Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergi lər İdarəsinə qarşı “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-149/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə görə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ə rzində birinci dəfə yol verdiyinə görə iddiaçı 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
2. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli **********035100 nömrəli fəaliyyətin dayandırılması haqqında məktubundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə və yenidən rəsmi müraciəti əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyət vəziyyəti xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv olmuşdur. 3. xx.xx.2022-ci il tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqı nda aktdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi qanunvericiliyinə əməl olunması tövsiyyə olunmuşdur.
4. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarından görünür ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin 1-ci dərəcəli müfəttiş X5 3-cü dərəcəli müfəttiş X6 tərəfindən həyata keçirilməsi qərara alınmışdır.
5. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq subyektinin adı İddiaçı, yoxlamanın müddəti xx.xx.2022 – xx.xx.2022, yoxlamanın növü – operativ vergi nəzarəti, yoxlamanın tipi – plandankənar (növbədənkənar) və digər məlumatlar qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh orqanın **********3760 saylı 10 mart 2022-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli olmaqla Tibb Universitetini bitirmişdir. Tibbi fəaliyyətlə məşğul olmaq məqsədilə 2016-cı ildə Ağdaş şəhəri, H.Əliyev prospektində otaq əldə edərək və lazımi sənədləri toplayaraq aidiyyati üzrə cavabdehə müraciət etmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 03 oktyabr 2016-cı il tarixdə cavabdeh 9 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınaraq müvafiq şəhadətnamə almışdır. Fiziki şəxs kimi qeydiyyata alındıqdan sonra tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibbi fəaliyyətlə məşğul olmaq və vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım ləvazimatları əldə etdikdən sonra tibbi fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq, yəni lisenziya tələb olunduğundan fəaliyyət gös tərməmişdir. Belə ki, vergi ödəyicisi kimi, fəaliyyəti 05 mart 2017-ci il tarixdə müraciəti əsasında 5 il müddətinə, yəni 05 mart 2022-ci il tarixədək dayandırılmışdır və bu cavabdeh orqanda qeydə alınmışdır. Fəaliyyət göstərmədiyinə görə yararsız hala düşməsin deyə obyektə nəzarət-kassa aparatı qoymamışdır. Fəaliyyət göstərməməsi cavabdehə verdiyi rüblük hesabatlarla tam təsdiq olunur. Yəni ötən müddətdə həmin obyektdə tibbi fəaliyyətlə məşğul olmamışdır. Bu barədə, yəni fəaliyyətinin həmin müddətə dayandırılması cavabdeh orqanın elektron informasiya sistemindən çıxarış ilə təsdiq olunur. 26 yanvar 2022-ci il tarixdən sonra da həmin idarədə işlədiyini öyrəndiyi cavabdehin əməkdaşı həmin obyektə gələrkən fəaliyyət göstərmədiyi halda, obyektin qapısından içəri baxaraq çıxıb getmişdir. Həmin vaxt o, obyektdə tək olmuşdur və internet səhifəsində Azərbaycanda və dünyada baş verən hadisələrlə maraqlanmışdır. Bundan bir müddət sonra eşitmişdir ki, həmin əməkdaş onun həmin obyektdə olduğuna görə barəsində hansısa akt və ya protokol tərtib edərək aidiyyati üzrə baxılması üçün idarəyə təqdim etmişdir.
8. Cavabdehin 10 mart 2022-ci il tarixli qərarı ilə o, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğuna görə Vergilər Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh orqan qərarını bununla əsalandırmışdır ki, o, 26 yanvar 2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti göstərdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti, 135 ünvanında yerləşən obyektdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 saylı qərarının 8.3.16-cı bəndinin və əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına dair vergi qanunvericiliyinin tələblərini pozmuşdur.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********2451 nömrəli qərarına və xx.xx.2022-ci il tarixli, KY221709422 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən diş texniki kabinetində xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir.
10. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisi İddiaçı tərəfindən pasiyentin dişi çəkilmiş və bunun müqabili ndə 12,0 (on iki) manat ödənilmiş pula görə NKA çekinin verilmədiyi aşkar edilmişdir. Araşdırma zamanı obyektdə ciddi hesabat blankından və ya nəzarət kassa aparatından istifadə edilmədiyi və bununla da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu müəyyən edilmişdir. Göstərilən qanun pozuntusunun nəticələri qanunamüvafiq qaydada xx.xx.2022-ci il tarixli DVX seriyalı 012456 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini almaqdan imtina etdiyi üçün aktda qeydlər aparılmış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir (akt etiraza əlavə olunur).
11. Vergi ödəyicisi İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmiş akt və eyni zamanda barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********540100 nömrəli vergi orqanına dəvət olunması haqqında bildiriş göndərilməsinə baxmayaraq (poçt qəbzi etiraza əlavə olunur), materiallara baxılmasında iştirak etməmiş və vergi orqanı tərəfindən onun iştirakı olmadan barəsində xx.xx.2022-ci il tarixli **********063200 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000,0 (min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
12. Vergi orqanı tərəfindən məsuliyyət qərarı və tələbnamə xx.xx.2022-ci il tarixli **********063 200 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir (poçt qəbzi etiraza əlavə olunur). İddiaçı ərizəsində vergi orqanının əməkdaşlarının həmin obyektə gəlmədiyini, baxışın keçirilmədiyini, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmədiyini və onun iştirakı ilə heç bir protokol və ya akt tərtib olunmadığını göstərmişdir. Vergi orqanının əməkdaşları tərəfindən vergi ödəyicisinə operativ vergi nəzarətinin keçirilməsi barədə qərarla və çıxarışla tanış olması və həmçinin aktı imzalaması təklif olunsa da o əməkdaşları obyektdən qovaraq heç bir qərarla tanış olmayacağını və heç bir sənədə imza atmayacağını kobud şəkildə bildirmişdir. Vergi ödəyicisi tərəfindən fəaliyyətinin dayandırılmasına baxmayaraq keçirilmiş müşahidələr zamanı onun tərəfindən dəfələrlə pasiyentlərə xidmət göstəri ldiyi müəyyən edilmişdir. Göstərilənlərdən də aydın olur ki, 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı tərəfindən qanunamüvafiq qaydada tərtib etdiyi akt əsasında xx.xx.2022-ci il tarixli **********3760 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı vergi orqanının nüfuzuna xələl gətirə bilən şər və böhtanlardan istifadə etməklə məsuliyyətdən yaxa qurtarmağa, ona tətbiq edilmiş maliyyə sanksiyası üzrə vəsaiti dövlət büdcəsinə ödəməkdən yayınmağa çalışır.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1321/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.Ə.Musayev) iddianın təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsinə dair cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********3760 saylı, 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh orqan tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında, o cümlədən iddiaçı tərəfindən obyektin daxilində aktın tərtib edilməsinə imkan verilməməsi ilə bağlı aktlar tərtib edilmiş, lakin tərtib edilmiş aktlar yalnız Akif Sədirov və Babək Mahmudov tərəfindən imzalanmış, tərtib edilmiş heç bir aktda Röyal Sadıqovun adı qeyd edilməmiş və sonuncu tərəfindən imzalanmamışdır.
15. Müvafiq aktın tərtib edildiyi tarixdən (xx.xx.2022) 10 ay keçdikdən sonra aktın tərtib edilməsi zamanı Röyal Sadıqovun orada olduğunu xatırlayan Akif Sədirov, akt tərtib edilərkən Röyal Sadıqovu hal şahidi kimi qeyd etməməsini əsaslandıra bilməmişdir. Odur ki, məhkəmə Röyal Sadıqovun izahatını da işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-149/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayətinin təmin edilməməsi, biri nci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 15:00-da operativ vergi nəzarəti zamanı iddiaçının pasiyentin dişini çəkməsini və 12 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilməməsini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilməməsini göstərsə də, həmin akt yalnız onun tərtibində iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır.
21. Məhkəmənin bu dəlilinə münasibətdə qeyd edilmişdir ki, OVN tədbirinin həyata keçirilməsi zamanı müşahidəçilərin iştirakının təmin olunması imperativ norma kimi nəzərdə tutulmamış, əksinə bu vergi orqanın hüququ kimi göstərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüququdur.
22. Məhkəmənin bu dəlill ərinə münasibətdə bildirilmişdir ki, məhkəmə X3 verdiyi izahatla işin halları arasında ziddiyyətlər olduğunu qeyd etsə də, ziddiyyətin nədən ibarət olması, müvafiq izahatın işin hansı halı ilə uyğun təşkil etmədiyini göstərə bilməmişdir.
23. Həmçinin qeyd edilmişdir ki, X3 izahatında ziddiyyətli məqamlar olmamış, əksinə işin hallarını ətraflı təsvir etmişdir. Həmçinin izahatı alınan inzibati orqanın əməkdaşının işdə maraqlı şəxs olduğunu bildirən məhkəmə onun ifadəsinin işin halları üçün əhəmiyyət daşımadığını bildirmişdir. Lakin maraqlı şəxsin ifadəsinin işin halları üçün əhəmiyyət daşımadığını bildirən məhkəmə inzibati orqanın əməkdaşından əvvəlcədən hansı səbəbə görə izahat alındığını əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə X3 izahatını işin həqiqi hallarını müəyyən etməyə imkan verən mötəbər sübut olaraq qəbul etməyəcəkdisə (maraqlı şəxs olduğu üçün) hansı səbəbə görə məhkəmə iclasında izahatı alınmışdır? Göründüyü kimi məhkəmə özü ilə ziddiyyət təşkil etmişdir.
24. Bundan əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə X2 ifadəsini ziddiyyətli məqamlar olduğuna görə mötəbər sübut kimi qəbul etməmişdir. X1 izahatında ziddiyyətli məqamlar olmamış, əksinə işin hallarını tam şəkildə təsvir etmişdir. O, izahatında göstərmişdir ki, “xx.xx.2022-ci il tarixdə növbədə gözləyərkən ilk dəfə görmüşdür. Belə ki, o, dişinə plomb vurdurmaq üçün xx.xx.2022-ci il tarixdə həmin obyektdə növbəsini gözləyərkən içəridə Akif bəylə həkim arasında münaqişə olduğunu görmüşdür. Belə ki, Akif bəy həkimdən çek tələb edirdi. Növbədə gözlədiyi obyektin içərisinin necə olmasını ümumiyyətlə xatırlamır, ha disə zamanı orada olsa da, cavabdeh orqanın tərtib etdiyi heç bir sənədə imza çəkməmişdir. Həkimin üzünü görməyib və həkimin əynində xalat olubolmadığını bilmir. Güman edir ki, Akif bəyin münaqişəsi həkimlə ola bilərdi”.
25. Həmin şəxsin obyektin içərisinin necə olması və həkimin əynində xalat olubolmadığını xatırlamaması ifadəsinin ziddiyyətli olması demək deyildir. Lakin təəssüflər olsun ki, izahatla təsvir edilən hadisə arasında 10 aydan çox müddət keçdiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır.
26. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31 may 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” qaydalarının tələblərinə əsasən operativ vergi nəzarəti tədbiri həyata keçirən vergi orqanının vəzifəli şəxsləri öz səlahiyyətləri çərçivəsində VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin ərazilərinə və ya binalarına daxil ola, onların ərazilərinə, binalarına habelə sənədlərinə və əşyalarına baxış keçirə, lazımi sənədləri tələb edə, sənədləri və nümunə kimi əşyaları götürə, ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edə bilərlər. Vergi ödəyicisi vergi orqanının vəzifəli şəxslərinin nəzarət tədbirlərini həyata keçirmək üçün ona məxsus obyektə daxil olmasına icazə vermədikdə və ya həmin tədbirlərin həyata keçirilməsinə şərait yaratmadıqda vergi nəzarəti tədbirlərini həyata keçirməli olan vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan sərbəst formada akt tərtib edilir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə, eləcə də aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Vergi Məcəlləsi: Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxs lərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və op erativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pu l hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdik də 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
29. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şik ayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur
35. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. İlk öncə qeyd edilməlidir ki, hazırkı işdə mübahisənin predmeti cavabdeh orqan tərəfindən iddiaçı barəsində 1000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasını əhali ilə pul hesablaşmalarının aparılması zamanı pasiyentin dişini çəkmiş həkim tərəfindən dişi çəkilmiş şəxsə çek verilməməsi (ödənilmiş 12 manat pul məbləğinin müqabilində) ilə bağlıdır.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, vergi ödəyicisinin maddi hüquq no rmalarının tələbinə görə müvafiq vəzifəsinin qüvvəyə minməsi üçün nağd pul hesablaşmasının aparılması baş verməlidir. Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 15:00-da operativ vergi nəzarəti zamanı iddiaçının pasiyentin dişini çəkməsini və 12 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ müqabilində NKA çekinin müştəriyə təqdim edilməməsini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilməməsini göstərsə də, həmin akt yalnız onun tərtibində iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır.
38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçı tərəfindən yol verilmiş pozuntularla bağlı izahatının alınması üçün birinci instansiya məhkəməsinin iclasına şahid olaraq X4 təqdim etmişdir. X12 məhkəmə iclasında ziddiyyətli ifadələr verərək əvvəlcə növbədə gözlədiyini, həkimlə Akif Sədirov arasında mübahisənin şahidi olduğunu və mübahisənin çeklə bağlı olduğunu bildirsə də, sonradan həkimi (iddiaçını) ümumiyyətlə görmədiyini, mübahisənin iddiaçı ilə Akif Sədirov arasında baş verməsini güman etməsini bildirmiş, mübahisənin baş verdiyi ərazini isə ümumiyyətlə heç bir sözlə təsvir və ifadə edə bilməmişdir.
39. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, vergi orqanının aktında qeyd olunan halların sübuta yetirilməməsi aktın mötəbərliliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
40. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq norm alarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-149/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.