Məhkəmə qərarları › İş №2-1(102)-1587/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1587/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1587/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbə sinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1529/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 20042005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim: X11) 20 iyun 2017-ci il tarixli, 2-1(81)-3924/2017 saylı qərarı ilə iddia təmin edilmişdir.

3. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin X1 (hakimlər: X6 (sədrlik edən), X14 və X 12) 11 oktyabr 2017-ci il tarixli, 2-1(103)-2221/2017 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3924/2017 saylı 20 iyun 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunması xahiş edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən), X7 və X3) 24 yanvar 2018-ci il tarixli, 2-1(102)288/2018 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli, 2-1(103)2271/2017 say lı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı “xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən şöbəyə pensiya təyinatı üçün müraciət edilərkən onun ərizəsinin sonradan gizli şəkildə pensiya işinə tikildiyi, habelə İAMAS-da vətəndaşın adına aktiv olan 0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə müvafiq müraciət ərizəsində qeyd olunmuş imzaların müqayisə edildikdə fərqli olduğu, həmin imzaların saxtalaşdırıldığı ehtimal olunur. İddiaçı müraciətinə şöbə tərəfindən əmək pensiyasının təyinatından imtinaya dair xx.xx.2017-ci il tarixli 17-03/290 nömrəli məlumatın rəsmiləşdirilməsinə baxmayaraq, həmin qərar şöbə tərəfindən 3 gün sonra xx.xx.2017-ci il tarix də təsdiqlənmiş, pensiya təyinatı kommisiyası tərəfindən baxılmadan ona xüsusi olaraq (əlbəəl qaydada) imtina cavabı verilmişdir. Bundan əlavə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2-1(81)-3924/2017 nömrəli qərarından şöbə tərəfindən verilmiş apellyasiya şikayətinə baxış zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində 2006-2013-cü il tarixlərdə Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda işləmiş X15 iştirak etmişdir. X15 Azərbaycan Respublikası CM-in 178.3.2 və 308.1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işində təqsirləndirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.1985-ci il təvəllüdlü İddiaçı xx.xx.1974xx.xx.1977, xx.xx.1979-xx.xx.1987-ci il tarixlərdə Ermənistan SSR-nin Qaçaran şəhərində Zəngəzur X5 işləməsi faktı məhkəmə tərəfindən onun 1974-cü il tarixdə hələ 18 yaşının tamam olmamasına baxmayaraq təsdiq edilmişdir. Vətəndaşın 18 yaşının tamam olduğu xx.xx.1976-cı il tarixədək olan dövr, yəni 01 il 08 ay nəzərə alınmadığı təqdirdə onun qanunvericiliklə tələb edilən 10 il güzəştli iş stajı mövcud olmayacaqdır. İddiaçı pensiya işinə tikilmiş əmək kitabçasının titul vərəqi, 10-13-cü səhifələrdə bölmələr rus dilində, 18-25-ci səhifələrdə bölmələr isə azərbaycan dilində çap edilmişdir ki, bu da kitabçanın rus dili bölməsinin işdə maddi marağı olan şəxslər tərəfindən saxtalaşdırıldığı, 1975-ci ildən sağlamlıq vəziyyətinə görə işdən azad olunduğu dövrədək olan dövrün yazıldığı vərəqlərin qəsdən kitabçadan çıxarıldığı müəyyən edilmişdir. İddiaçı məxsus hərbi biletin surətində onun xx.xx.197 7-ci il tarixdə həqiqi hərbi xidmətə çağırıldığı, xx.xx.1979-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Hərbi Komissarlığından ehtiyata buraxıldığı qeyd edilmişdir ki, bu fakt və əmək kitabçasının Azərbaycan seqmenti onun 1974-1977 və 1979-1987-ci il tarixlərdə X5 işləmədiyini təsdiq edir. Vətəndaş əgər həmin müəssisədə işləsə idi, kitabçada azərbaycanca deyil, ermənicə bölmə olardı. Eyni zamanda Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində şahid qismində dindirilmiş X4 İddiaçılə eyni əsaslarla məhkəmə qaydasında 50 yaşdan 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsinə dair iddia tələbinin təmin edildiyi müəyyən edilmiş, həmin hal üzrə araşdırma aparılaraq saxtalaşdı rıldığı ehtimal olunan sənədlər əsasında pensiya təyinatının aparıldığı aşkar edilmiş, müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya hüququ qazanması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparı lır.

9. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(81)-3924/2017 saylı qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin X1 (hakimlər: X8 (sədrlik edən), X9 və X10) 28 fevral 2024-cü il tarixli, 2-1(103)-1529/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2-1(81)-3924/2017 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2-1(81)-3924/2017 nömrəli qərarı xx.xx.2018ci il tarixdə qanuni qüvvəsini almış, DSMF-nin Səbail rayon şöbəsinin 1702/791 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3924/2017 saylı 20 iyun 2017-ci il tarixli qərarının icra edildiyi bildirilmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni 5 il keçdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün etmişdir.

12. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

14. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həya ta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq e dildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassas iya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

15. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

16. Məhkəmə kol legiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, V.Səfərovun Dövlət Sosial Müdafiə Fonduna qarşı 2-1(102)-96/2024 saylı, 9 fevral 2024; N.Eyvazovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı, 2-1(102)-211/2024 saylı, 19 yanvar 2024 tarixli; N.Mütəllibovun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, 2-1(102)-312/2022 saylı, 23 fevral 2022-ci il tarixli, R.Babayevin Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinə qarşı 2-1(102)2034/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsindən müəyyən edilir ki, nəzərdə tutu lmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir

17. Həmçinin, sözügedən qərərlarda kassasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.

18. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

19. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aid iyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

20. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1529/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar