Məhkəmə qərarları › İş №2-1(102)-1587/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1587/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1587/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (3-cü şəxsin inzibati məhkəmə icraatının cəlb edilməsi, subyektiv hüquq, müddət ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil Qabil oğlunun iştirakı ilə İddiaçı cavabde h Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-387/2020 nömrəli inzibati iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəsinə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)2864/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəsinə uyğun olaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın maqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilsə də, sonradan cavabdeh apelyasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(82)-2864/2019 saylı qərardadı ilə (hakim: Z.M.Tağıyev) cavabdehin apelyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qəbul edilmiş və apelyasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bundan sonra, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir. “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X1 xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavab deh Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan ölçünün verilməsi tələbinə dair inzibati iş üzrə “xxxx” MMC maraqlı tərəf olduğundan onun 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)2864/2019 saylı qərardadı ilə (hakim: Z.M.Tağıyev) ərizə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində “xxxx” MMC tərəfindən gələcəkdə tikiləcək qeyri-yaşayış sahəsinə dair hər sonuncunun hansı hüquqlarının pozulması məhkəmə prosesi zamanı müəyyən edilməmişdir. Hazırki iş üzrə iddiaçı ilə “xxxx” MMC arasında mübahisə predmetini iddiaçıya ödəniləcək kompensas iya məbləği təşkil etdiyindən, “xxxx” MMC-nin bununla bağlı mülki icraat qaydasında ümumi məhkəmələrə müraciət etməsi məqsədə uyğundur. Məhkəmənin həmin qərardadından ərizəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-387/2020 nömrəli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: C.A.Yusifov və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(82)-2864/2019 saylı qərardadı ləğv edilmiş, ərizəçi “xxxx” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki işin nəticəsi “xxxx” MMC-nin maraqlarına toxunduğundan onun müraciəti əsaslı olmuşdur. Apelyasiya in stansiyası məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində həmin şikayətin təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və “xxxx” MMC-nin ərizəsinin rədd edilməsi xahiş olunur. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi hesab edir ki, apelyasiya kollegiyası tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə istinad olması qanunsuzdur. İPM-nin 28.1-ci maddəsində deyilir: İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qis mində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-l(82)-2864/2019 saylı qərarı qüvvəyə minmiş və icra olunmuşdur. Apelyasiya kollegiyasının işə baxan hakimlərinin bu danılmaz faktı görməməsi mümkün deyil. Həmin qərarda qeyd olunur ki, guya qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə “xxx x” MMC-yə ayrılmış torpaq sahəsində yerləşən və iddiaçıya məxsus ev və qeyri-yaşayış sahəsi qəzalı vəziyyətdədir. İşə baxan kollegiya burada da işin faktiki hallarını qəsdən təhrif etmişdir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarında iddiaçının 1992-ci ildə yenidən müasir formada tikilmiş və yaşayış üçün tam normal vəziyyətdə olan evi və qeyriyaşayış sahəsi haqda heç bir məlumat yoxdur. Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarının 1.1-ci bəndində Nəsimi rayonu üzrə XİX əsrin sonu və XX əsrin əvvəllərində tikilmiş...yaşayış binalarının sökülməsindən söhbət gedir. Həmçinin, həmin Qərarın 1.2-ci bəndində...’’hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılması”na dair müvafiq rayon İcra Hakimiyyətlərinə göstəriş verilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh və ərizəçi “xxxx” MMC məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayən dələrinin iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və proses sual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - qərardadın ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, hazırkı iş üzrə ərizəçinin tələbi onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədədir. Ərizəçi hesab edir ki, qəbul edilmiş məhkəmə qərarı onun birbaşa maraqlarına toxunur. İşə baxan apelyasiya instansiya məhkəməsi ərizəçinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadını ləğv edərkən qeyd etmişdir: “mülkiyyət hüququ tanınmış qeyd olunan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhər İcra Hakimi yyətinin xx.xx.2018ci il tarixli, 115 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli və xx.xx.2019-cu i tarixli 13 nömrəli sərəncamları ilə “xxxx” MMC-yə ayrılmışdır ki, həmin sərəncamlara müvafiq olaraq Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evlərinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir. Nəzərə alsaq ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə həmin qeyri-yaşayış sahəsinin in şa olunmasından kifayət qədər çox müddət əvvəl İddiaçı mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır, həmçinin mübahisəli qərardan əvvəl qeyd olunan torpaq sahəsi hündürmərtəbəli binaların inşa olunması məqsədi ilə pilot layihə çərçivəsində “xxxx” MMC-yə ayrılmışdır, qeyd olunan qərar birbaşa MMC-nin hüquqlarına toxunur.” Göründüyü kimi, işə baxan apelyasiya instansiya məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 115 nömrəli, xx.xx.2019-cu il tarixli, 02 nömrəli və xx.xx.2019-cu i tarixli 13 nömrəli sərəncamlarına istinad edərək hazırki mübahisənin “xxxx” MMC-nin maraqlarına toxunduğunu qeyd etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şər h edilməsinə dair” xx xxxxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnm əsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Göründüyü kimi, işə baxan aşağı instansiya məhkəmələri məhkəmə qər arının “xxxx” MMC-nin qanunla qorunan maraqlarına toxunub-toxunmamasını müəyyən etmək üçün ilkin olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin “xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşib-yerləşmədiyi məsələsinə aydınlıq gətirməli idi. Lakin bu barədə heç bir araşdırma aparılmamışdır. Halbuki, iş materiallarına əsasən, iddiaçının adına qeydə alınmış qeyri-yaşayış sahəsinin “xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşməsi müəyyən edilmir. İş materiallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən bu xüsusatı, yəni pozuntu barədə ərizəçinin hansı vaxtdan məlumatının olmasını da araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəxxxxi olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-387/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar