Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranı üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosi al Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-738/2020 nömrəli iş üzrə 12.03.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 29 iyul 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhal inin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı müharibə veteranları üçün 01.04.2019-cu ildən verilməsi nəzərdə tutulan və ona verilməmiş 4 aylıq 320 manat müavinətin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən 1996-cı ilə qədər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və ona 1996-cı ildə müharibə veteranı olmağı barədə vəsiqəni o zamankı veteranlar cəmiyyəti tərəfindən verilmişdir. 1997-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə polis nəfəri kimi işə qəbul olunmuşdur. DİN-də işə qəbul edilərk ən Hərbi Komissarlıqdan qeydiyyatdan çıxarılaraq DİN-də onu xüsusi qeydiyyata almışdırlar. Bundan sonra veteranlar cəmiyyəti tərəfindən verilmiş vəsiqələr ləğv edilərək hərbi komissarlıq tərəfindən yeni vəsiqələr verilərkən iddiaçı Hərbi Komissarlıqdan uçotdan çıxdığı üçün və Polis Şöbəsində xüsusi uçotda olduğu üçün ona yeni vəsiqə verilmədi. Lakin DİN-də müharibədə iştirak edən zaman iddiaçı polis işləmədiyi üçün və müharibəyə Hərbi Komissarlıq tərəfindən göndərildiyi üçün də ona veteran vəsiqəsi verməkdən imtina etdilər. 2015-ci ildə polis təqaüdə çıxarkən iddiaçının hərbi bileti özünə qaytarılmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019-cu ilin aprel ayının 1-dən müharibə veteranlarına ayda 80 (səksən) manat müavinət təyin edilmişdir. İddiaçı da həmin təyin e dilmiş müavinəti almaq üçün AR Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsinə müraciət etmiş və ona 10 iyul 2019-cu ildə onun müharibə veteranı olmağı barədə yeni vəsiqə verilmişdir. Lakin DSMF-nin Suraxanı rayon şöbəsi iddiaçıya müavinətin hesablanmasını 2019-cu ilin aprelin 1-dən deyil 2019-cu ilin iyul ayının 10-dan hesablamışdır. Buna görə də müavinətin dörd ayının pulu ona veriməmişdir. Həmin 4(dörd) aylıq müavinətin ona verilməsi ilə bağlı DSMF-nin Suraxanı rayon Şöbəsinə müraciət etmiş, onlar əsassız olaraq Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi tərəfindən veteran vəsiqəsinin 10 iyul tarixdə verilməsini bəhanə gətirərək iddiaçının müraciətinin müsbət həllindən imtina etmişlər. Ona görə də iddiaçının məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, AR DSM F-nin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş imtina məktubu qanunsuz və əsassızdır. AR DSMF-nin Suraxanı Rayon şöbəsinin vəzifəli şəxslərinin hərəkətsizliyi iddiaçıya təyin edilmiş müavinətin alınması ilə bağlı hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli, 2-1(82)-3639/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, müharibə veteranları üçün 01.04.2019-cu ildən verilməsi nəzərdə tutulan və ona verilməmiş 4 aylıq 320 manat müavinətin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.03.2020-ci il tarixli, 2-1(103)-738/2020 nömrəli (hakimlər Vidadi Məmmədov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 26.11.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş MV 085999 seriyalı 10 iyul 2019-cu il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki üç il üçün ödənilməs i ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh məktubla bundan imtina edərək veteran vəsiqəsi 10 iyul 2019-cu il tarixdə verildiyindən ona müavinətin həmin tarixdən ödənilməli olmasını bildirmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Müharibə veteranları üçün 01 aprel 2019-cu il tarixdən verilməsi nəzərdə tutulan və ona verilməmiş 4 aylıq 320 manat müavinətin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuna əsasən ona son üç illik müddət üçün sosial müavinət ödənilməlidir. İddianın maddi hüquqi əsası kimi «Veteranlar haqqında» Qanuna, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasn aməyə və «Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikasının 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanına istinad edilmişdir. Lakin qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi də həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin hər hansı bir şəxsə sosial müavinət təyin edilməsi üçün birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaç ıya veteran vəsiqəsini almamışdan – yəni hüququ yaranmamışdan, eləcə də həmin dövrdə mövcud olmayan qanun normasını tətbiq etməklə əvvəlki üç illik dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət ödənilməsi üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik «müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini» şərtləndirir. Müvafiq icra hakimiyyəti orqanı isə «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər»i müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq olunmuş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən sonra tətbiq edilir Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7 nömrəli əlavəsinin – Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.22-ci bəndi nə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Beləliklə də, Veteranların sosial müavinət almaq hüququ onların veteran statusu almaq hüququndan fərqləndirilməlidir. