Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1588/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası V ergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinə (hazırda Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi) qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 21(105)-185/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2018-ci il 19 iyul tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 nömrəli qərar qəbul edilmiş, İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,23 manat əsas və 34093,39 manat məbləğində maliyyə sanksiyası olmaqla, cəmi 127400,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2020-ci il 30 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 sayl ı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarının ləğv edilməsini və cavabdeh tərəfindən tətbiq edilmiş 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarına əsasən İddiaçı MMC-yə hesablanmış 93307,23 manat əsas borcun və 34093,39 manat maliyyə sanksiyasının silinməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196243 saylı, 2020-ci il 16 yanvar tarixli qərarı”na əsasən iddiaçıya səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,83 manat vergi hesablanmış və 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar əsassız və qanunsuzdur. İddiaçı ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən "X8” MMC-də icarə haqqı hər kvadratmetr üçün 4 manat müəyyən olunmuşdur. Bundan sonra hər bir icarəçi ilə 2010-cu ildən hal-hazıra kimi hər il bağlanılan icarə müqaviləsinə əsasən hər kvadrat metr üçün icarə haqqı 4 manat müəyyən edilmişdir. Sözügedən qərar 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlamasının nəticələri haqqında akta əsasən tərtib edilmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən iddiaçıya ümumilikdə səyyar vergi yoxlaması nəticəsində 93307,89 manat verginin hesablanması və 57601,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hazırkı mübahisəli aktın tərtib edilməsinə əsas cavabdehin 2019-cu il 12 noyabr tarixli, **********193108 nömrəli qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza olmuşdur. Həmin qərarla ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X3 ekspert qismində dəvət edilmişdir. Cavabdehin sənədlərin təqdim edilməsi haqqında 2019-cu il 5 dekabr tarixli məktubuna əsasən "xxxx" MMCnin 2019-cu il 3 dekabr tarixli ekspert rəyinə əsasən, bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, guya 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədə k olan dövr ərzində iddiaçının mülkiyyətində Quba şəhəri, Heydər Əliyev 196 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 6 manat müəyyən edilmişdir. 2019-cu il 9 dekabr tarixli, **********157188 nömrəli səyyar vergi yoxlaması aktı ona görə əsassızdır ki, 3 saylı Ərazi Vergilər İdarəsinin 2018-ci il 16 noyabr tarixli, **********168872 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X4 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə "xxxx" MMC-nin 2019-cu il 21 may tarixli ekspert rəyi verilmiş, 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 5.27 manat müəyyən edilmişdir. Bunun nəticəsində 2019-ci il 24 may tarixdə **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 58289,05 manat verginin hesablanması və 32898.6 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmin aktdan verilmiş şikayət nəzərə alınmış və nəticədə yenidən ekspertiza keçirilməsi qərara alınmışdır. Cavabdehin 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 2-ci dəfə ekspertiza təyin edilmiş, ekspertiza nın keçirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X2 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə Azərbaycan Respublikası TicarətSənaye Palatasının “Azərekspertiza” Birliyi 2019-cu il 23 oktyabr tarixli ekspert rəyi verilmiş, icarə haqqının orta bazar qiyməti 1 kv.m üçün 4,33 manat müəyyən edilmişdir. Bunun nəticəsində 2019-cu il 24 oktyabr tarixdə **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə vergi ödəyicisinə 24263,7 manat verginin hesablanması və 14522,37 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cavabdehin 2019-cu il 18 oktyabr tarixli, **********191765 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqlarının baz ar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 3-cü dəfə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X6 ekspert kimi dəvət edilmişdir. Lakin iş üzrə bu günə kimi ekspert rəyi verilməmişdir. Cavabdehin 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən keçirilmiş ekspertizanın (2019-cu il 24 oktyabr tarixli) rəyi gəlməmiş, 2019-cu il 18 oktyabr tarixdə **********191765 nömrəli 4-cü dəfə ekspertizanın təyin edilməsi haqqında qərar verilmiş və ekspertizanın keçirilməsi üçün yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X7 ekspert kimi dəvət edilmişdir. Halbuki, bundan əvvəlki birinci dəfə iş üzrə ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə t apşırıldığı üçün ona etiraz etmişdir və etirazı təmin olunmuşdur. Buna baxmayaraq cavabdeh iddiaçının həmin şirkətə etiraz etdiyini biləbilə yenidən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ekspertiza keçirilməsini tapşırmışdır. İş üzrə əvvəlcə 2019-cu il 17 iyul tarixli, **********187031 nömrəli qərarla təyin edilmiş Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X1 rəyi gəlməmiş, yenidən ekspertizanın təyin edilməsi haqqında 2019-cu il 18 oktyabr tarixdə qərar qəbul edilmiş, əvvəlki ekspertiza üzrə rəy 2019-cu il 23 oktyabr tarixdə verilmişdir. Göründüyü kimi 3 saylı Ərazi Vergilər İdarəsi icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi haqqında qərarları üç dəfə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyy ətinə tapşırılmış, bir dəfə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza'’ Birliyinə tapşırılmış, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza" Birliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən fərqli az miqdarda icarə haqqı müəyyən etsə də, həmin rəyi ört-basdır etmiş, təkrar olaraq əsaslandırmadan, rəy gəlmədən yenidən ekspertiza təyin etmişdir. İddiaçıya məxsus ərazidən mərkəzə daha yaxın ərazidə Heydər Əliyev prospektində yerləşən obyektin 2018-ci il 5 iyul tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarə qiyməti (obyektin harada yerləşməsi, icarə qiyməti və s. kommersiya sirridir, amma araşdırmaya təqdim etməyə hazırdır) 1 kv.m üçün 1,9 manat müəyyən edildiyi, reallıqda isə 1 kv.m üçün təxminən 1-3 manat arası icarə haqqı olduğu hald a ‘‘MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən keçirilmiş ekspertiza rəyləri nəticəsində hər dəfə 1 kv.m üçün icarə haqqı artırılmış, 2019-cu il 21 may tarixdə 5,27 manat, sonuncu dəfə 2019-cu il 3 dekabr tarixdə isə, 6 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin rəyində isə icarə qiyməti reallığa bir az uyğun 4,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilən yüksək fərqlə rəy verməklə bu iş qərəzli olmasını sübut edir. Azərbaycan Respublikasında azı 13 qiymətləndirmə şirkəti olduğu halda 4 dəfə keçirilmiş ekspertizanın 3 dəfəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması cavabdehin bu işdə qərəzli olmasını sübut edir. Ekspert rəyinin 4-cü vərəqində 2-ci ehtimal və məhdudiyyət şərtləri bölməsinin 4-cü bəndində qeyd edilmişdir ki, “Qiymətləndiricinin qiymətləndirilən qeyriyaşayış sahəsinin qiymətləndirildiyi tarixdə və qiymətləndirmə tarixinə etibarlıdır. Bu tarixdən kənar dövr ərzində qeyri-yaşayış sahəsinin bazar dəyərinə təsir göstərə bilən hər hansı bir iqtisadi, hüquqi və digər faktorlara görə qiymətləndirici məsuliyyət daşımır”. Lakin, buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə rəyində 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Həmçinin, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda - “Qiymətləndirmə tarixi”- anlayışına izah verilmiş və qiymətləndirmə məhz həmin dəqiq tarixə aid olması qeyd edilmişdir. Bazar şəraitində qiymə tlər bu və ya digər istiqamətə dəyişir, bu həqiqətə uyğun gəlməyə də bilər. Ona görə də, müəyyən olunmuş dəyəri keçmiş və ya gələcək tarixə deyil, məhz bu tarixdəki vəziyyəti əks etdirir. Lakin buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə 2019-cu il 3 dekabr tarixli rəyində 3 il əvvəlki dövrdən 2018-ci il 1 iyun tarixədək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Ekspert rəyinin 8-ci bəndini əhatə edən “Qiymətləndirilən obyektin (bazar) foto görüntüləri” vərəqində olan foto görüntülər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2019-cu il 21 may tarixli görüntüləri ilə eynidir. Halbuki, may ayından sonra noyabr ayına kimi bazarda müəyyən dəyişiklik edilmişdir. Ekspert rəyinin 8-ci “Aparılmış hesablamalar” bəndində qeyd edilmişdir k i, “qiymətləndirilən obyektin tam oxşarının praktiki baxımından mövcud olmaması qiymətləndirici mütəxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən təshihlər aparmaqda problemlər yaratmışdır.” Lakin, qeyd edilənlərin əksinə olaraq "xxxx" Müəssisəsi”nin oxşarı “x” Mərkəzi, “x” Mərkəzi və digər obyektlərdir ki, həmin bazarlarda da icarə haqqının 1 kv.m görə qiyməti nəinki 6 manat heç 4 manat da deyildir. Bundan başqa ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində obyektlərin satışından bəhs edilmişdir ki, bunun da icarə qiymətləri ilə uzlaşdıraraq nəticə çıxarmaq mümkün deyildir. Həmin bölmədə analoq 1, 2, 3 şəkillərlə müqayisəli tədqiqat aparılmışdır ki, həmin analoq şəkillərdə satış tarixi noy abr ayından əvvəlki tarixlərə təsadüf etsə də, ekspert müqayisəli tədqiqatda üç obyektin tikilmə tarixini noyabr 2019-cu il kimi qeyd etmişdir. Müqayisəli tədqiqatda torpaq sahəsinin təyinatı qeyri-yaşayış obyekti kimi göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Müqayisəli tədqiqatda torpaq sahəsinin elektrik, qaz, su, kanalizasiya kimi kommunikasiyalara bağlı olduğu göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Göründüyü kimi ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində həqiqətə uyğun olmayan, analoq şəkillərdə qeyd edilməyən xüsusatlar qeyd edilməklə müqayisəli tədqiqat aparılmasına cəhd edilmişdir. Cavabdehin etirazları:
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim e tmişdir. Etirazda göstərilmişdir ki, mənfəət vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 82856,50 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 16571,30 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 148924,66 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29784,93 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2015-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 16571,30 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 13213,63 manat mənfəət vergisi hesablanmışdır (148924,6682856,50=66068,16x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 65169,49 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 13033,90 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 152206,45 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 30441,29 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 13033,90 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 17407,39 manat mənfəət vergisi hesablanmışdır (152206,45- 65169,49=87036,96x20%). Həmçinin, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 52897,63 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 10579,53 manat mənfəə t vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 149368,55 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29873,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 10579,53 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 19294,18 manat mənfəət vergisi hesablanmışdır (149368,55- 52897,63=96470,92x20%). Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləs ində nəzərdə tutulmuş hesabdan 2017-ci ildə 5290,50 manat məbləğində pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldığına görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında 2645,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təkrar ekspertizanın aparılmasının eyni şirkətə tapşırıldığını göstərmişdir. Vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 2 ünvanında yerləşən obyektdə icarə haqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsəd i ilə “Ekspertizanın təyin edilməsi haqqında" 2018-ci il 16 noyabr tarixli, **********168872 nömrəli qərarına əsasən ekspert kimi X4 təyin edilmiş və onun tərəfindən 2019-cu il 21 may tarixli rəy təqdim edilmişdir. Bundan sonra 2019-cu il 12 noyabr tarixli, **********193108 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən təkrar aparılmış ekspertiza X3 tərəfindən aparılmış və onun tərəfindən 2019-cu il 3 dekabr tarixli rəy təqdim edilmişdir. Göründüyü kimi, cəmiyyətdə aparılmış təkrar ekspertiza əvvəlki ekspertiza aparmış ekspert tərəfindən aparılmamış, digər ekspert tərəfindən aparılmışdır. Səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli, 