Məhkəmə qərarları › İş №2-1(102)-1586/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1586/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1586/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1586/2020) Açar sözlər: şəhid statusunun verilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il 12.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil Mayıl oğlunun, cavabdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-190/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra ixtisarla SHXÇ üzrə DX və ya cavabdeh yazılacaq) məktubla müraciət edərək, mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsini xahiş etmişdir. SHXÇ üzrə DX iddiaçıya R/1359 s aylı, xx xxxxx 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, X2 Qoşunların Komandanının xx.xx.1993-cü il tarixli 468 nömrəli əmri ilə N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən “avtomobil qəzası nəticəsində” vəfat etdiyinə görə şəxsi heyətin siyahısından çıxarıldığı üçün, onun adı Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018- ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısında keçmir. Bu səbəbdən onun ərizəsinin icrası mümkün olmamışdır. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, mərhum həyat yoldaşı X4 şəhid statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Daxili Qoşunların tərkibində Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə olduğu zaman xx xxx 1993-cü ildə avtomobil qəzası zamanı həlak olmuşdur. Yoldaşı vəfat etdikdən sonra ona şəhidlik vəsiqəsi verilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar 11000 manatın verilməsi üçün müraciət etdikdə ona xx xxxxx 2019-cu il tarixli R/1359 saylı məktubla bildirilmiş dir ki, əri N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən “avtomobil qəzası nəticəsində” vəfat etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısında keçmir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş vəsatət təmin edilmiş, iş üzrə ilk cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Cavabdehin etirazları: Cavabdehin e tiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1935/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyy at orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-190/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Əhmədov və S.Seyidova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə bir inci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti iddiaçıya çatdırılmış və iddiaçı xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, № R-42-055 nömrəli məktubda qeyd edilmişdir ki, onun həyat yoldaşı X7 hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. Tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil Mayıl oğ lu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tə ləbinin hüquqi əsaslarını təşkil edən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın “Şəhid anlayışı” adlanan 1-ci bəndinə görə: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə m üəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx xxxxxx 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular; 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi h issənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olara q yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Sadalanan normalar əsasında o nəticəyə gəlmək olar ki, qanunvericiliklə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşm üş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edillər. Apelyasiya instansiyası məhkəməsi hazırki işin faktik hallarının iddianın təmin edilməsinə imkan vermədiyi barədə nəticəyə gəlmişdir. Məhkəmə ona əsaslanmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, № xx-xx/2865 nömrəli məktubda qeyd edilmişdir ki, Daxili Qoşunların arxivindən alınmış 505 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, həqiqətən də baş leytenant X7 xx.xx.1992-ci il tarixdən dislokasiya yeri Ağdam, Füzuli rayonları - döyüş bölgələri olmuş N () saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmiş və xx.xx.1993-cü il tarixdə xidməti vəzifələri ni yerinə yetirərkən vəfat etmişdir. X3 adı xx xxx 1993-cü il tarixdə avtomobil qəzasında vəfat etdiyinə görə “qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçuların siyahısı”nda 13-cü sıra nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarına əsasən X7 avtomobil qəzasında, qeyri döyüş şəraitində vəfat etdiyinə görə şəhid statusunun verilməsi qeyd olunan qərarın tələblərinə ziddir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır. Çünki məhkəmənin gəldiyi nəticə işin faktik hallarına və iddianın hüquqi əsaslarını təşkil edən hüquq normalarının tələblərinə uyğundur. İddiaçının mərhum ərinin hərbi əməliyyatlar, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiy a şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-190/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar