin tələblərinə uyğun olaraq silinmələr həyata keçirilməklə hazırda mübahisələndirilən borc məbləği hesablanmışdır, lakin bu günədək iddiaçı tərəfindən ödənilmir.
26. Apellyasiya instansiya məhkəməsi bu xüsusatla əlaqədar olaraq qeyd etmişdir ki, iddiaçı ondan tələb edilən borcunun olmamasını, bu borcun ona əsassız hesablandığını bildirsə də, hazırda mübahisələndirilən borc iddiaçıya məhz onun göstərilən dövrlərdə hər rüb üzrə elektron qaydada təqdim etdiyi məcburi dövlət so sial sığortası üzrə hesabatlara əsasən hesablanmışdır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin tələblərinə əsasən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsinə yol verilmir.
28. Qanunvericiliyin mənasından da göründüyü kimi qeyd olunan norma həmin borcların silinməsini istisna edir. Bundan başqa, işçilərin pensiya və digər sosial təminat hüquqlarının həyata keçirilməsi (pensiyanın təyin edilməsi, məbləğ və sair) məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və onun məbləği ilə əlaqədar olduğu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi həmin hüquqların pozulmasına səbəb olar.
29. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti əsassızdır və onun təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.
30. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9512/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
32. Məhkəmə kollegiyası h esab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair heç bir zərurət mövcud deyildir.
33. Belə ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli Qanunun tələbinə əsasən 01 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları tətbiq edilir.
34. Bundan əlavə “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində sığortaçının hüquq və vəzifələri qeyd edilmişdir. Həmin qanunun tətbiqinə dair qəbul edilmiş Fərmana əsasən Azərba ycan Respublikası İqtisadiyyat Nazirliyi sığorta haqları ilə bağlı məsələlərə nəzarət edir.
35. Odur ki, hazırkı mübahisə üzrə yeganə səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi olduğundan üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının cəlb edilməsi qəbul edilən sayıla bilməz.
36. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəb ul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm va sitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün İşə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədal ətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçü ncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur....
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....
32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.
33. İPM-in 28.1-ci maddəsi adi, 28.2- ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....
36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas mey arlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.
37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilmə li olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştira kçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin hallan, cəlbetmənin və ya cəlbetmədən imtinanın səb əbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.
55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında i ştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.
38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş və ya qəbul ediləcək məhkəmə aktları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qanunla qorunan maraqlarına toxunmur, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud deyildir.
39. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması üçün hər hansı əsas olmadığından onun hazırkı iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı RTPS İddiaçıiyinin 38 №-li mağazası tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 21(103)-334/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Qərar qətidir.