2-1(118)649/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarı ləğv edilmiş, cavabdeh tərəfindən tətbiq edilmiş 2020-ci il 16 yanvar tarixli, **********196243 saylı qərarına əsasən iddiaçıya hesablanmış 93307,23 manat əsas borc və 34093,39 manat maliyyə sanksiyası silinmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə vergi orqanının vəzifəli şəxsinin müvafiq qərarına əsasən ekspertizanın təyin edilməsi, ekspert rəyinə əsasən icarə haqqı məbləğinin mü əyyənləşdirilməsi, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri ilə ekspert rəyi arasında yaranmış icarə haqqı məbləği arasındakı fərqə və icarə haqlarının arasındakı fərqə münasibətdə hesablanmış vergilərə (ƏDV və mənfəət vergisi) münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. Bundan başqa, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri dəy işdirilmədən, yəni həmin müqavilələr icarə haqqı məbləğləri hissədə etibarsız və ləğv edilmədiyindən, müqavilədə ola-ola vergi orqanı tərəfindən ekspert rəyinə əsaslanaraq, yəni faktiki olaraq qüvvədə olan icarə müqavilələrinin icarə haqqı qismində etibarsız və ləğv edilmədiyi halda ekspert rəyinə əsasən icarə haqqı məbləğlərinin dəyişdirilərək, ona uyğun verginin hesablanması qanuni hesab edilə bilməz. Belə ki, qanunvericilik əqdlərin etibarsızlığı, müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını dəqiq olaraq tənzimləyir, bu əsaslar dəqiqdir və onlar geniş təfsir edilə bilməz. Məhkəmə cavabdehin iddiaçı tərəfindən icarəyə verilmiş əmlakın hər kvadrat metri üçün müəyyən edilmiş qiymət ekspert rəyinə əsasən müəyyən edilmiş bazar qiymətlərindən 30 faizdən çox dəyişdiyi (2012-ci ildə 41,00 %, 2013-cü ilin yanvarında 33,33%) üçün vergilərin hesablanmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən bazar qiymətlərinə əsasən hesablanmasına münasibətdə qeyd edir ki, bazar qiymətlərindən 30 faizdən çox dəyişiklik ekspert rəyi ilə icarə müqavilələrinin arasında yaranmış fərqdir, yəni bu halın özü hələ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsaslanaraq verginin hesablanmasına əsas vermir və bu hal digər sübutlarla da təsdiqlənməlidir və iş materiallarında bazar qiymətinin dəqiqliklə müəyyənləşdirildiyini təsdiq edəcək hər hansı bir sübut yoxdur və bu hal vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr yaradır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək q ərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-1(105)-185/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, müəssisənin gəlirləri ümumilikdə şəxsi daşınmaz əmlakın icarəyə verilməsindən formalaşmışdır. Belə ki, müəssisə tərəfindən Quba rayonu, Quba şəhəri, H.Əliyev 196 ünvanında yerləşən obyekt (bazar) 1 m2 sahə üzrə aylıq 4 manat olmaqla ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı iddiaçının bəyan etdiyi bəyannamə məlumatlarının açıq-aşkar həqiqətə uyğun olmadığına dair şübhələr yaranmışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən icarə haqqı hər m2 üçün 4,0 manat müəyyən edilmişdir. 2010-cu ildən etibarən yoxlanılan dövrə 2015-2017-ci illərə qədər uyğun olaraq sadəcə hər il üzrə İnflya siya faizlərini nəzərə alsaq m2 üçün aylıq icarə haqqı məbləğinin ən azı 50% artığını müəyyən etmək çox asandır. Bu isə rəqəm ifadəsində 6,0 manat (4,0 + (4,0 x 50%) edir. Təsadüfi deyil ki, yoxlama zamanı alınmış ekspert rəyinə əsasən təsərrüfat subyekti üzrə orta aylıq real icarə haqqı 1 m2 sahə üzrə aylıq 6,0 manat müəyyən edilmişdir. Ekspert rəyi kapitallaşdırma əmsalının köməkliyi ilə, yəni gəlirin qiymətə çevrilməsi yolu ilə tərtib edilmişdir. Gəlirlərin kapitallaşdırılması müəyyən edilərkən əmlakın qiymət həcmi ilə onun istifadəsindən əldə edilən cari gəlir arasındakı həqiqi əlaqələri əks etdirən çevrilmə əmsalının dəqiq seçilməsi yolu ilə hesablamalar aparılmışdır. Belə ki, xərc metodundan istifadə edilməklə qiymətləndirilən daşınmaz əmlakın qiymətləndirmə anındakı bərpa dəyərini o byektin orta fiziki aşınma əmsalı nəzərə almaqla, onun smeta dəyəri kimi hesablanmışdır. Nəticədə, kapitallaşmanın ümumi əmsalı bazarın müvafiq seqmentindən seçilmiş analoji daşınmaz əmlak obyektlərinin təmin etdiyi xalis əməliyyat gəlirinin onların satış qiymətlərinə nisbəti kimi hesablanmış, sonra analoji daşınmaz obyektləri üçün kapitallaşmanın ümumi əmsalının orta kəmiyyəti müəyyənləşmişdir.