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, lakin sosial müavinət almaq hüququ birbaşa statusu aldıqdan sonra yaranır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2-1(103)-738/2020 saylı qərarının ləğv edilməsi xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2-1(103)-738/2020 saylı qərarının ləğv edilməsi ilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxla yaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12.03.2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kas asiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 12 mart 2020-ci il tarixli, 2-1(103)-738/2020 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3639/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən «Sosial müavinətlər haqqında» Qanunun 1.0.1, 3.1, 4.0.1, 5, 7.0.6, 9.1, 9.1.5-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» 15 aprel 2019-cu il tarixli, 64 nömrəli Fərmanının 1, 2-ci bəndlərinə, İnzibati Prosessual Məcəllənin 73.1, 82-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılm alıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, müharibə veteranları üçün 01 aprel 2019cu ildən verilməsi nəzərdə tutulan və ona verilməmiş 4 aylıq 320 manat müavinətin ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərini əsaslı saymaqla apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 10 iyul 2019-cu il tarixdə M/V 085999 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmçinin, apelyasiya instansiyası məhkəməsi özünün istinad etdiyi yuxarıda gös tərilmiş maddi hüquq normalarına əsaslanmaqla yazmışdır ki, Sadalanan qanunvericilik aktlarının təhlili göstərir ki, iddiaçıya kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən təyin edilə bilsə də, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Başqa sözlə, müavinəti almaq hüququ daha əvvəlki tarixdə yaransa da, ödənilmə yalnız bu barədə müraciət tarixindən əvvəlki son üç illə bağlı həyata keçirilə bilər. Belə ki, iddiaçının müharibə veteranı olması və onun bu hüququnun veteran olduğu dövrdə yaranmaqla, 10 iyul 2019-cu il tarixdə rəsmiləşdirilməsi və bu prosesin Azərbaycan Respublikası Prezidentinin «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında» 15 aprel 2019-cu il tarixli Fərmanından so nra baş verməsi işin mübahisəsiz hallarıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddiaçının müharibə veteranı vəsiqəsini məhz 10 iyul 2019-cu il tarixdə almasını özü də müəyyən etmiş və bu faktı xüsusi olaraq göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinə görə aşağıdakılar müharibə veteranları sayılırlar: - İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; - Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşı rıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; - 1941—1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; - İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və «Leninqradın müdafiəsinə görə» medalı, «Leninqrad mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə. Həmin Qanunun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə v əsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq olunmuş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 4-cü maddəsinə görə veteran statusunu təsdiq edən sənədin «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 7-ci Əlavəsinin 2.22-ci bəndinə müvafiq olaraq müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti təqdim edilməlidir. Beləliklə, sözügedən sosial müavinəti almaq hüququ şəxsin müharibə veteranı statusunu aldıqdan, yəni, şəxsə müharibə veteranı vəsiqəsi təqdim olunduğu tarixdən yaranır ki, işin təkzibolunmaz faktı isə ondan ibarətdir ki, iddiaçı müharibə veteranı vəsiqəsini 10 iyul 2019-cu il tarixindən almışdır və buna görə də cavabdehin iddiaçıya sözügedən sosial müavinətinin hesablanmasına dair hüquqi mövqeyi qanuni və əsaslıdır. Lakin apelyasiya instansiyası məhkəməsi bütün bunları nəzərə almamış, maddi hüquq normalarının tətbiq olunmasında səhvə yol vermiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 12 mart 2020-ci il tarixli, 21(103)-738/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı hazırkı iddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1585/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1585/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver