Məhkəmə qərarları › İş №2-1(102)-1587/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1587/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1587/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra nümayəndəsinin qərarı əsasında verilmiş torpaq sahəsinə çıxarış verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci tarixli, 2-1(105)114/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18.05.1991-ci il tarixli, 100 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün köhnə Saray kəndinin yurd yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 10,0 hektar həyətyanı, 2,0 hektar yollar, küçələr üçün, cəmi 12,0 hektar Saray üzümçülük sovxozunun dəmyə örüş yeri kimi uçota alınmış torpaq sahəsindən alınıb Saray qəsəbə XDS İcraiyyə Komitəsinə verilmişdir.

2. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İcraiyyə K omitəsinin 18.05.1991-ci il tarixli, 100 saylı qərarı ilə Saray qəsəbə XDS İcraiyyə Komitəsinin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən müstəsna hal kimi İddiaçı 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin sahədə ona fərdi yaşayı evi tikməyə icazə verilmişdir.

3. İddiaçı 16.01.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,20 ha. torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 06.02.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır. Bundan başqa, iddia edilən 0,20 ha. torpaq sahəsi normadan artıq əldə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18.05.1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha. torpaq sahəsindən ona ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 sayıl sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18.05.1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha. torpaq sahəsindən İddiaçı müstəsna hal kimi 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmış və orada ona fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Həmin torpağa dair mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş və cavabdehin 06.02.2020-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Belə ki, cavabdeh qəsəbə nümayəndəsinin torpaq ayırmaq səlahiyyətinin olmadığını və ayrılmış torpaq sahəsinini normadan artıq olduğunu bildirmişdir. Halbuki, qəsəbə nümayəndəsi bu sərəncamı özbaşına deyil, Abşeron rayon XDS İK-nin 18.05.1991-ci il tarixli 100 saylı qərarı ilə Saray əhalisinə paylanması üçün nəzərdə tutulmuş 12 ha torpaq sahəsinin məhz qəsəbə XDS İK-yə həvalə edilməsi barədə olan qərarına əsasən ayırmışdır. Bundan əlavə qanunvericilikdə vətəndaşa verilən torpaq sahələrinə hər hansı bir norma qoyulmamışdır. Vətəndaşa fərdi ev tikintisi və ya başqa məqsədlərlə istənilən ölçüdə torpaq sahəsi verilə bilər və bunu məhdudlaşdıran hər hansı bir qanun yoxdur və cavabdeh də bu əsasla hüquqları qeydə almaqdan imtina etdikdə hər hansı bir normaya əsaslanmamışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-842/2020 saylı, 02.10.2020-ci il tarixli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək İddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19 oktyabr 1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha torpaq sahəsindən ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 29.12.1997-ci il tarixli 417 saylı sərəncamında torpaqların vətəndaşlara Abşeron RİH başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilməsi qeyd olunduğundan Sara y qəsəbəsi üzrə nümayəndəliyin Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini vətəndaşlara ayırmaq səlahiyyəti olmuşdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-114/2021 saylı qərarına əsasən (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Hökümə Babayeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-842/2020 saylı, 02.10.2020-ci il tarixli qərarı qismən – iddiaçının Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18.05.1991-ci il tarixli 100 saylı qə rarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 ha. torpaq sahəsindən ayrılmış 0,20 ha. həyətyanı torpaq sahəsinin 0,10 hektarı üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə - iddiaçının Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən Abşeron rayon XDS İK-nin 18.05.1991-ci il tarixli 100 saylı qərarı ilə Saray qəsəbə XDS İK-nin sərəncamına verilmiş 12 hektar torpaq sahəsindən ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 18.05.1991-ci il tarixli, 100 saylı qərarı ilə hər ailəyə 0,10 ha. torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Odur ki, iddia tələbi 0,10 ha. torpaq sahəsinə aid hissədə əsaslıdır.

11. Məhkəmə qərarı iddiaçıya 15.06.2021-ci il tarixində təqdim edilmişdir.

12. İddiaçı 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)114/2021 saylı qərarın qismən, iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətini n dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, 0,20 ha. torpaq sahəsinin iddiaçıya verilməsinə əsas olmuş 19.10.1999-cu il tarixli sərəncam ləğv olunmamışdır, hal-hazırda qüvvədədir. Sərəncamın verildiyi gündən bugünədək iddiaçı həmin torpaq sahəsindən istifadə edir, bu müddət ərzində heç bir dövlət orqanı tərəfindən həmin sərəncam, dolayısı ilə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mübahisələndirilməmişdir. Məhkəmə iddianı tam deyil, qismən təmin etsə də, öz nəticəsini maddi və prosessual hüquq normaları ilə əsaslandırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi “ İnzibati icraat haqqında” Qanunun 19.1-ci, Torpaq Məcəlləsinin 7-ci maddəsini işin hallarına düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8. 0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

18. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd

19. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni ve rməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 36-cı maddəsinin (Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 saylı Fərmanı ilə ləğv edilmişdir) 1-ci bəndinə əsasən rayon tabeli şəhərlərdə, q əsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi fəaliyyət göstərir.

21. Həmin maddənin 2-ci bəndinə əsasən rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir.

22. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı qismən, iddianın yalnız təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmış, maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından göründüyü kimi, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 nömrəli qərarı ilə hər ailəyə 0,10 ha torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur.

30. İddiaçıya isə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamına əsasən 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi də 18.05.1991-ci il tarixli qərara istinad edərək iddiaçıya normadan artıq torpaq sahəsi verildiyini qeyd edərək iddianı qismən təmin etmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin tikintisi üçün Köhnə Saray kəndinin yurd yerindən hər ailəyə 0,10 hektar torpaq sahəsi ayrılması nəzərdə tutulduğu halda, iddiaçıya 0,20 hektar torpaq sahəsi ayrılmış və bununla da normadan artıq torpaq sahəsi əldə edilmişdir.

33. Hazırkı qərarın 17-19 -cu bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir.

34. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin 0,10 ha. hissəsinə dair Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18.05.1991-ci il tarixli, 100 saylı qərarı olsa da, digər 0,10 ha. hissəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə 0,20 torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

35. Kassator 0,20 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamını göstərir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir k i, hazırkı qərarın 20-21-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, həmin sərəncam verildiyi tarixdə qüvvədə olan “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin müddəalarına görə rayon icra hakimiyyətinin nümayəndəsi rayon icra hakimiyyəti başçısının tapşırıqlarını həyata keçirir. Hazırkı işin hallarından isə müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18.05.1991-ci il tarixli, 100 saylı qərarının icrası ilə bağlı öz səlahiyyət həddindən kənara çıxmışdır.

36. Belə ki, 18.05.1991-ci il tarixli qərarda hər ailəyə 0,10 hektar torpaq sahəsi verilməsi nəzərdə tutulsa da, icra hakimiyyəti başçısının nümayəndəsi 19.10.1999-cu il tarixli sərəncamı ilə iddiaçıya 0,20 hektar torpaq sahəsi v erilməsini qərara almış, bununla da öz səlahiyyət həddini aşmışdır. Odur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin 19.10.1999-cu il tarixli 36 saylı sərəncamı yalnız 0,10 ha. torpaq sahəsinin ayrılması hissəsində qanuni olduğundan, iddiaçı da tələbinin əsası kimi həmin sənədə istinad etdiyindən iddia tələbi yalnız 0,10 ha. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsində əsaslıdır.

37. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-114/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanı lmalıdır.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.06.2021-ci il tarixli, 2-1(105)-114/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar