Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1588/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1933-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fo ndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-794/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 1988-ci il 20 dekabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli, 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr t arixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 39 il stajı nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanmasını və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh 25 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə onun 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Onun pensiyanın yenidən hesablanması haqqında DSMF-nin Nəsimi rayon şöbəsinə daxil olmuş 2 iyul 2018-ci il tarixli ərizəsi nəzərə alınaraq, qeyd edilən məhkəmə qərarına əsasən onun pensiyasının məbləği 2 iyu l 2018-ci il tarixdən 222,16 manat, 1 yanvar 2019-cu il tarixdən 228,82 manat hesablanaraq ödənilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 26 sentyabr 2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 1 iyul 2011-ci il tarixdən 2 iyul 2018-ci il tarixə dək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1933-cü il tarixdə Ermənistan SSR Masis rayonunda doğulmuş iddiaçı 2006-cı ildən əvvəl pensiyaçıdır. Onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəaliyyəti xx.xx.2018-ci il tarixədək nəzərə alınmamışdır. Belə ki, həmin dövrlərdə Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləmişdir. Lakin iddiaçı əmək kitabçasını özü ilə birlikdə gətirə bilməmiş və iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyətini yalnız 2018-ci ildə məhkəməyə müraciət edərək faktın tanınması ilə tanıtdıra bilmişdir. Belə ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5307/2018 saylı qətn aməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5307/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən icra edilsə də, pensiyanın yenidən hesablanması xx.xx.2018-ci il tarixdən tətbiq edilmiş və ödən ilmişdir. Halbuki, pensiyanın yenidən hesablanması xx.xx.2006-cı il tarixdən etibarən tətbiq edilməli idi.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qərarı (hakim: X25) ilə iddia təmin edilmiş, iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 1 iyul 2011-ci il tarixdən 2 iyul 2018-ci il tarixədək yenidən hes ablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. Belə ki, iddiaçı 2006-cı ildən əvvəl pensiyaçıdır. Nəsimi rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(006)-5307/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ümumilikdə 39 il stajı təsdiq edildiyindən iddia tələbi təmin olunmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli, 21(103) -573/2020 saylı qərarı (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X13 və X7) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)1308/2020 nömrəli, 2020-ci il 22 iyul tarixli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi),, Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlu) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş redaksiyasına görə 2006-cı il yanvarın 1-dən 2010cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Bu normanın dispozisiya şərtlərindən göründüyü kimi 27.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması üçün şərtlərdən biri - pensiyaçının məhz 2006-cı il yanvarın 1dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış olmasıdır. Lakin işin faktiki hallarından görünür ki, iddiaçıya 2006-cı ildən əvvəl, yəni 1988-ci ildə pensiya təyin olunmuşdur. Məhkəmələr bu dispozisiya şərtinin mövcud olmadığı təqdirdə iddiaçıya münasibətdə onun tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsi ilə iddiaçının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra sosial təminatı həyata keçirən inzibati orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçı nın nümayəndəsi sonradan inzibati orqana müraciət edərək Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli qətnaməsi ilə müəyyən olunmuş əlavə iş stajına əsasən pensiyanın 2006-cı il 01 yanvar tarixdən hesablanmasını tələb etmişdir. Lakin bu ərizələrin heç birində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il 01 iyul tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 2011-ci il 01 iyul tarixdən 2018-ci il 02 iyul tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələb olunmamışdır. Halbuki, bu hal iddianın mümkün sayılması üçün vacib olan şərtlərdən biridir. Həmçinin məhkəmələr iddiaçının hazırki iddiasında irəli sürdüyü tələblə əvvəlcədən inzibati orqana müraciət edib-etməməsini araşdırmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 12 oktyabr tarixli, 2-1(103)-1653/2020 saylı qərardadı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X10 və X9) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli iş üzrə qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin sübuta yetirilməsi yükü iddiaçının üzərindədir. Lakin, məcburetmə haqqında hazırkı iddianın mümkün sayılması üçün iddia q aldırılmazdan əvvəl inzibati orqana eyni tələblə rəsmi müraciət edilməsi şərtinə iş üzrə əməl olunmur. Beləliklə, iddiaçı mübahisə predmeti ilə bağlı rəsmi qaydada əvvəlcə cavabdehə müraciət etmədiyindən, onun indiki tələbə dair iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, prosessual hüquq normalarını pozmaqla, nəticədə səhv qərar qəbul etmişdir.
18. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)454/2021 nömrəli, 2 mart 2021-ci il tarixli qərarı (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X5 və X1) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2020-ci il 18 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının inzibati orqana müraciəti ilə məhkəmədə qaldırdığı iddianın məzmununda ifadə fərqləri olsa da, iddiaçı hər bir halda, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş staj da nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Məhkəmə İPMin 13-cü və 48.1-ci maddələrində nəzərdə tutulmuş xidməti vəzifələrinə uyğun davranmalı, iddiaçının nail olmaq istədiyi nəticənin ərizədə düzgün ifadə olunmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, natamam faktiki məlumatların tama mlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməlidir. İddiaçının, istər inzibati orqana, istərsə də məhkəməyə müraciət zamanı, öz tələbinin hüquqi əsası kimi hüquq normasına yanlış istinad etməsi iddianın mümkünsüzlüyünün əsası kimi çıxış etməli deyil. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
21. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 7 iyul 2021-ci il tarixli, 21(103)-1567/2021 saylı qərardadı (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X16 və X2) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
22. Apel lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə iddiaçıya əmək pensiyasının 2006-cı il 1 yanvar tarixdən əvvəl təyin edildiyini, buna görə də mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsinin müddəalarının tətbiq olunmalı olduğu halda, iddiaçının mübahisəyə həmin Qanunun 27-ci maddəsinin müddəalarının tətbiqi ilə bağlı iddia qaldırdığını, işə də həmin tələb üzrə baxılıb qərar qəbul edildiyini, hazırki apellyasiya baxışında iddiaçının hüquqi marağının nədən ibarət olduğu aydınlaşdırılsa da, tələbin bu yöndə dəqiqləşdirilməsi ilə bağlı ərizə alınsa belə, həmin tələb üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərarın qəbul edilmədiyini nəzərə alaraq hesab edir ki, bu qərarda qoyulan hüquqi mövqeyə uyğun olaraq birinci instansiya məhkəməsi iddiaçıya tələbini ( tələbinin hüquqi əsası ilə bağlı) dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardımı göstərdikdən sonra müvafiq dəqiqləşdirmə ərizəsini alıb, işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul edə bilər. birinci instansiyası məhkəməsində ikinci icraat
23. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən pensiyanın xx.xx.2011-ci ildən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
24. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9180/2021 saylı qərarı (hakim X3) ilə iddia qismən təmin edilmiş, iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla 11 oktyabr 2015-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilmiş, iddia tələbinin qalan hissədə rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının, 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktını nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən xx.xx.2011-ci ildən xx.xx.2018-ci il tarixədək yenidən he sablanması hissəsində tələbi haqlı hesab etmir. Belə ki, iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonun Zəngilan kənd sovxozunda işlədiyi 39 il əmək stajı Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə fakt olaraq müəyyən edilmişdir. Buna görə də, iddiaçının əmək pensiyası məhz həmin zaman (2018-ci il oktyabr ayı) qüvvədə olan qanun normaları tətbiq edilməklə yenidən hesablanmalıdır.
26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində dördüncü icraat
28. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-794/2022 nömrəli qərarı (hakimlər: X32 (sədrlik edən və məruzəçi), X11 və X21) ilə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi 2 iyul 2018-ci il tarixdən əvvəlki üç ilə, yəni 2 iyul 2015-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququ olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin, iddiaçıya pensiyanın xx.xx.2015-ci il tarixdən ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələbinə uyğun deyildir. iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesa blanması ilə bağlı cavabdehə 1 iyul 2017-ci il tarixdən sonra – xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu halda iddiaçıya pensiya xx.xx.2018-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2015-ci ildən ödənilə bilər.
30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, İddiaçı 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Masis-rayonunun Zəngilan kəndində yerləşən sovxozda işlədiyi dövr 11 oktyabr 2018-ci il tarixdə hüquqi fakt kimi təsdiq edildiyindən və həmin fakt sözügedən tarixdən etibarən hüquqi nəticəyə səbəb olduğundan, o cümlədən iddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün 2018-ci il tarixdə müraciət etdiyindən və həmin dövrdə iddiaçının istinad etdiyi maddə qüvvədə olmadığından həmin dövrlərin 2011-2018-ci illər ərzində pensiyanın yenidən hesablanması zamanı sosial sığorta stajına daxil edilm əsi və əvvəlki dövrlər üzrə ödənişlər edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının pensiyası təqdim etdiyi qətnaməyə uyğun olaraq qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən yenidən hesablanmış və hal-hazırda iddiaçıya müvafiq ödənişlər həyata keçirilir. Göründüyü kimi, iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” qanun: Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqlar ı pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə
32. Əmək pensiyasının təyi n edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şi kayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə pensiyanın yenidən hesablanması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirm işdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçıya 1988-ci il 20 dekabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 11 oktyabr tarixli, 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra, sosial təminatı həyata keçirən cavabdeh tərəfindən iddia çının pensiyası xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir.
42. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən pensiyanın xx.xx.2011-ci ildən xx.xx.2018ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini tələb edir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonun Zəngilan kənd sovxozunda işlədiyi 39 il əmək stajı Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə fakt olaraq müəyyən edilmişdir. Buna görə də, iddiaçının əmək pensiyası məhz həmin zaman (2018-ci il oktyabr ayı) qüvvədə olan qanun normaları tətbiq edilməklə yenidən hesablanmalıdır.
44. Bundan başqa, iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə 1 iyul 2017-ci il tarixdən sonra – 2 iyul 2018-ci il tarixdə müraciət etmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Nəticə etibarı ilə, iddiaçıya pensiya 2 iyul 2018-ci il tarixdən əvvəlki üç ilə görə, yəni 2 iyul 2015-ci ildən ödənilə bilər.
45. Beləliklə, kassasiya şikayəti əsaslıdır, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.
46. Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 21(103)-794/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.