12. Yoxlamanın əhatə etdiyi dövr üzrə eyni ərazidə digər vergi ödəyicilərinin bağladığı icarə müqavilələrinin təhlili əsasında müəyyən edilmişdir ki, icarə haqqının 1 m2 üzrə qiymətləri 6-15 manat arasında dəyişmişdir. Göründüyü kimi bütün hallarda digər vergi ödəyicilərinin bağladıqları icarə müqavilələri üzrə qiymətlər iddiaçının tətbiq etdiyi qiymətlərdən yüksəkdir, bu məbləğ bəzi hallarda 2 və 3 dəfədən çoxdur, sübut olaraq analoji icarə müqavilələrindən bir neçəsini kassasiya şikayətinə əlavə edilmişdir. Məhz bu müqavilələr iddiaçının bəyan etdiyi bəyannamə məlumatlarının açıq-aşkar həqiqətə uyğun olmadığını təsdiq edir. Aşağı İnstansiya məhkəmələri tərəfindən "xxxx" MMC-nin 2020-ci il 10 iyul tarixli, UNİ/l 09-218/20 nömrəli ekspert rəyi mötəbər və əsaslı bir sənəd kimi qəbul edilmişdir. Həmin rəyə əsasən 1m2 üzrə icarə haqlarının bazar qiyməti 4 manat təşkil edir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrində də icarə haqqının məbləği 1 m2 üçün 4,0 manat və rəydə də dəqiqliklə eyni məbləğin əks etdirilməsi artıq həmin rəyə şübhə ilə yanaşmağa əsas verir. Eyni zamanda rəyin məzmununda qeyd olunan ziddiyyətli məlumatlar da məhkəmənin diqqətindən kənarda qalmışdır. Belə ki, iş materiallarına əsasən icarəyə verilmiş ticarət mərkəzinin ümumi sahəsinin 5.424,0 m2 olmaqla 128 mağazadan ibarət olduğu müəyyən edilməsinə baxmayaraq, nədənsə "UNİPRİCE” MMC-nin rəyində obyektin ümumi sahəsi 4.800,0 m2 olmaqla mağaza sayı 121 qeyd edilmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əks etdirdiyi rəqəmlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən yalnız 3.980,35 m2 üzrə icarə haqqından gəlir bəyan edilmişdir. Belə ki, iddiaçı 2016-cı il üzrə icarə haqqından gəliri 191.056,02 manat bəyan etmişdir. Həmin rəqəmi ilk növbədə 12 aya, daha sonra iddiaçının m2 üçün tətbiq etdiyi 4,0 manata böldükdə 3.980,35 m2 alınır. Qeyd olunanlarda göründüyü kimi, iş üzrə icarəyə verilmiş obyektin nəinki qiyməti, həmçinin sahəsi üzrə də mübah isə mövcud olmasına baxmayaraq məhkəmə tərəfindən natamam olaraq yalnız icarə qiyməti üzrə araşdırma aparılmış, obyektin sahəsi məsələsi isə araşdırılmamış qalmışdır.
13. Məhkəmə icarə obyektinin həqiqi sahəsini müəyyən etmək üçün obyektə yerində baxış keçirməmişdir. İddiaçı icarəyə verdiyi sahələri nəinki bazar qiymətindən aşağı qiymətə icarəyə vermiş, həm də təqdim etdiyi bəyannamədə icarəyə verilmiş bütün sahələr üzrə icarə haqqı məbləğini bəyan etməmişdir. Halbuki, məhkəmə tərəfindən ən azından "xxxx" MMC-nin müəyyən etdiyi sahə və qiymət üzrə vergilərin hesablanması həyata keçirilsəydi iddiaçının yoxlanılan hər bir il üzrə 5.508,05 manat (4.800,0 - 3.980,35) x 12 ay x 4,0 manat) x 14%) mənfəət vergisinin büdcədən yayındırıldığı müəyyən olunardı. Qeyd olunmalıdır ki, "xxxx" MMC-nin eks pertinin özünün də qeyd etdiyi kimi, obyekt Quba şəhərinin ən mərkəzi hissəsində, əla infrastruktura malik, hər tərəfdən əla vəziyyətdə olan yollarla təchiz olunmuş və istər fərdi, istərsə də ictimai nəqliyyat üçün çox əlverişli yerdə yerləşən bir ticarət kompleksidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, “UNİPRİCE" MMC-nin eksperti tərəfindən tərtib edilmiş ekspert rəyində İddiaçı MMC-əy məxsus ticarət kompleksində yerləşən obyektlərin icarə haqqı uyğun satışların müqayisəsi metodundan istifadə edilməklə müəyyən edilərkən, həmin obyektin digər obyektlərlə çox uğursuz və heç bir məntiqə uyğun olmayan müqayisəsi həyata keçirilmişdir. Belə ki, ekspert hansı səbəbdənsə, rəyin 6-cı bəndinin 16-cı abzasında düzəlişlərin dərəcəsindən danışarkən, fərdi yaşayış evinin ümumi dəyərinin müqayisə ele mentlərinin xüsusi çəkisindən bəhs etmişdir.
