Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1586/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-410/2021 nömrəli, 29.06. 2021ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi:
1. İddiaçı "xxxx" ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların arad an qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumilikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan faizlərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-286/2021 nömrəli iş üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli (hakim Vəfa Əzizova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. İddiaçı həmin qərardaddan şikayət verərək, Sumqayıt İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(118)-286/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərardadının qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-410/2021 nömrəli, 29.06. 2021-ci il tarixli (hakimlər Fuad Məmmədov, Zaur Məmmədov və Hökümə Babayeva) qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 13.04.20 21-ci il tarixli, 2-1(118)-286/2021 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)410/2021 nömrəli, 29.06. 2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir.
6. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
7. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
8. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət İnz ibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.
9. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
10. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun.
11. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəm əsi isə sözügedən qərardadı ləğv edərək, işin yenidən baxılması üçün işin həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmasına baxmayaraq qərardadın məzmunundan müəyyən olunur ki, yeni baxış zamanı mümkünlük məsələsinin həll edilməsi üçün əlavə araşdırılmanın aparılmasına dair hər hansı göstəriş verilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, öz qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qanunvericilikdə öhdəliyin icrası haqqın da iddialar üçün iddia müddəti nəzərdə tutulmadığı halda hazırkı iddia tələbinə iddia müddətini tətbiq edərək iddianı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur və birinci instansiya məhkəməsinin yerinə yetirməli olduğu sonrakı prosessual hərəkətlər iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar olmalıdır. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
12. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi özünün qəbul 2-1(105)-410/2021 nömrəli, 29.06. 2021-ci il tarixli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququn un olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.
13. Belə ki, analogiya üzrə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, iddianın mümkün sayılması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.
14. Yəni, burada da məhz iddia ərizəsinin mümkün sayılmaması barədə şikayətin mövcud olması həmin qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
15. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.”
16. Bu s əbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 35.3, 83.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-410/2021 nömrəli, 29.06. 2021-ci il tarixli qərardadından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın.