Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyə görə pensiyanın təyin olunması, iş stajının sosial sığorta stajına daxil edilməsi, arxiv arayışı) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-264/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı ildə İsmayıllı rayonunda anadan olmuşdur və hazırda Sumqayıt şəhərində yaşayır. 14.11.1983-cü ildən 01.04.2016-cı ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Adına AT-V ******* saylı əmək kitabçası mövcuddur. İddiaçıya 13.05.2019-cu ildə 2-ci dərəcəli əlillik təyin edilib.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 03.06.2019-cu il tarixli, **********8 saylı məktubla iddiaçıya onun tələbinin təmin edilməsindən imtina olunduğunu bildirmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı illərə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığı üçün həmin illər üzrə iş stajının sosial sığorta stajı kimi nəzərə alınması, habelə fərdi hesabın sığorta hissəsində qeyd edilən pensiya kapitalı yetərli olmadığı üçün ona pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı S umqayıt İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 14.11.1983-cü ildən 16.06.1986cı ilədək İsmayıllı rayonu, Kürtmaşı kəndi Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. Belə ki, İsmayıllı rayon Dövlət Arxivinin 17.12.2019-cu il tarixli 260 saylı arxiv arayışından görünür ki, o 14.11.1983-cü il tarixli, 123/6 nömrəli əmrlə Xanlar adına sovxoza 3-cü briqadaya fəhlə qəbul edilmiş, 16.06.1986-cı il tarixli 75/2 saylı əmrlə öz ərizəsinə əsasən i şdən azad edilmişdir. Həmin dövr üzrə onun iş stajı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Eyni zamanda arxiv arayışında qeyd olunmuş iş illərini sosial sığorta kapitalına çevirdikdə 1866.39 manat pensiya kapitalı alınır. Buradan görünür ki, onun pensiya kapitalı tələb olunan 17760 manata qarşı 18120.32 manat təşkil edir.
6. Birinci instansiya məhkəməsinin 04.12.2020-ci il tarixli, 2-1(118)-555/2020 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək Xanlar adına sovxozda işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı 13.05.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək Kürtmaşı kəndi Xanlar adına sovxozda işlədiyi İsmayıllı rayon Dövlət Arxivinin 17.12.2019-cu il tarixli, 260 saylı arxiv arayışı ilə təsdiqini tapdığından, onun iddia tələbi təmin olunmalıdır.
8. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-264/2021 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayevə və Rəşad Nəbizadə) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 04.12.2020-ci il tarixli, 2-1(118)-555/2020 n ömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri 12.Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş materiallarına əsasən iddiaçının İsmayıllı rayonu, Kürtmaşı kəndi, Xanlar adına sovxozda işlədiyini iddia etdiyi illər əmək kitabçasında əks olunmamışdır. İddiaçı bunun la bağlı yalnız arxiv arayışı təqdim etmişdir. Halbuki işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Bu səbəbdən apelyasiya məhkəməsinin 01.06.2021-ci il tarixli, 2-1(105)-264/2021 nömrəli qərarı əsassızdır, cavabdehin müvafiq imtinası isə əsaslıdır. Bu da öz növbəsində həmin qərarın kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığort a hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə
13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığ ortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mü tənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 17.“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin k eçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliy yəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
21. İnzibati Prosessual Məcəllə: Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çə rçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ.
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edi lməmişdir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları q eyd etməyi zəruri hesab edir.
27. Hazırkı mübahisə iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək İsmayıllı rayonu, Kürtmaşı kəndi Xanlar adına sovxozda işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması və həmin illər üzrə sığorta stajının pensiya kapitalına hesablanmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınması ilə bağlıdır.
28. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir, lakin iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək Xanlar adına sovxozda işlədiyi müddət əmək kitabçasında qeyd olunmamışdır və bu səbəbdən həmin müddət sosial sığorta stajına hesablana və iddiaçıya tələb olunan pensiya təyin edilə bilməz. Cavabdeh İsmayıllı rayo n Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd edilmiş həmin dövrün sığorta stajının hesablanması zamanı nəzərə alınmasını mümkün hesab etməmişdir. Bundan başqa, cavabdeh, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 17760 manat pensiya kapitalına qarşı, onun fərdi hesabının sığorta hissəsində 16253,93 manat pensiya kapitalı olduğunu bildirmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüqu q normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur.
30. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir. Həmçinin iş materiallarına əlavə olunmuş əmək haqqı cədvəllərindən çıxarışlar da arxiv arayışları ilə əhatə olunan və mübahisə edilən illərdə iddiaçının haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir.
31. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, əmək stajının müəyyən edilməsi zamanı arxiv arayışları iş stajını təsdiq edən sənəd qismində qəbul edilməlidir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, bununla bağlı nəinki Ali Məhkəmənin hüquqi mövqeyi, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onları n qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
33. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların gönd ərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbinin təmin olunmasından imtina etdiyi hallarda, imtina haqqında qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsi pləri baxımından yolverilməzdir.
35. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinin 17.12.2019-cu il tarixli, 260 saylı arxiv arayışından görünür ki, iddiaçı 14.11.1983-cü il tarixli, 123/6 nömrəli əmrə əsasən Kürtmaşı kənd Xanlar adına sovxozun 3-cü briqadasına fəhlə qismində işə qəbul edilmiş, 16.06.1986-cı il tarixli 75/2 saylı əmrə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir. Kassasiya şikayətində və iş üzrə materiallarda cavabdeh tərəfindən İsmayıllı rayon Dövlət Arxivinin 17.12.2019-cu il tarixli, 260 saylı arxiv arayışının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir.
36. İş üzrə materiallardan görünür ki, cavabdeh iddiaçıya ə lilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 17760 manat pensiya kapitalına qarşı, onun fərdi hesabının sığorta hissəsində 16253,93 manat pensiya kapitalı olduğunu qəbul edir. Belə olan halda, iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək işlədiyi mübahisəli müddətin sığorta stajı kimi nəzərə alınacağı və müvafiq olaraq həmin illərin sığorta kapitalına hesablanacağı təqdirdə, 31.05.2019-cu il tarixə onun fərdi hesabının sığorta hissəsində pensiyanın təyini üçün tələb olunan 17760 manat pensiya kapitalından daha artıq pensiya kapitalı toplanacağı iş materialları ilə təsdiq edilir.
37. Beləliklə, İsmayıllı rayon Dövlət Arxivinin 17.12.2019-cu il tarixli, 260 saylı arxiv arayışı əsasında iddiaçının 14.11.1983-cü ildən 16.06.1986-cı ilədək İsmayıllı rayonu, Kürtmaşı kə nd Xanlar adına sovxozda işlədiyi müddətin yuxarıda istinad olunan normalara əsasən sosial sığorta stajı kimi nəzərə alınması və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq həmin illər üzrə sığorta stajının pensiya kapitalına hesablanması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür.
38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının işə əlavə edilmiş arayışında iddiaçıya 13.05.2019-cu ildə 2-ci dərəcəli əlillik təyin edildiyi qeyd olunmuşdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçı tələb olunan sığorta stajına və zəruri pensiya kapitalına malikdir, ona 2-ci dərəcəli əlillik təyin edilmişdir.
40. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanunauyğundur.
41. Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 42.Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikas ı İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli 2-1(105)-264/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.