14. İş üzrə İki ekspert rəyi olduğu halda, sonuncunun vergi orqanı tərəfindən təyin edilmiş ekspertizaya münasibətdə hansı səbəbdən üstün olması açıqlanmadan məhkəmələr tərəfindən əsaslı hesab edilməsi anlaşılan olmamışdır. Cavabdeh Hesab etmişdir ki, "xxxx" MMC-nin eksperti tərəfindən tərtib edilmiş 2020-ci il 10 iyul tarixli, UNİ/l 09-218/20 nömrəli ekspert rəyinin isə heç bir əsası olmadığına görə iş üçün heç bir sübut əhəmiyyətli hesab edilməməli idi. Bundan əlavə, məhkəmə tərəfindən iddia tələbi tam təmin edilsə də, məsuliyyət qərarına məhkəmə tərəfindən bütövlükdə hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisələndirilən qərarla əmlak vergisinin 12,68 manat azaldılması, 246,60 manat artıq hesablanması müəyyən edilmişdir. Eyni zamanda, müəss isə tərəfindən pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla 2017-ci il üzrə ümumilikdə 5.290,50 manat nağd qaydada məxaric əməliyyatları aparıldığından Vergi Məcəlləsinin 58,3-cü maddəsinə əsasən 2.645,25 (5.290,50 x 50%) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Nə müəssisə tərəfindən iddia ərizəsində, nə də aşağı instansiya məhkəmələri tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallara hər hansı münasibət bildirilməmiş, vergi orqanın hesablamasının və mövqeyinin hansı səbəbdən əsassız olması açıqlanmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
16. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmad an baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sü butları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırma ğa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Ma ddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələri qüvvədə olduğu halda, həmin müqavilələr əsasında icarə haqqı müəyyən edildiyi halda, cavabdeh vergi orqanının ekspert rəyinə əsaslanaraq, icarə haqqı məbləğlərini dəyişdirməsi və ona uyğun vergi hesablaması q anuni hesab edilə bilməz.
22. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi həmin qənaətin (icarə haqqının müqavilələr əsasında müəyyən edilməsinin) əksinə olaraq qeyd etmişdir ki,...birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və müstəqil qiymətləndirmə şirkəti "xxxx" MMC-nin 2020-ci il 10 iyul tarixli, UNİ/İ 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, obyektin mövcud vəziyyəti, işləkliyi, yerləşdiyi ərazinin aktivliyi, ümumi sahəsi, konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən 2015-ci il 1 iyun tarixdən 2018-ci il 1 iyun tarixədək ünvan 2 ünvanında yerləşən obyektdə (İddiaçı MMC-də) və ümumi Quba şəhəri üzrə digər obyektlərdə (ticarət mərkəzləri) icarə haqlarının bazar qiymətləri 1 kv.metr=4, 0 manat təşkil etmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı istinad etdiyi hallara dair əsaslandırmalarını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi ekspert rəyinə istinad edirsə, həmin rəyi işdə olan digər sübutlarla birlikdə tam və hərtərəfli tədqiq etməli, rəydə göstərilən məlumatlarla işdə olan digər sübutetmə vasitələrindəki məlumatlar arasında ziddiyyətlər olduğu halda, bu ziddiyyətlərin səbəblərini araşdırmalı, onlara qiymət verməli idi.
24. Cavabdeh apellyasiya şikayətində işin qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərinə hər hansı münasibət bildirmə miş, bu dəlilləri qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.
25. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh təkrar ekspertizanın keçirilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Eyni ilə, cavabdehin bununla bağlı apellyasiya şikayətindəki dəlilinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də hər hansı münasibət bildirilməmişdir.
26. Bundan başqa, iddiaçı cavabdehin qərarını bütövlükdə mübahisələndirərək ləğv edilməsini xahiş etmiş, məhkəmə də həmin tələbi tam təmin etmişdir. Lakin cavabdehin qərarının məzmunundan göründüyü kimi, iddiaçıya hesablanmış vergi məbləğləri təkcə mənfəət və əlavə dəyər vergiləri üzrə olmamış, iddiaçıya onun tərəfindən pul vəsaitini n silinməsi növbəliliyinin pozulmasına (2017-ci il üzrə ümumilikdə 5.290,50 manat nağd qaydada məxaric əməliyyatları aparıldığına) görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2.645,25 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmələr tərəfindən qərar qəbul edilərkən qeyd olunan hallara hər hansı münasibət bildirilməmiş, hesablamanın hansı səbəbdən əsassız və qanunsuz olduğu əsaslandırılmamışdır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması i lə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 may tarixli, 2-1(105)-185/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.