Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1587/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-180/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının atası X3 Bakı şəhər İcra Hakimiyyətinin X1 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A–nın yan tərəfində yerləşən 2000 kv.m. torpaq sahəsi xx.xx.2006-cı il tarixli müqavilə əsasında 10 il müddətinə icarəyə verilmişdir. İddiaçı atası X4 vəfat etdikdən sonra onun vərəsəsi kimi 2017-ci ildə cavabdehə müraciət edərək, həmin torpaq sahəsində yerləşən dəmir-darvaza sexlərinin sökülməsi nəticəsində ona vurulmuş ziyanın pulla kompensasiyasının ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. 2. 4 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə əsasən icarəyəverən Bakı şəhər İcra Hakimiyyətinin X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A – nın yan tərəfində yerləşən 2000 kv.m. torpaq sahəsini 10 il müddətinə X3 icarəyə vermişdir.
3. Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4Aa saylı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə X2 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apellyasiya instansiyasının qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qərar qəbul olunan zaman Ali Məhkəmə Bakı şəhəri İcra Hakimiyyətinin X1nin mübahisəli torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququnun olmaması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. 4. xx.xx.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən iddiaçı X2 vərəsələri dairəsinə daxildir.
5. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehdən ona məxsus Bakı şəhəri, Zabrat-2 qəsəbəsində, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 2000 kv metr torpaq sahəsində dəmir-darvaza istehsalı sexlərinin sökülməsi ilə bağlı 298000 manat maddi ziyanın və 30000 manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə sübut qismində DVD disk, fotoşəkillər və "xxxx" MMC tərəf indən tərtib edilmiş xx.xx.2021-ci i tarixli mütəxəssis rəyi təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq ******* manat pulun, mənəvi zərərə görə 50000 manatın tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 2000 kv metr torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti X1 ilə iddiaçının mərhum atası X4 arasında bağlanmış “Stasionar xidmət obyektinin təşkili haqqında” xx.xx.2006-cı il tarixl i müqavilə əsasında 10 il müddətinə iddiaçının atasının icarəsinə verilmişdir və Sabunçu rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə atasının həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmaqla torpaq sahəsinin iddiaçının atasının adına rəsmiləşdirilməsi qət edilmişdir. Lakin iddiaçının mərhum atası həmin qətnamə əsasında 2000 kv metr torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışı almamşdır. İddiaçının atası Zahir Heydərov qeyd edilən torpaq sahəsində 200000 manat dəyərində sahəsi 277 kv.metr və 850000 manat dəyərində sahəsi 27 kv.metr olan dəmir məmulatı istehsalı sexləri tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyata dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsinin yanındakı ərazidə rayon icra hakimiyyətini n rəhbərliyinin razılığı ilə əlavə olaraq sahəsi 15000 manat dəyərində 74 kv.metr, 55000 manat dəyərində 21 kv.metr olan dəmir məmulatı istehsal edən digər sexlər tikdirmiş və həmin sexlərdə də sahibkarlıq fəaliyyəti göstərmişdir. İddiaçının atası 01 may 2015-ci ildə vəfat etmiş və iddiaçı vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı notariat kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Eyni zamanda Sabunçu rayon məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Atasına məxsus olan yuxarıda qeyd edilən dəmir məmulatları sexlərini atası vəfat etdikdən sonra iddiaçı işlətmişdir. Lakin 2017-ci ilin oktyabr ayında cavabdeh tərəfindən 74 kv.metr sahəsi olan sex sökülmüş, sexlər də daxil olmaqla 20000 kv met r torpaq sahəsi qanunsuz olaraq dəmir hasara alınmışdır. Nəticədə iddiaçı həmin torpaq sahəsinə, sexlərə sahiblikdən və sahibkarlıq fəaliyyətindən məhrum olmuşdur. Bildirmişdir ki, həmin sexləri işlətməklə ayda təxminən 7-8 min qazanc əldə edirdi. Sonradan Cavabdeh nümayəndələri tərəfindən 20000 kv.metr torpaq sahəsində tikilmiş sexlər də sökülmüşdür. Qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş, işgüzar nüfuzu aşağı düşmüş və əlacsız vəziyyətdə qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2371/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində vaxtilə atasına məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, ev 4A –nın yan tərəfində yerləşən 20,0 sot torpaq sahəsində yerləşən əmlakların cavabdeh tərəfindən sökülməsi nəticəsində ona əmlak ziyanı vurulmasını göstərmiş və bu zaman torpaq və əmlak üzərində hüquqlarının olmasını təsdiq edən sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin X1 ilə mərhum atası X4 arasında imzalanmış 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə, Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə və özünün X2 vərəsəsi olmasına istinad etmişdir.
11. Məhkəmədə işin faktiki halları və qeyd edilən sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də X2 varisidir, lakin iddia ərizəsində göstərilən sexlərin yerləşdiyi torpaq sahəsi n ə iddiaçının, nə də iddiaçının atası mərhum X2 qanuni istifadəsində və ya mülkiyyətində, o cümlədən icarəsində olmamışdır, habelə belə bir hüququn gözləntisi yoxdur. Belə ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yanında yerləşən 2000 kv metr torpaq sahəsinə X2 mülkiyyət hüququ tanınaraq həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinin qət edilməsi haqqında Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi vaxtilə qəbul edilsə də, sonradan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həm apellyasiya instansiyası məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin X1nin iddia ərizəsində göstərilən torpaq sahəsi üzərində hər hansı bir sərəncam vermək, yaxud həmin torpağı kiminsə mülkiyyətinə vermək hüququ olmamışdır. Yəni iddiaçının torpaqla bağlı hüquqlarına cavabdehin hər hansı bir qanunsuz müdaxilə faktı müəyyən olunmur.
12. Həmin torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin sökülməsi ilə bağlı ziyana gəldikdə isə əvvəla cavabdeh həmin əmlakların cavabdeh tərəfindən sökülmədiyini bildirmiş, digər tərəfdən isə iddiaçı qeyd edilən əmlakların cavabdeh tərəfindən qanunsuz sökülərək iddiaçıya ziyan vurulması barədə sübutları, həmin sübutlara dair məlumatı məhkəm əyə təqdim etməmişdir.
13. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində iddia ərizəsində göstərilən torpaq sahəsində yerləşən dəmir-darvaza istehsalı üçün nəzərdə tutulmuş sexlərin qiymətləndirilməsinə və həmin sexlərin torpaq sahəsində qaldığı üçün iddiaçıya kompensasiya ödənilməli olması məsələsinə gəldikdə isə, iddiaçının təqdim etdiyi foto şəkillərdən və mütəxəssis rəyindən göründüyü kimi, həmin sexlər sökülüb yığılan metal konstruksiyalardan ibarətdirlər və iddiaçı tərəfindən sökülərək daşınıb aparılıb başqa bir yerdə quraşdırıla bilər.
14. Məhkəmə qeyd etmişdir ki, inzibati iş materialları ilə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi) təsdiq edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir maddi ziyanın vurulması inzibati məhkə mə icraatının gedişində təsdiqlənmədiyi üçün iddiaçının tələb etdiyi mənəvi zərərin ödənilməsi tələbini də məhkəmə əsassız hesab edir.
15. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-180/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2371/2021 nömrəli, 20 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddi açı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından hansı normaya əsasən iddia tələblərinin rədd edilməsi aydın deyildir.
20. Qeyd edilən hüquq normalarını tətbiq etməli olduğu halda və ən əsası həmin normalara istinad edərək iddiaçının atasının və sonradan özünün mülkiyyətində olmuş tikililərin qanunsuz olaraq sökülməsi nəticəsində zərərin vurulmasını müəyyən etməli olduğu halda, məhkəmənin sadəcə inzibati orqan tərəfindən əmlakların sökülmədiyi ilə bağlı cavabdehin bildirdiklərinə əsasən iddianı rədd etməsi absurddur. Qanunv ericiliyin tələblərinə əsasən, daha dəqiq isə Şəhərsalma Məcəlləsinə və digər normativ sənədlərə əsasən yerlərdə tikintinin aparılmasına nəzarəti yerli icra hakimiyyəti həyata keçirir.
21. Bundan başqa, qeyd edilən torpaq sahəsinin üzərində olan tikililərin sökülməsi və yerində başqa şəxslər tərəfindən tikinti işlərinin aparılmasından cavabdehin xəbərinin olmaması ilə bağlı dəlilin məhkəmə tərəfindən mötəbər qəbul edilməsi anlaşılmazdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi -21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əv əzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -152.1 mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2 sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3 istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüqu qi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -158.1 mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.4 mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. -178.1 daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə ed ənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. -178.2 yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
24. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini tək rarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Ap ellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasın a görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, yuxarıda istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən torpaq və əmlak üzərində hüquqlarını təsdiq edən sübut kimi Bakı şəhər İcra Hakimiyyətinin X1 ilə mərhum atası X4 arasında bağlanmış 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqaviləyə, Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə istinad edir. Bununla bağlı qeyd olunmalıdır ki, iş üzrə materiallardan, o cümlədən iş üzrə materiallara əlavə olunmuş 04 nömrəli, 10 iyun 2006-cı il tarixli müqavilədən qeyd olunan torpaq sahəsinin iddiaçının atasına 10 il müddətinə, yəni müddətli icarəyə verildiyi və həmin müddətin 2016-cı ilin müvafiq ayında bitdiyi görünür. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin X1nin istinad olunan müqaviləni bağlamağa səlahiyyətli olmadığı və səlahiyyətsiz qurum tərəfindən bağlanılmış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hüquqi nəticələr də nəzərə alınmalıdır. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Sabunçu rayon məhkəməsinin 2-1140/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edil miş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7518/2018 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir.
35. Beləliklə, hazırkı mübahisəyə münasibətdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı yerləşən evin yan tərəfində yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində (o cümlədən icarəsində) və ya mülkiyyətində olmadığı, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olmadığı, bunun üzərindən tələb hüququnun da istisna edildiyi nəzərə alındıqda, iddiaçı hazırkı kompensasiya tələbində haqlı sayıla bilməz. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsində qanunsuz tikililərin inşa edilməsi v ə qanunsuz davranışın hüquqi nəticələri ilə bağlı risklər iddiaçının məsuliyyət sferasına aid olunmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-180/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.