Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1588/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kasasiya şikayətinə dair müddətin bərpası giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-ninnümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təş kili üzrə Dövlət Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün ona ayrılmış torpaq sahəsi barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-59/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün cavabdehin verdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı q əbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-1889/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının x xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qərarın surətini tərəflərə göndərmiş, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qərarı almış (səh.135), kasasiya şikayətini xx xxx 2020-ci il tarixdə imzalayaraq poçta təqdim etmişdir (səh.146). Cavabdeh məhkəmə kollegiyasına ərizə göndərərək struktur dəyişikliyi və ölkə ərazisində COVİD 19 Pandemiyası ilə bağlı olaraq həyata keçirilən tədbirlərlə əlaqədar olaraq dövlət orqanlarının əməkdaşlarının Nazirl ər Kabinetinin qərarı ilə müəyyən edilmiş məhdud sayda işlərə cəlb olunmaları ilə bağlı müəyyən çətinliklər yarandığından apelyasiya məhkəməsinin qərarından gec kasasiya şikayəti vermişlər. Göstərilənlərə əsasən şikayət vermə müddətinin buraxılmasını üzrlü hesab edərək bərpa olunmasını xahiş etmişdir. İddiaçının vəkili müddətin bərpası üçün qanuni əsaslar olmadığından vəsatətin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). əsaslan dırma hissəsi: Kasasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyil. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Cavabdeh tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxx 2020-ci ildə imzalanaraq poçt a təqdim edilmişdir. Cavabdeh kasasiya şikayəti üzrə müddətin buraxılması ilə bağlı mübahisə açmamışdır. İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin məhkəmə qərarından kassasiya şikayəti verilməsi ilə bağlı müddətin axımı xx xxxxxx 2020-ci il tarixdən başlamışdır. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq a pelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (İPM-in 94.1-ci maddəsi). Cavabdehin kasasiya şikayəti verilməsi ilə bağlı şikayətvermə müddəti xx xxxxxx 2020-cü il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 1 aylıq müddəti ötürmüşdür. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçılarının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdeh idarədə olan struktur dəyişikliklə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli 845 saylı Fərmanı ilə qərar a alınmışdır:
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X5 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin. (-)...
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli Fərmanda qeyd edildiyi kimi Azərbaycan Respublikasını n İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək cavabdeh öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirmişlər. Cavabdehin apelyasiya məhkəməsinin qərarını xx xxxxxx 2020-ci il tarixdə aldıqdan sonra şikayət vermə müddət olan sonrakı 1 ay müddətində fəaliyyətini davam etdirdiyindən kasasiya şikayəti tərtib etməsi üçün maneə olmamışdır. Ərizənin digər dəlili bağlı məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin yanında operativ qərargah xx xxxxxx 2020-ci ildə yaranmışdır. Bundan başqa, Koronovirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması, X3 tərəfindən koronovirus infeksiyasının qlobal pandemiya el an olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində X1 tövsiyə və tələblərindən irəli gələrək Nazirlər Kabinetinin yanında operativ qərargahın xx xxxx 2020ci il tarixli qərarı ilə xx xxxx 2020-ci ildən Azərbaycan Respublikasında xüsusi rejim tətbiq edilmişdir. Cavabdehin kasasiya şikayəti vermə müddətində Nazirlər Kabineti tərəfindən COVİD 19 Pandemiyası ilə bağlı olaraq operativ qərargah yaradılmamış və xüsusi rejim tətbiq olunmamışdır. Yəni cavabdehin ərizəsində qeyd etdiyi COVİD 19 Pandemiyası ilə bağlı olaraq dövlət orqanlarının əməkdaşlarının Nazirlər Kabinetinin qərarı ilə cavabdehin müəyyən edilmiş məhdud sayda işlərə cəlb olunmaları barədə dəlili əsaslı sayıla bilməz. Cavabdeh kasasiya şikayəti üzrə müddətin onun təqsiri olmadan buraxması barədə məhkəmə kollegi yasına mötəbər sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları M əhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən müddətin bərpası barədə ərizə təmin edilməməli, kasasiya mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.3, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin ərizəsi təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-59/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.