Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1586/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-2 40/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İsmayılova (Vəliyevə) Şəbinə Novruz qızının adına verilmiş RX seriyalı ******* №-li və ******* №-li çıxarışlara əsasən müvafiq olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1037e və 1036ç saylı bağ sahələri tam mülkiyyət hüququ üzrə İsmayılova (Vəliyevə) Şəbinə Novruz qızının adına ********** və ********** nömrələri ilə 26 oktyabr 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı əmlakına dəymiş zərərlə balı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddia çıya ünvanlanmış 19 avqust 2019-cu il tarixli məktubla bildirilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində iddiaçıya məxsus reyestr № **********87 olan 12,0 sot torpaq sahəsinin 4,1814 sot hissəsi və reyestr № **********85 olan 11,9633 sot hissəsinin 3,6627 sot torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar iddiaçıya məxsus olan torpaq sahələrinin cavabdeh tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Tikinti işləri cavabdeh tərəfindən həyata keçirilməsinə baxm ayaraq, söküntü işləri cavabdeh tərəfindən aparılmamış və müraciətçinin daş hasarı, darvazası barədə agentlikdə heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 9 oktyabr 2019-cu il tarixində cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus zəbt edilmiş 0,12 ha və 0.119633 ha olmaqla torpaq sahələrinin 4,18 və 3,66 sotuna görə hər sotu 10.000 manat olmaqla 41.800 manat və 36.000 manat olmaqla, cəmi 77.800 manat həcmində yenidən kompensasiya hesablanmaqla ödənilməsi, iddiaçıya məxsus və tam şəkild ə uçurulmuş 0.119633 ha torpaq sahəsinin 425 kv/m daş hasarların hər 1 kv. m-nə 20 manat olmaqla 8.500 manat, 0.12 ha torpaq sahəsinin isə 440 kv/m daş hasarların hər 1 kv/m-nə 20 manat olmaqla 8.800 manatın, sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla, ümumilikdə 106.100 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
4. İddianın əsaslarına görə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq cavabdeh tərəfindən “Novxanı-Pirşağı avtomob il yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha və 0.119633 ha torpaq sahələrinin 4.18 və 3.66 sotu yolun tikintisi altına düşmüş və həmin torpaq sahəsi hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Həmin torpaq sahibinin göstərilən ərazilərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. Məsələ ilə bağlı mülkiyyətçi şifahi olaraq "xxxx" ASC-yə müraciət etmiş, həmin qurumdan verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əla qədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa iddiaçıya zəbt edilmiş əraziyə görə, yəni 4.18 və 3.66 sot torpaq sahələrinə görə hər sotu 4.300 manat hesablanmaqla 18.000 və 17.000 manat kompensasiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bu cür söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Binəqədi rayon İcra Hakimiyyətinə sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensasiyaların ödənilməsi tələbi ilə 26 iyul 2019-cu il tari xdə müvafiq məktublar ünvanlanmışdır. Maliyyə Nazirliyi kompensasiyanın verilməsi ilə bağlı ona Agentlik tərəfindən müraciət edilib-edilməməsi haqqında heç bir məlumat vermədən və araşdırma aparmadan mülkiyyətçinin müraciətini baxılması üçün aidiyyəti üzrə cavabdehə göndərmişdir. Eyni qaydada söküntü işlərini apardığına baxmayaraq Binəqədi rayon İcra Hakimiyyəti bu barədə heç bir məlumat vermədən vətəndaş müraciətini baxılması üçün cavabdehə göndərmişdir. Hazırda həmin ərazidə yerləşən torpaqların hər 100 kv.m-i, yəni 1 sotunun 10.000 manat civarında olması nəzərə alınarsa, hesablanmış və ödəniləcəyi şübhə doğuran kompensasiyanın ədalətsiz hesablandığı ortaya çıxır. Buna görə də zəbt olunmuş torpaq sahələrinin real bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə keçirilməli və ödəniləcək kompensasiya məbləği həmin rəyə uyğun olaraq yenidən hesablanmalıdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 6 noyabr 2019-cu il tarixli məktubda göstərilmişdir ki, iddiaçının adına ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair RX seriyalı, **********85 reyestr nömrəli və ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair **********87 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 7 noyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Novxanı-Pirşağı (Sa hil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi cavabdeh tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində cavabdeh tərəfindən iddiaçıya heç bir kompensasiya ödənilməmişdir.
7. Birinci instansiya məhkəməsindəki icraat zamanı Məhkəmənin ekspertiza təyin olunması barədə 9 oktyabr 2019-cu il tarixli qərardadının icrası ilə bağlı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, X2 xüsusi mülkiyyətində olan, **********85 reyestr nömrəli, sahəsi 0,119633 ha təşkil edən 1037e saylı bağ sahəsinin 0,036627 ha-lıq hissəsinin və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, X2 xüsusi mülkiyyətində olan, **********87 reyestr nömrəli, sahəsi 0,12 ha təşkil edən 1036ç saylı bağ sahəsinin 0,041814 ha-lıq hissəsinin qiymətləndiril məsi ilə əlaqədar hesabat məhkəməyə göndərilmişdir.
8. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vəsatətlə məhkəməyə müraciət olunaraq, iş üzrə təkrar məhkəmə ekspertizasının təyin edilməsi və həmin ekspertizanın keçirilməsində Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakının təmin edilməsi xahiş olunmuşdur.
9. Qeyd edilən səbəbdən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri cəlb edilməklə iş üzrə yenidən məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. 10. “X3” MMC tərəfindən verilmiş 25 may 2021-ci il tarixli ekspert rəyində belə nəticəyə gəlinmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Azərbaycan Respublikasının ƏMDK yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №li çıxarışlara əsasən iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) torpaq sahəsinin real bazar qiymətləri ilə təqribi dəyəri 29.816,00 manat, 3,66 sot (0,0366 ha) torpaq sahəsinin real bazar qiymətləri ilə təqribi dəyəri 26.107,00 manat məbləğində müəyyən edilir.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İda rəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №li çıxarışlara əsasən iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissəsini əhatə edən daş hasarları barədə hər hansı məlumat inzibati iş materiallarında yoxdur və daş hasarları barədə dəqiq məlumatı baxış keçirilən zaman əldə etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, mişar daşından bir qat (20 sm.) hasarın 1 kv. metrinin hörülməsi üçün görülməli tikinti-q uraşdırma işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 24,40 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 24 iyun 2021-ci il tarixli, 2-1(112)301/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən həyata keçirilən “Novxanı Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissələrinin yolun tikintisi altına düşməsi nəticəsində vurulmuş maddi ziyana görə cəmi 55.923 (29.816,00 + 26.107,00) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyi cava bdehə həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
13. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, iş üzrə alınmış ekspert rəylərinə və qanunvericilik normalarına istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissələrinin yolun tikintisi altına düşməsi nəticəsində vurulmuş maddi ziyana görə cəmi 55.923 (29.816,00 + 26.107,00) manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissəsini əhatə edən daş hasarları barədə hər hansı məlumat inzibati iş materiallarında olmadığından, ekspert tərəfindən daş hasarları barədə dəqiq məlumatı baxış keçirilən zaman əldə etmək mümkün olmadığından və iddiaçı tərəfindən bu tələbini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmadığından iddia bu hissədə sübut olunmur və təmin oluna bilməz. Hazırki iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulması sübuta yetirilmədiyindən iddia mənəvi ziyanın tutulması hissəsində də təmin oluna bilməz.
14. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin olunmasını, cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və V.Ə.Baxışova) 4 mart 2021-ci il tarixli, 2-1(103)240/2022 nömrəli qərarı ilə iddiaçının, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-301/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmişdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv e dilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ a. kassasiya şikayətlərinin dəlilləri
19. İddiaçının kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, qanunun tələbinə görə iddiaçıya vurulmuş zərər cavabeh tərəfindən tam həcmdə ödənilməlidir, iddiaçıya vurulmuş zərər bağ sahəsindən məhrum edilməsi, bağ sahəsini əhatə edən ona məxsus daş hasarın, darvazanın məhv edilməsi, həmçinin mənəvi zərərdən ibarətdir.
20. Cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçı göstərdiyi əmlaklardan (torpaql ar, daş hasar, darvaza) məhrum olmuşdur. Qanunvericilikdə nəzərdə tutulmayıb ki, delikt nəticəsində vurulmuş zərər daha az miqdarda ödənilsin, hazırkı mübahisə üzrə də məhkəmələr iddiaçıya vurulmuş zərəri tam tutmamışdır.
21. Məhkəmənin mənəvi zərərlə bağlı mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 aprel 2020-ci il tarixli qərarını tətbiq etməsi yanlışdır. Hazırkı iddia tələbi inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanla bağlıdır, iddiaçı əmlaklarından məhrum olmuşdur, bu faktdır, məhkəmələr bu fakta görə iddiaçının xeyrinə kompensasiya tutur, belə olan halda iddiaçı inzibati orqanın qanunsuz hərəkətlərinə məruz qalan şəxs kimi mənəvi ziyan çəkir, iztirab, stress keçirir. Məhkəmələrin insanın mənəvi ziyanla bağlı çəkdiklərinə yanlış münasibət g östərməsi başa düşülən deyil.
22. İddiaçı iş üzrə yeni ekspertiza keçirilməsini tələb etsə də, məhkəmə vəsatətini təmin etməmiş, qanundan irəli gələn vəzifələrini yerinə yetirməmişdir. Torpaq sahələrinin daş hasarının mövcudluğu iş materialları ilə təsdiq olunur, daş hasarların özülləri hazırda da yerdə qalıb, bu da torpaq sahələrinin daş hasara alındığını və inzibati orqan tərəfindən dağıdıldığını göstərir.
23. Cavabdehin kassasiya şikayətinin əsaslarına görə apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmadan, birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsini köçürməklə kifayətlənmişdir. 24. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qa nuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.
25. Hazırki iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı cavabdehə ünvanlanmış məktubdan görünür ki, Novxanı-Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, layihə tikinti işlərinin başlanması zamanı kompensasiya məsələsinə baxılacaqdır.
26. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçıların tam istifadəsində olm aqla mülkiyyətindədir.
27. Hazırda isə apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcə qarşısında əsassız öhdəliklər yaradır.
28. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.
29. Halbuki “Avtomobil yolları haqqında” Azərbaycan Re spublikası Qanununa görə təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrilmış torpaq sahələridir; qorunma (mühafizə) zolağı-təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir (1-ci maddə). b. kassasiya şikayətinə etirazların dəlilləri
30. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma sı və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Maddə
157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllə nin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağl ı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsu lları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə 1.1.4. alınmanın təsirinə məruz qalan torpaq - bu Qanunun 18-ci maddəsinə uyğun olaraq torpağın alınması ilə bağlı təklifə daxil edilməsi məqsədi ilə alan orqan tərəfindən müəyyən edilən torpaq; Maddə 1.1.5. alınan torpaq - bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; Maddə 1.1.6. kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kom munikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bə rpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdi rmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağ ın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınması nı zəruri edən layihənin hesabına ödənilir. 33. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
34. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gün dən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
38. İddiaçı kassasiya şikayətində qeyd edir ki, hazırkı mübahisə üzrə məhkəmələr iddiaçıya vurulmuş zərəri tam tutmamışdır. Belə ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaç ı əmlaklarından (torpaq, daş hasar, darvaza) məhrum olmuşdur. İş materialları ilə daş hasarların özüllərinin hazırda da yerdə qalması təsdiq olunur. İddiaçı mənəvi zərərlə bağlı hissədə də apelyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmır.
39. Məhkəmə kollegiyası iddiaçının şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, “X3” MMC tərəfindən verilmiş 04 №li 25 may 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №li çıxarışlara əsasən iddiaçı İsmayılova (Vəliyeva) Səbinə Novruz qızının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissəsini əhatə edən daş hasarları barədə hər hansı məlumat inzibati iş materiallarında yoxdur və daş hasarları barədə dəqiq məlumatı baxış keçirilən zaman əldə etmək mümkün olmamışdır.
40. Bundan başqa, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində mənəvi ziyan vurulmasını sübuta yetirə bilmədiyindən iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində də təmin etməməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.
41. Cavabdeh hesab edir ki, torpaq sahəsinin tikinti altına düşməsi işin mübahisəsiz halı ols a da, alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi, eləcə də apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır.
42. Məhkəmə kollegiyası cavabdehin şikayətin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 avqust 2019-cu il tarixli Kol-3/09-6130 №li məktubla bildirmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində iddiaçıya məxsus reyestr № **********87 olan 12,0 sot torpaq sahəsinin 4,1814 sot hissəsi və reyestr № **********85 olan 11,9633 sot hissəsinin 3,6627 sot torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar iddiaçıya məxsus olan torpaq sahələrinin cavabdeh tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.
43. Cavabdeh tərəfindən verilmiş 3/09-8333 №li 07 noyabr 2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Novxanı-Pirşağı (S ahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaş İddiaçı heç bir kompensasiya ödənilməmişdir.
44. Alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınmasının rəsmiləşdirilmədiyinə və alqı-satqı müqaviləsi bağlanmadığına dair dəlilə gəldikdə, həmin şərtlərin icra olunmaması alınmanın təsirinə məruz qalan iddiaçı üçün deyil, alan orqan üçün öhdəlik yardır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibat i orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-240/2022 nömrəli dəyişdirilmədən saxlanılır. Qərar qətidir.