Məhkəmə qərarları › İş №2-1(102)-1585/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1585/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanın qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəs i Dövlət Xidməti) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli 2-1(103)89/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********185942 saylı qərarı ilə vergi ödəyicisinə 32.875,29 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16.437,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 19 avqust tarixdə 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktını ləğv etməklə, obyektiv, hərtərəfli yoxlamanı təmin etmək öhdəliyinin cavabdehə həvalə edilməsini, həmçinin bu məsələ ilə bağlı təhqiqat-istintaq tədbirlərinin görülməsinin məhkəmə çəkişməsi qurtarana kimi dayandırılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********185942 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinin göstə rişi əsasında Bakıxanov qəsəbəsində küçə ticarətinin yığışdırılması və küçə ticarəti ilə məşğul olanların İddiaçı firmasının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi-1 ünvanda yerləşən ərazisinə yerləşdirilməsi səbəbindən, uzun müddət həmin ərazidən yararlana bilməmişlər. Həmin ərazidə “qaçqınlar bazarı” yaradılmış və ağır maddi şəraitdə olan məcburi köçkünlərə və qaçqınlara yardımçı olmuşlar və hazırda da olurlar. Yardım isə ondan ibarətdir ki, icarə predmeti olan qeyri-yaşayış sahələri real bazar qiymətindən aşağı qiymətə icarəyə verilir. Məlum ünvanda yerləşən qeyri-yaşayış sahələrinin obyektləri uzun müddət icarə predmeti olmamış və firma üçün maliyyə itkilərinə yol açdığına görə, həmçinin boş qalmasın deyə məcburiyyət qarşısında, eyni za manda iki tərəfli razılıq əsasında məlum obyektlər ucuz qiymətə icarəyə verilmişdir. Fəaliyyəti dövründə nümunəvi vergi ödəyicisi olmuşlar, hesabatların təqdim edilməsində və dövlət büdcəsinə yaranan vergi borclarının ödənilməsində heç vaxt gecikdirmələrə yol verilməmişdir. Tərəflərindən ərazidə fəaliyyət göstərən icarəçilərə vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin vaxtında büdcəyə ödənilməsi sahəsində lazımi köməklik göstərilir və onlara hesabatların təqdim edilməsində yardımçı olurlar. Real şəraiti və obyektin vəziyyətini nəzərə alaraq icarə obyektlərinin bazar qiymətindən aşağı qiymətə icarəyə verilməsinin mümkün olubolmamasına aydınlıq gətirmək üçün tərəflərindən 2015-ci ildə xx.xx.2015-ci il tarixli **********999400 nömrəli məktubla, cavabdehə müraciət etmişlər. Müraciətə ca vab olaraq **********895900 nömrəli xx.xx.2015-ci il tarixli məktubla bildirilmişdir ki, “müraciətdə qeyd olunanlar yoxlama predmetinə aid olduğu üçün aparılan səyyar vergi yoxlaması zamanı cavablandırılacaqdır”. Həmin dövrdə firmalarında keçirilmiş yoxlamanın nəticəsinə dair tərtib olunmuş xx.xx.2016-cı il tarixli **********978333 nömrəli aktda icarə qiymətlərinin düzgün müəyyən olunub-olunmamasına dair heç bir irad tutulmamışdır. Mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin bir neçəsi yol kənarında yerləşir, əsas hissəsi isə ümumi istifadə də olan yoldan (insanların intensiv gediş-gəlişindən uzaq) içəri istiqamətdə yerləşdiyindən, icarə üçün nəzərdə tutulan obyektlərinə tələbat azalmış və uzun müddət istifadəsiz qalmışdır. xx.xx.2018-ci il tarixli **********150447 nömrəli səyyar ver gi yoxlamasının nəticəsinə dair akt qəbul olunandan sonra müəyyən olunmuşdur ki, 66.378 manat məbləğində əlavə vergi ödəməlidir ona görə də iddiaçı bunu düzgün hesab etməyərək cavabdehə müraciət etmiş və yenidən düzgün hesablanmasını xahiş etmişdir. Bundan sonra, yeni müfəttiş təyin olundu və səyyar vergi yoxlaması keçirildi və nəticəsinə dair xx.xx.2019-cu il tarixli **********50447 nömrəli akt tərtib olundu və yeni məbləğ 49.312 manat müəyyənləşmişdir. Hazırda dəfələrlə rəsmi qaydada elektron və yazılı şəkildə cavabdehə müraciət olunsa da bütün müraciətlər cavabsız və nəticəsiz qalmaqdadır. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına gör ə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahis ənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən hüquqi şəxs İddiaçı firmasında xx.xx.2018-ci il tarixli **********148213 nömrəli qərara əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyət inin növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2019cu il tarixli **********150447 nömrəli aktla rəsmiləşdirilmişdir. Akt tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X1 təqdim edilmişdir. Yaqub Hüseynov tərəfindən akt imzalanmaqdan imtina olunmuş, lakin bir nüsxəsinin qəbul edilməsi barədə xx.xx.2019-cu il tarixdə qeyd apararaq imzalamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Vergi Məcəlləsinin 14-cü və 44-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın icarə haqqının real bazar qiymətlərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə vergi orqanının xx.xx.2018-ci il tarixli **********151051 “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı çıxarılmış, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********151051 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində xx.xx.2018-ci il tarixdə vergi ödəyicisinin iştirakı ilə ekspertiza keçirilmişdir. Ekspertizanın keçirilməsi xx.xx.2018-ci il tarixli “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” Protokolla rəsmiləşdirilmiş, vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsi qəbul olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli ekspert rəyi vergi orqanına təqdim edildikdən sonra rəy tanış olması və bir nüsxəsini qəbul etməsi üçün vergi ödəyicisinin rəhbəri X1 təqdim edilmişdir. Yaqub Hüseynov xx.xx.2019-cu il tarixdə ekspert rəyi ilə tanış olmuş və bir nüsxəsini qəbul etməsi barədə qeyd apararaq rəyi imzalamışdır. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********150447 saylı “Səyyar vergi yoxlaması” Aktı ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli o lan məbləğinə nisbətən 16.834,95 manat verginin azaldılmasına görə 8.417,0 manat maliyyə sanksiyası, mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli məbləğinə nisbətən 16.040,29 manat məbləğində verginin azaldılmasına görə 8.020,14 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Yoxlama ilə ümumilikdə 32.875,29 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 16.437,66 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınaraq vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********185942 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılaraq vergi ödəyicisinə 32.875,29 manat əlavə vergi məbləği hesab lanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 16.437,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 21(82)3234/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********185942 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin iddiaçıya əlavə vergi borcunun hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-1(102)-2209/2020 nömrəl i qərarı ilə (hakimlər: İ.K.Hüseynov- sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarı ləğv edilib iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-nin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı əldə etdiyi qiymətləndirmə rəyinə istinad edərək həmin rəydə qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş i carə haqqı qiymətləri arasında kəskin fərqlərin olduğunun müəyyən edildiyini qeyd etsə də, həmin fərqlərin nədən ibarət olduğunu, hansı səbəbdən (və ya səbəblərdən) məhz həmin rəydəki məlumatların mötəbərliyinə üstünlük verdiyini qərarında göstərməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mənfəət vergisi və əlavə dəyər vergisi üzrə vergilərin hesablanmasına dair dəlillərini göstərsə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmamış, onlara hər hansı münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iş üzrə sübutetmə yükünün cavabdeh inzibati orqana aid olduğuna əsaslanırsa, onun təqdim etdiyi sübutları da tədqiq etməli, onları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlid ir. d. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 21(103)-89/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn-sədrlik edən və məruzəçi və İ.Ə.Kərimli, S.İ.Bektaşi) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 oktyabr 2019-cu il tarixli 2-1(82)-3234/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, “X2” MMC-nin 8 sentyabr 2021-ci il tarixli 101/LBC nömrəli qiymətləndirmə rəyində də bildirilmişdir ki, 1.10.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin əksəriyyətinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə (ölçüləri və təmiri eyni) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından nəzərə çarp acaq qədər fərqlənir. Buna səbəb qiymətləndirilən qeyri-yaşayış sahələrinin əksəriyyətinin texniki xüsusiyyəti, ticarət əlverişliyi cəhətdən küçə boyu eyni vəziyyətdə olan qeyri-yaşayış sahələrindən əhəmiyyətli dərəcədə fərqlənməsidir ki, bu da nəticədə qiymətləndirilən qeyri-yaşayış sahələrinin icarə haqlarının aşağı olmasına gətirib çıxarır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd e tmişdir ki, işə baxan apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri əməl olunmamış qeyd olunan halların heç biri araşdırılmışdır. Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edilərkən məhkəməyə daxil olmuş "X2" MMC-nin 7 sentyabr 2021-ci il tarixli 076/21 nömrəli ekspert rəyinə yeganə sübut növü kimi istinad etmiş, lakin öz qərarlarında həmin rəyi sübut kimi yoxlamamışdır. Məhkəmənin sübut qismində qəbul etdiyi rəydən görünür ki, ekspert şəhadətnaməyə malik deyildir. Rəyi vermiş şəxsin məhkəmə ekspert qismində çıxış etmək səlahiyyəti olmamışdır və göstərdiyi fəaliyyət "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanununun tələblərinə ziddir.

19. Bundan başqa, iş üzrə ekspertiza nəticələrinin müqayisəl i təhlili zamanı aşkar edilmişdir ki, səyyar vergi yoxlamasının gedişində təyin edilmiş AR Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinin xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə 2.000,0 manat icarə haqqı müəyyən olunmuş Bilyard klub"un icarə haqqı "X2" MMC-nin 7.9.2021-ci il tarixli 076/21 nömrəli ekspert rəyində 1.000,0 manat, "Mərasim evi"nin icarə haqqı ilkin rəydə 1.200,0 manat, sonrakında 1.000,0 manat, paltar mağazasının icarə haqqı ilkin rəydə 2.450,0 manat, digərində isə 2 dəfə az, 1.250,0 manat olaraq müəyyən edilmişdir. Müqayisə olunan hər iki rəyin tərtib olunması zamanı eyni ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarə bazar qiymətinin müəyyən edilməsi üçün əsasən reklam mənbələri məlumatlarından istifadə olunsa da, apellyasiya instansiyası məhkəməsi heç bir tədqiqa ta əsaslanmayan ekspert rəyini daha mötəbər sübut hesab etmişdir. Yoxlama ilə 2016 və 2017-ci illər üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş 7.565,54 manat xərclərin (2016-cı il üzrə 221.11-ci sətirdə göstərilmiş "rabitə xərcləri" 650,14 manat və 228-d sətirdə göstərilmiş "təmir xərcləri" 2025,0 manat, 2017-ci il üzrə 221.11-ci sətirdə göstərilmiş "rabitə xərcləri" 436,40 manat, 228-ci sətirdə göstərilmiş "təmir xərcləri" 2054,0 manat, və 232-ci sətirdə göstərilmiş "digər xərclər" 2400,0 manat) təsdiqini tapmadığı üçün yoxlama ilə həmin xərclər nəzərə alınmamışdır. Həmçinin yoxlama ilə firma tərəfindən aparılmış 2.017,23 manat ƏDV əvəzləşməsi ləğv edilmişdir ki, bunun da səbəbi yuxarıda ətraflı qeyd edilmişdir. Lakin aşağı instansiya məh kəmələri tərəfindən qərar qəbul edilərkən qeyd edilən hallar da nəzərə alınmamış və yoxlamanın bu hissədə nəticəsinin ləğv edilməsinin səbəb və əsasları apellyasiya məhkəməsinin qərarında əks etdirilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Vergi Məcəlləsi. Maddə

36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 6.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi o rqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçir ildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə k imi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələ rində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati kollegiyasında baxılmış və həmin məhkəmə baxışının nəticəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-1(102)2209/2020 nömrəli qərarı ilə Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2-1(103)-415/2020 nömrəli qərarı ləğv edilib iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Ali məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-nin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya icraatı zamanı əldə etdiyi qiymətləndirmə rəyinə istinad edərək həmin rəydə qeyd edilmiş illər üzrə qeyri-yaşayış obyektlərinin icarə haqqı qiymətləri ilə cavabdeh orqan tərəfindən əsas götürülmüş ekspert rəyində əks olunmuş icarə haqqı qiymətləri arasında kəskin fərqlərin olduğunun müəyyən edildiyini qeyd etsə də, həmi n fərqlərin nədən ibarət olduğunu, hansı səbəbdən (və ya səbəblərdən) məhz həmin rəydəki məlumatların mötəbərliyinə üstünlük verdiyini qərarında göstərməmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mənfəət vergisi və əlavə dəyər vergisi üzrə vergilərin hesablanmasına dair dəlillərini göstərsə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində icraat zamanı tədqiq olunmamış, onlara hər hansı münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarında iş üzrə sübut etmə yükünün cavabdeh inzibati orqana aid olduğuna əsaslanırsa, onun təqdim etdiyi sübutları da tədqiq etməli, onları işdə olan digər sübutlarla birlikdə qiymətləndirməlidir.

