Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1587/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1587/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilm əsi və xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-50/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olduğunu, əmək fəaliyyətinə V.İ.Lenin adına X3 başladığını və xx xx 1974-cü ildən xxxx 1975-ci ilədək barama döyən, xxxx 1975-ci ildən xxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə işlədiyini və xxxx 1975-ci ildə ordu sıralarına getdiyim üçün işdən azad edildiyini və sovet ordusunda 1975-1977-ci illərdə 2 il xidmət etdiyini, daha sonra xxxx 1978-03.02.1984-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMDdə fəhlə, xxxx 1984-17.12.1996-cı ilədək V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı işlədiyini, 17.12.1996-cı ildə işlədiyi müəssisə fəaliyyətini dayandırdığından, qeyri-müəyyən müddətə ödənişsiz məzuniyyətə buraxıldığını, 21.04.1999-cu ildə işlədiyi Şəki ipək kombinatın adı “İpək” şirkətinin balansında yaradılmış “xxxx”ASC olaraq dəyi şdirildiyini, xxxx 2005-ci ildən “xxxx”ASC fəaliyyətini bərpa etdiyindən, məzuniyyətdən geri çağırılaraq xxxx 2011-ci ilədək “xxxx”ASC-də bənna olaraq işlədiyini, 25 ildən artıq sosial sığorta stajı olduğunu və həmin illərin əksəriyyəti zərərli sahəyə aid edildiyini, xxxx 2017-ci il tarixdə ərizə ilə Cavabdehnə müraciət edərək, 01.01.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyini, sonuncu, ərizə və sənədlərini xxxx 2017-ci il tarixdə almasına baxmayaraq, ona heç bir cavab verilmədiyini bildirərək, əmək kitabçasında göstərilən V.İ.Lenin adına X3 xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək barama döyən, xxxx 1975-ci ildən xxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, xxxx 1978-xxxx 1984-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəh lə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xxxx 1984-17.12.1996-cı illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xxxx 2005-ci ildən xxxx 2011-ci ilədək “xxxx”ASC-də bənna olaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(84)-329/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı əmək kitabçasında göstərilən V.İ.Lenin adına X3 xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək barama döyən, xxxx 1975-ci ildən xxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, xxx x 1978-xxxx 1984-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xxxx 1984-xxx 1996-cı illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xxxx 2005-ci ildən xxxx 2011-ci ilədək “xxxx” ASC-də bənna olaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və 01.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, məhkəmə xərci iddiaçıya aid edilmişdir(hakim – K.H.Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-243/2018 saylı qərarı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Abbasov və E.Ş.Hüseynov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-1763/2018 saylı qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər İ.K.Hüseynov və N.İ.Rəsulbəyova) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-50/2019 saylı qərarı ilə (sədrlik edən R.Ə.Əliyev, hakimlər A.M.E yvazov və İ.H.Şükürov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı əmək kitabçasında göstərilən V.İ.Lenin adına X3 xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək barama döyən, xxxx 1975-ci ildən xxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, xxxx 1978-xxxx 1984-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xxxx 1984-xxxx 1996-cı illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xxxx 2005-ci ildən xxxx 2011-ci ilədək “xxxx” ASC-də bənna olaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, həmin Siyahının 29cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində fəhlələr sıralamasında bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsi qeyd edilmiş, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən xxxx 1974-xxxx 1975-ci ilədək baramadöyən, xxxx 1984xxxx 1988, xxxx 2005-xxxx 2011-ci ilədək isə bənna vəzifəsində işləmiş, bu peşələr üzrə əmək kitabçasındakı qeydlərə əsasən sosial sığorta stajı cəmi 10 il 9 ay 22 gün təşkil edir, lakin xxxx ASC tərəfindən verilmiş hesabatlara əsasən vətəndaşın fə rdi uçot məlumatında 2006-2008-ci illərdə tam, 2009-cu ilin isə xxxx aylarında əmək haqqı hesablanması göstərilmiş, belə olan halda iddiaçının güzəştli iş stajı cəmi 8 il 21 gün təşkil edir, həmçinin əmək kitabçasına əsasən işlədiyi digər peşələr - toxucu istehsalatında köməkçi fəhlə, tikinti idarəsində fəhlə, SMD-də fəhlə, suvaxçı peşələri Siyahıda nəzərdə tutulmamış, həmin Siyahıda nəzərdə tutulmayan peşələrin hansı əsasla güzəştli sosial sığorta stajına daxil edilməsi məhkəmə qərarında əks olunmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuş, iddiaçının tələb olunan 12 il 6 ay güzəştli sosial sığorta stajı tamamlanmadığından, güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Tərəflərin izahatları İddiaç ı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiri lməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-50/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xxxx 1975-ci ildən xxxx 1977-ci ilədək hərbi xidmətdə olmuş, xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək V.İ.Lenin adına X3 barama döyən, xxxx 1975-ci ildən xxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, xxxx 1978-xxxx 1984-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xxxx 984-xxxx 1996-cı illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xxxx 2005-ci ildən xxxx 2011-ci ilədək “xxxx”ASC-də bənna olaraq işləmiş, onun işlədiyi illər iddiaçının adına açılmış əmək kitabçasında qeyd olunmuşdur. Apellyasiya Məhkəməsi məhkəmə qərarını dəyişdirərkən ona istinad etmişdir ki, iddiaçı, xx.xx.1957-ci ildə anadan olmuş və 57 yaşı xxxx 2014-cü ildə tamam olmuşdur, iddiaçının 57 yaşı tamam olduğu tarixə, o 25 ildən artıq ümumi (V.İ. Lenin adına X3 xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək Darama döyən, xxxx 1975-ci ildən xxxx 1975-ci ilədək toxucu istehsalatında köməkçi fəhlə, xxxx 1978 - xxxx 1981-ci illərdə Şəki kolxozlararsası tikinti icarəsində fəhlə, xxxx 1981-xxxx 1984-cü illərdə Şəki meliorasiya sutikint 1 nömrəli SMD-də fəhlə, xxxx 1984 - xxxx 1996-cı illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna, 3-cü dərəcəli suvaxçı, xxxx 2005-ci ildən xxxx 2011-ci ilədək isə xxxx” ASC-də bənna, 27 il 2 ay 6 gün), ona görə də həmin illər onun sosial sığorta stajına daxıl edilməli və pensiya hüququnun yarandığı xxxx 2017-ci ildən və 12 il 6 aydan (V.İ.Lenin adına X3 xxxx 1974-cü ildən xxxx 1975-ci ilədək barama döyən, xxxx 1978- xxxx 1981-cü illərdə Şəki kolxozlararsası tikinti idarəsində fəhlə, xxxx 1981- xxxx 1984 -cü illərdə Şəki meliorasiya sutikinti 1 nömrəli SMD-də fəhlə, xxxx 1984- xxxx 1991-ci illərdə V.İ.Lenin adına X3 əsaslı tikinti şöbəsində bənna) artıq xüsusi sığorta stajına malik olmuşdur ki, bununla da o, qanunla müəyyən edilmiş yaş, ümumi və xüsusi sığorta stajını tamamlamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarının səthi araşdırılması nəticəsində gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyy ən edilmiş qüvvəsi yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların, kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsin ə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətird iyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, 9 dekabr 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından da göründüyü kimi qeyd edilən normaların və istinad olunan qərarların ziddinə apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin hər hansı bir dəlilinə hüquqi qiymət verilməmiş, bu dəlillərin nə üçün qəbul edilmədiyi qərarda əsaslandırılmamışdır. Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(102)-1763/2018 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarında göstərilənlərlə cavabdehin kassasiya şikayətində göstərilənlər arasında ziddiyyətli məqam yaranmışdır ki, bir tərəfdən apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçının işin materiallarında olan sənədlərə, o cümlədən iddiaçının əmək kitabçasına istinadən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaranması üçün kifayət qədər əmək stajına malik olduğunu qeyd edir, digər tərəfdən isə cavabdeh şö bə iddiaçının belə staja malik olmadığını bildirir, bu ziddiyyətin aradan aldırılması və işin ədalətli həll üçün iddiaçının işin materiallarında olmalı olan əmək kitabçasının surətinə nəzər salmaq kifayət olardı, lakin həmin hüquqi sənəd, həmçinin apellyasiya instansiya məhkəməsinin qərarında istinad etdiyi digər sənədlərin surətləri işin materiallarına əlavə edilməmişdir. İşə yenidən baxan məhkəmə tərkibi Ali Məhkəmənin qeyd edilən qərarında verilmiş göstərişlərə riayət etməmiş, iddiaçının 2005-2011-ci illərdə “xxxx” ASC-nin Təmir-Tikinti Şöbəsində bənna işləməsi və müvafiq əmək haqqı alması barədə arayış almaqla kifayətlənmiş, iş materiallarında olmadığı halda buna dair göstəriş verilməsinə baxmayaraq iddiaçıya məxsus əmək kitabçasını əldə etmədən, sonda isə yenidən iş materiallarında ol mayan əmək kitabçasına əsaslanmaqla iddianın təmin edilməsi barədə qərarı qüvvədə saxlamış, bu zaman yuxarı instansiya məhkəməsi tərəfindən verilmiş icrası məcburi olan göstərişlərə əhəmiyyət verməmiş, onları nə üçün qəbul edib-etmədiyini qərarında ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əh əmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəm əsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçıya məxsus məhkəmə qərarlarında istinad olunan əmək kitabçası, yaxud onun lazımi qaydada təsdiq edilmiş surəti əldə edilərək digər sübutlarla qiymətləndirilməli, beləliklə, mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsi, hərtərəfli məhkəmə tədqiqatı aparılması zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməs ində yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)50/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(107)-50/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial X5 şəhər şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-1587/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1587/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver