Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsi, 3 illik sosial müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2884/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1988-ci il tarixdə A№468071 nömrəli ‘'Əfqanıstan müharibəsi" veteranı vəsiqəsi verilmişdir. Sonradan iddiaçı həmin vəsiqəni itirdiyindən 19.04 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dublikat MV№01239 “Əfqanıst an müharibəsi” veteranı vəsiqəsi verilmiş, Azərbaycan Respublikası qanunvericiliyi ilə müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğu qeyd edilmişdir.
2. Sosial Ödənişlər alt sistemindən çıxarışa əsasən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 9924 nömrəli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən aylıq 80 manat müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə 1 saylı DOST Mərkəzi vasitəsilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2019-cu il tarixdən əvvəlki keçən illər sosial müavinətin veri lməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli prezident təqaüdü haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cu il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 641 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 08 2013-cü il tarixli 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55.000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndı ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin x x.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixindən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Qeyd olunanları nəzərə alaraq ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azə rbaycan Respublikası Prezidentinin "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" xx.xx.2001-ci il tarixli 615 nömrəli Fərmanına və "Sosial müavintlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 973 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı kimi, həmin dövrdən sosial müavinətin hesablanmasının və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həm Əfqanistan müharibəsi veteranı, həmçinin də, X1 iştirakçısı kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazi rliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı "DOST" Mərkəzinə müraciət edərək, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyün uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə, kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55000 (əlli beş min) manat (2006cı ilin 1-dək olan əvvəlki AZN-lə) məbləğində, bu günədək ödənilməmiş müavinətin ödənilməsini xahiş etmişdir. Bununla bağlı, cavabdeh tərəfindən ona ünvanlanmış cavab məktubunda, ona qanunvericiliklə nəzərdə tutulmuş sosial müavinətlərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən ona müavinətin verilməsindən qanunvericiliyin tələbləri ilə deyil, öz istəklərinə uyğun şəkildə imtina e dilmişdir. Hərçənd ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəasında da açıqdan-açığa qeyd edilmişdir ki, vətəndaşların hüquqi məsuliyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
7. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(116)-1157/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya vəsiqəni aldığı vaxtdan əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Əvvəla ona görə ki, müharibə veteranı üçün güzəştlər, imtiyazlar vəsiqəni aldığı vaxtdan tətbiq edilmişdir. Müharibə veteranları üçün nəzərdə tutul muş müavinətin ödənilməsi yalnız “Sosial müavinətlər haqqında” Qanunu ilə nəzərdə tutulmuşdur. İddiaçının dublikat vəsiqəni aldıqdan sonra cavabdehə müraciət etdiyi vaxt müharibə veteranları üçün sosial ödəniş təyinatlı müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının vəsiqəsi ilə cavabdehə müraciət etdiyi vaxt müavinətin ödənilməsini tənzimləyən hər hansı norma mövcud olmamış və bu əsasdan cavabdeh inzibati orqanın təqaüddən əvvəlki dövrlər üzrə müavinət təyin etmək və ödəmək vəzifəsi olmamışdır.
10. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər dövrdə almadığı müharibə veteranı təqaüdünün ona ödənilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2884/2023 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(116)-1157/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Veteranlar haqqında”, “Sosial müavinətlər haqqında” Qanuna, eləcə də “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respubl ikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə
3. Müavinət almaq hüququ olan şəxslər Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə
9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraci ət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:... 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşməl ərin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir.
22. Belə ki, iş materiallarından görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsinə nail olmaqdır. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini əsassız hesab edərək bildirmişlər ki, iddiaçının dublikat vəsiqəni aldıqdan sonra cavabdehə müraciət etdiyi vaxt müharibə veteranları üçün sosial müavinət deyil, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi nəzərdə tutulmuşdur. Bu səb əbdən də iddia əsassızdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanunvericiliyin tələbinə ziddir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 112 saylı arayışda iddiaçıya xx.xx.1988-ci ildə verilmiş “Əfqanıstan müharibəsi” veteranı vəsiqəsinin itirildiyi və bunun üçün ona xx.xx.2022-ci il tarixdə dublikat “Əfqanıstan müharibəsi” veteranı vəsiqəsi verildiyi qeyd edilmişdir.
24. Beləliklə, mötəbərliyi şübhə doğurmayan arayışla müəyyən edilir ki, iddiaçının “Əfqanıstan müharibəsi” veteranı olması xx.xx.1988-ci il tanınmışdır. Məhkəmə kollegiyası bildirir ki, hər hansı bir sənədin itir ilməsi hüququn itirilməsi kimi qiymətləndirilə bilməz. Sənəd sadəcə hüququn mövcudluğunu təsdiq edir.
25. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh özü də iddiaçının “Əfqanıstan müharibəsi” veteranı olduğunu qəbul etmiş, dublikat sənədin xx.xx.2022-ci il tarixdən əldə edilməsinə baxmayaraq ona xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təyin etmişdir.
26. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “Əfqanıstan müharibəsi” veteranı kimi sosial müavinət verilməlidir.
27. Öz mövqeyini məhkəmə kollegiyası aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prez identinin 2019-cu il 15 aprel tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi.
28. Kollegiya hesab edir ki, iddiaçı müharibə veteranı olması hüququnu 2019-cu il 15 aprel tarixli Fərmandan əvvəl əldə etdiyindən ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün aylıq sosial müavinət ödənilməlidir.
29. İddiaçı Əfqanıstan müharibəsində iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər.
30. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qan un birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.
31. Cavabdeh iddiaçının xx.xx.2019-cu il tarixədək yəni, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi əsasında sosial müavinətlər tətbiq edilənədək müharibə veteranı olduğunu qəbul etdiyindən və bu hal mübahisə predmeti olmadığı ndan iddiaçıya xx.xx.2019-cu il tarixdən əvvəlki üç il üçün olan dövrlə bağlı sosial ödənişlər aparılmalıdır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2884/2023 saylı qərarı 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək olan dövr üzrə sosial müavinətin ödənilməsinin təmin olunmayan hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin olunsun. 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tari xədək olan dövr üzrə sosial müavinətin İddiaçı ödənilməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar iddianın təmin olunmayan qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.