27. Məlum olduğu kimi, İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məh kəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi İPM-nin 96.11-ci maddəsinin tələblərinə tam riayət edərək, Ali məhkəmənin 24 noyabr 2020-ci il tarixli qərarında öz əksini tapmış məcburi xarakter daşıyan hüquqi mövqeyini nəzərə almış və iş üzrə müfəssəl məhkəmə araşdırması apararaq qanuni əsaslı qərar qəbul etmişdir. Belə ki, təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X2” MMC tərəfindən məhkəməyə daxil olmuş 08 sentyabr 2021-ci il tarixli 101/LBC nömrəli qiymətləndirmə rəyində bildirilmişdir ki, ünvan 3 ünvanında yerlə şən qeyri-yaşayış sahələrinin xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində bazar qiymətlərinə uyğun olaraq icarə haqları 2016-cı ildə (oktyabr, noyabr, dekabr) bir ay üçün 8400 (səkkiz min dörd yüz) AZN, 2017-ci ildə bir ay üçün 8600 (səkkiz min altı yüz) AZN, 2018-ci ildə (yanvar, fevral, mart) bir ay üçün 9200 (doqquz min iki yüz) AZN təşkil edir.

29. Daha sonra ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2018ci il tarixədək olan dövr üzrə ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahələrinin əksəriyyətinin icarə haqları yaxınlıqda yerləşən eyni vəziyyətdə (ölçüləri və təmiri eyni) olan qeyri-yaşayış sahələrinin icarə haqlarından nəzərə çarpacaq qədər fərqlənir. Buna səbəb qiymətləndirilən qeyri-yaşayış sahələrinin əksəriyyətinin texniki xüsu siyyəti, ticarət əlverişliliyi cəhətdən küçə boyu eyni vəziyyətdə olan qeyri-yaşayış sahələrindən əhəmiyyətli dərəcədə fərqlənməsidir ki, bu da nəticədə qiymətləndirilən qeyri-yaşayış sahələrinin icarə haqlarının aşağı olmasına gətirib çıxarır.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq öz qərarında qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 31.Belə ki, apellyasiya məhkəməsinin araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, apellyasiya məhkəməsi haqlı olaraq ekspert rəyini mötəbər sübut ki mi qəbul etmişdir.

32. Həmçinin iş materiallarında göründüyü kimi, apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, həmin obyektləri qaçqınlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə icarəyə verirlər. Paltar satışı mağazasını 2400 manata icarəyə versələr, heç kim oranı icarəyə götürməz. Həmçinin obyektlərin boş qalması da onlara sərf etmir. Real bazar qiymətindən az da olsa aşağı qiymətə icarəyə verirlər. Həmin küçədə bu cür qeyri-yaşayış sahələri çox olduğu üçün rəqabət yaranır.

33. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması 7 dəfə müvəqqəti dayandırılmışdır, 1 dəfə “əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında və 1 dəfə yoxla müddəti uzadılması haqqında” qərarlar qəbul edilmişdir. Lakin sözügedən qərarlar “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələblərinə zidd olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi üçün cavabdeh tərəfindən ədliyyə nazirliyinə təqdim edilməmişdir.

34. Halbuki, həmin əsasnamənin 4.5-1-ci bəndinə görə yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Cavabdeh tərəfindən sözügedən qərarların Ədliyyə Nazirliyinə təqdim edilməməsi kobud qanun pozuntusuna, belə ki, həmin əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

35. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının başqa şəxslərlə olan icarə münasibətlərinə bazar qiymətinin tətbiq edilməsi vergi qanunvericiliyinə uyğun deyil, belə ki, Vergi məcəlləsinin 14.6.3-cü maddəsi hansı hallarda vergi hesablamasında bazar qiymətinin tətbiq edilməsinin mümkünlüyün ü müəyyən etmişdir ki, hazırki hal sözügedən maddə ilə nəzərdə tutulmuş halların arasında mövcud deyildir.

36. Eyni zamanda qeyd edilməlidir ki, bu cür kateqoriyadan olan işlər üzrə ekspertizanın təyin edilməsi və vergi hesablaması ilə bağlı əməliyyatların əmtəə olunmaması halında mümkündür.

37. Digər tərəfdən qeyd edilməlidir ki, icarə haqqında verginin hesablamasında bazar qiyməti ödəmə mənbəyində tutulan vergi növüdür (Vergi məcəlləsinin 124-cü maddə). Lakin iddiaçı fiziki şəxs deyil, hüquqi şəxsdir ki, bu halda sözügedən vergi növündən iddiaçıya vergi hesablanması Vergi məcəlləsinin 124.1-ci maddəsinə uyğun deyildir.

38. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi Vergi məcəlləsinin 14.6.3.cü maddəsi və 2019-cu ildə qüvvəyə minmiş vergi hesablanmış icarə münasibətləri isə b u tarixə qədər yaranmışdır, yəni onlara vergi məcəlləsinin 14.6.3.3-cü maddəsi tətbiq edilə bilməz.

39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 20 may 20222-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli 21(103)-89/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar