Məhkəmə qərarları › İş №2-1(102)-1585/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1585/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Iddiaçı XXXoğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı XXXoğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü iddiaçı 17.01.1983-cü ildən 09.09.1985-ci ilədək Şəki Rayon İctimai İaşə Müəssisələri Birliyi üzrə 6 №-li yeməkxanada, 09.09.1985-ci ildən 25.10.1985-ci ilədək Şəki Rayon İstehsal Cəmiyyəti Şəhər Kooperativində, 15.09.1985-ci ildən 20.03.1989-cu ilədək Şəki kolxoz bazarı ticarət xidmət bürosunda, 28.06.1989-cu ildən 06.05.1993-cü ilədək Şəki RİC üzrə 83 №-li mağazada, 17.08.1993-cü ildən 30.12.1996-cı ilədək 1 №-li anbarda, 01.12.1997-ci ildən 04.12.2008-ci ilədək Şəki Rayon İctimai İaşə Müəssisələri Birliyi "Qarabağ" restoranında işləmiş, 01.11.2008-ci ildən 24.11.2009-cu ilədək, 01.12.2009-cu ildən 21.12.2012-ci ilədək, 07.01.2013-cü ildən Şəki şəhərindəki "Amin" kafesində işləyir. İddiaçıya 29.09.2017-ci il tarixdə II dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 08.10.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı (13603.59) iddiaçının əmək pensiyası hüququ yoxdur. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1983-2013-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona 2-ci qrup əlillik təyin edildiyi vaxtdan əl illiyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək onun 01.12.1997-ci il tarixdən 04.12.2008-ci ilədək Şəki rayon İctimai İaşə Müəssələri Birliyi “Qarabağ” Restoranında işlədiyi müddətin iş stajı kimi hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1719/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının 01.12.1997-ci il tarixdən 01.01.2006-cı ilədək Şəki rayon İctimai İaşə Müəssələri Birliyi “Qarabağ” Restoranında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1719/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-1719/2018 saylı 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının 01.12.1997-ci il tarixdən 04.12.2008-ci ilədək Şəki rayon İctimai İaşə Müəssələri Birliyi “Qarabağ” Restoran ında işlədiyi müddətdə aldığı əmək haqqılar barədə arayışlar cavabdehə təqdim edilməmişdir. Həmin dövrdə iddiaçının işləməsi və əmək haqqı alması məsələsi isə məhkəmə tərəfindən araşdırılmamışdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1, 96.5-ci maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI H İSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə cavabdehin imtinası nın əsasını iddiaçının 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalının olmaması təşkil edir. Belə ki, cavabdeh iddia tələbinə qarşı verdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasına əsasən 17.01.1983-cü ildən 25.10.1985-ci ilədək, 15.11.1985-ci ildən 20.03.1989-cü ilədək, 28.06.1989-cu ildən 06.05.1993-cü ilədək, 17.08.1993-cü ildən 12.06.1995-ci ilədək 11 il 9 ay 17 gün və 01.11.2008-ci ildən 01.07.2017-ci ilədək 7 il 8 ay sığorta stajı və 3647,76 manat pensiya kapitalı olmaqla, cəmi 19 il 5 ay sığorta stajı və 11890,12 manat pensiya kapitalı vardır. Bu kapitala görə iddiaçıya 101,62 manat (54-15=39*4=156/192*144=117; 11890,12/117=101,62 manat) sığorta hissəsi hesablanır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 01.12.1997-ci ildən 04.12.2008-ci ilədək "Qarabağ" restoranında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün işləyərək almış olduğu əmək haqqılar barədə arayışın təqdim olunması vacibdir. Belə ki, Şəki Rayon İctimai İaşə Müəssisələri Birliyi tərəfindən təqdim olunmuş fərdi uçot məlumatlarına əsasən 2006-2008-ci illərdə iddiaçının adı aşkar olunmamışdır. Bu isə o deməkdir ki, iddiaçı 2006-2008-ci illərdə işləməmiş və əmək haqqı almamışdır. İddiaçının 01.12.1997-ci ildən 04.12.2008-ci ilədək "Qarabağ" restoranında işlədiyi müddət nəzərə alınarsa, 27 il 6 ay sosial sığorta stajı və 2017ci il tarixə 16613,62 manat pensiya kapitalı müəyyənləşər. Göründüyü kimi iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsi üçün zəruri olan pensiya kapitalının olmamasına səbəb iddiaçının 01.12.1997-ci ildən 04.12.2008-ci ilədək "Qarabağ" restoranında işlədiyi müddətin nəzərə alınmamasıdır. Halbuki, **-* seriyalı ***** nömrəli əmək kitabçasına əsasən onun 01.12.1997-ci ildən 01.01.2006-cı ilədək "Qarabağ" restoranında işləməsi öz təsdiqini tapır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kit abçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 01.12.1997-ci ildən 01.01.2006-cı ilədək "Qarabağ" restoranında işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcud luğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, cavabdeh iddiaçının iş stajının təsdiqini tapmamasına görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Q eyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-140/19 saylı 05 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar