Məhkəmə qərarları › İş №2-1(102)-1588/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1588/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1588/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 04.06.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı g üzəştli şərtlərlə pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 30 yanvar 2019-ci il tarixli, 2-1(107)-57/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Şəki Rayon Məhkəməsinin 2015-ci il 3 avqust tarixli 2(075)-3326/2015 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 2015-ci il 22 may tarixli, *** nömrəli arxiv arayışının İddiaçı məxsus olması, onun 1987ci ildə Şəki rayon Baş Göynük kənd “Qafqaz” kolxozunda, 1976-1986, 1990-1991-ci illərdə Şəki rayon Suçma kənd “M.F.Axundov” adına kolx ozda tütünçü işləməsinə dair hüquqi faktlar təsdiq edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 15 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Təqdim olunmuş məhkəmə qətnaməsində iddiaçının tütün yarpaqlarını düzən vəz ifəsində işləməsi göstərilmişdir. Siyahıda tütün istehsalı yeyinti sənayesinə aid olduğundan, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 31 yanvar tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1987-ci ildə Şəki rayon Baş Göynük kənd “Qafqaz” kolxozunda, 1976-1986, 1990-1991-ci illərdə Şəki rayon Suçma kənd “M.F.Axundov” adına kolxozda tütünçü işlədiyi müddətin və 1992-ci il 9 noyabr tarixdən 1997-ci il 18 yanvar tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2015-ci il 3 avqust tarixli 2(075)-3326/2015 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 2015-ci il 22 may tarixli, *** nömrəli arxiv arayışının İddiaçı məxsus olması, onun 1987-ci ildə Şəki rayon Baş Göynük kənd “Qafqaz” kolxozunda, 1976-1986, 1990-1991-ci illərdə Şəki rayon Suçma kənd “M.F.Axundov” adına kolxozda tütünçü işləməsinə dair hüquqi faktlar təsdiq edilmişdir. Ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər, yəni xüsusi və ümumi iş stajı və 59 yaşı var. Tütün istehsalı tütünün əkilməsi, becərilməsi, yığılması, qurudulması üçün yarpaqlarının düzülməsi mərhələlərindən keçir. O, tütünçü olaraq tütün yarpaqlarını əkərək becərmiş, düzmüş və qurudaraq yığmışdır. İddiaçı hesab edir ki, iddianın təmin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən tələblər yerinə yetirilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-1(84)-383/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 1987-ci ildə Şəki rayon Baş Göynük kənd “Qafqaz” kolxozunda, 1976-1986, 1990-1991-ci illərdə Şəki rayon Suçma kənd “M.F.Axundov” adına kolxozda tütünçü işlədiyi müddətin və 1992-ci il 9 noyabr tarixdən 1997-ci il 18 yanvar tarixədək işləməyərək körpə uşaqlarına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 2013-cü il 10 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək pensiya məbləğinin 2015-ci il 15 yanvar tarixdən ödənilməsi öhdəliyi cava bdehin üzərinə qoyulmuş, iddia qalan hissəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşa çatdığı 2011-ci il 23 may tarixdən yox, ümumi və xüsusi staja malik olduğu 2013-cü il 10 iyul tarixdən təyin edilməli, təyin edilmiş pensiya məbləği müraciət edilən 2018-ci il 15 yanvar tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 iyun tarixli 21(107)-310/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2-1(102)1854/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 iyun tarixli 2-1(107)-310/2018 nömrəli qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-57/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.A.Mahmudov, hakimlər – E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-1(84)-383/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını l əğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli v ə ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sı ralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından, cavabdeh tərəfin iddiaçıya imtina cavabı verilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur. İşləməyərək uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmamışdır. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasını n və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1854/2018 saylı, 24 oktyab r 2018-ci il tarixli əvvəlki qərarında hazırkı kassasiya şikayətində də eynilə təkrarlanmış tərəflər arasındakı mübahisəli məsələlərə dair hüquqi mövqelər bildirilmiş, bir məsələnin təkrar apellyasiya baxışı zamanı araşdırılmalı olduğu halı istisna olmaqla digər məsələlər üzrə cavabdehin mövqeyinin əsassız olduğuna dair yekun hüquqi mövqe ifadə olunmuşdur. Belə ki, cavabdehin əsas dəlili olan Siyahıda tütün istehsalının Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasının qanunvericiliyə uyğun olmadığı ilə bağlı dəlillə əlaqədar kassasiya məhkəməsi qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi n əzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Zira, şəxsin zərərli işdə çalışması əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən onun sosial təminat hüququnun tərkib hissəsinə çevrilmiş və mövcud olmaqda davam edir. Kassasiya məhkəməsi işləməyərək uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmadığı ilə bağlı dəlilli də qəbul etməyərək bununla əlaqədar qeyd etmişdir ki, iddiaçı körpə uşaqlara qulluq etdiyi müddəti ümumi iş stajı kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən qazanmışdır. Həmin normanın tələbinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, iş stajına daxil edilir. Bunun sonrakı Qanunda nəzərdə tutulmaması şəxsin artıq qazanılmış hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Beləliklə, yuxarıda göstərilən məsələlərə dair Ali Məhkəmənin əvvəlki qərarında yekun hüquqi mövqe ifadə olunduğundan kassasiya şikayətində yenidən göstərilməsinə baxmayaraq kollegiya kassasiya məhkəməsinin əvvəlki mövqeyinə bağlı qalmaqla həmin dəillərə yenidən qiymət verilməsini mümkün hesab etmir. Ali Məhkəmənin əvvəlki qərarından göründüyü kimi kassasiya məhkəməsi cavabdehin şikayətinin iddiaçı minimum adam günü normasını bitirmə diyi halda 1976-1978-ci illərin apellyasiya məhkəməsi tərəfindən tam il kimi nəzərə alınması ilə bağlı dəlil üzrə araşdırma aparılması üçün işi yeni baxışa qaytarmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının işlədiyi kolxozda əmək iştirakı minimumu 180 gün müəyyən edildiyi, lakin iddiaçının 1976-cı ildə 84 gün, 1977-ci ildə 77 gün və 1978-ci ildə 65 gün işlədiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin müddətləri tam iş ili kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1976-1986, 19901991-ci illərdə Axundov adına kolxozda tütünçü işləməsinə dair hüquqi fakt Şəki Rayon Məhkəməsinin 2015-ci il 3 avqust tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, iddiaçının 19761986, 1990-1991-ci illərdə Axundov adına kolxozda tütünçü işləməsi faktı hazırkı işdə mübahisələndirilmir. Cavabdehin haqlı olaraq mübahisələndirdiyi hal ondan ibarətdir ki, məhkəmə iddiaçının minimum adam günü normasını bitirmədiyi 1976-1978-ci illəri tam il kimi nəzərə almışdır. Bu göstərişin icrası ilə bağlı təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən aparılmış araşdırma zamanı isə müəyyən edilmişdir ki, iddiaçının 1976-1978-ci illər ərzində işlədiyi müddət (1976-cı ildə 84 gün, 1977-ci ildə 77 gün və 1978-ci ildə 65 gün) minimum adam günü normasını bitirməsə də, iddiaçının digər illərdə işlədiyi müddət onun güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün əmək stajının müddətinə təsir göstərmir. Belə ki, təqdim olunmuş 23 avqust 2015-ci il tarixli arxiv arayışından müəyyən edilir ki, iddiaçının digər illər ərzində kolxozda əmək iştirakı minimumu (1976-1978-ci illər istisna olmaqla) hər bir il üçün 180 gündən çox olmuşdur. Bundan əlavə, iddiaçının 1976-cı ildə 84 gün, 1977-ci ildə 77 gün və 1978-ci ildə 65 gün, cəmi 226 gün işləməsi 01 il 3 ay 1 gün minimum əmək günü norması edir. Belə olan halda həmin illər iddiaçının ümumi iş stajından və xüsusi stajından çıxıldıqda belə (21 il 10 ay 9 gündən 01 il 3 ay 1 gün çıxıldıqda 20 il 7 ay 8 gün qalır ki, onun da 10 ildən yuxarı hissəs xüsusi staja aid olur) yenə də iddiaçının 20 ildən yuxarı ümumi iş stajı, 10 ildən yuxarı isə xüsisi stajı qalır ki, bu da nəticə etibarı ilə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsinə əsas ver ir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-57/2019 saylı iş üzrə 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar