Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1588/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyasiya şikayəti üzrə müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inz ibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(106)-183/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 iyun 2022-ci il tarixli, **********5812 nömrəli və 01 iyul 2022-ci il tarixli, **********6740 nömrəli qərarlarının ləğv olunması b arədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2055/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 iyun 2022-ci il tarixli, **********5812 nömrəli və 01 iyul 2022-ci il tarixli, **********6740 nömrəli qərarları ləğv edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiya məhkəməsindəki icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-183/2023 nö mrəli, 30 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və M.K.Həsənov) Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə saat 11:10-da cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi V ergilər İdarəsinə məxsus elektron kabinetində yerləşdirilmişdir (iş vərəqi 64). Buna baxmayaraq cavabdeh orqan özünə məxsus elektron kabinet vasitəsilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 21(120)-2055/2022 saylı qərarının cavabdeh vergi orqanına göndərilməsinin təmin edilməsini xahiş etmişdir (iş vərəqi 69, 87-88). Şirvan İnzibati Məhkəməsi cavabdehin elektron kabinet vasitəsilə edilmiş müraciətini nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarını poçt vasitəsi ilə təkrar göndərmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-l(l20)-2055/2022 saylı qərarından 28 fevral 2023-cü il tarix li apellyasiya şikayəti vermişdir. Başqa sözlə, apellyasiya şikayəti prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdən (30 gündən) 20 gün keçdikdən sonra verilmişdir. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür.
6. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və şikayətin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
7. Məhkəmə qərarı inzibati praktikaya uyğun olaraq poçt üsulu ilə göndərilməmiş, bu səbəbdən cavabdeh tərəfindən Şirvan İnzibati Məhkəməsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və Şirvan İnzibati Məhkəməsi tərəfindən qərarın 5 saylı Ərazi Vergilər İdarəsinə məxsus elektron kabinetə yerləşdirilməsi qeyd edilmişdir.
8. Bundan sonra cavabdeh vergi orqanı tərəfindən qərar elektron kabinetdən götürülmüş və xx.xx.2023-cü il tarixdə qərardan apellyasiya şikayəti poçt üsulu ilə təqdim edilmişdir. 9. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2022-ci il tarixli 757-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı bir sıra mühüm dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2023-cü il tarixli Fərmanı imzalanmış və Qanun həmin tarixdə “president.az” internet saytında dərc edilmişd ir.
10. X1 Prosessual Məcəlləyə əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər.
11. Lakin İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi kağız daşıyıcıda Şirvan İnzibati Məhkəməsinə təqdim etmişdir və Şirvan İnzibati Məhkəməsinə şikayət edilən tarixdə İnzibati Prosessual Məcəlləyə qeyd edilmiş dəyişikliklər edilməmiş və iş üzrə icraat elektron formada başlanmamışdır.
12. Eyni zamanda, İnzibati Prosessual Məcəlləyə əlavə olunmuş 9-1.3-cü maddəyə əsasən inzibati m əhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Göründüyü kimi, qanunun qüvvəyə mindiyi tarixdən etibarən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi olduğu halda inzibati mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının yalnız “Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
14. Lakin İddiaçı bu seçimdən istifadə etməmiş, iddia ərizəsini kağız daşıyıcılarda təqdim etmişdir. Buna görə də qeyd edilən iş üzrə məhkəmə qərarları tərəflərə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada çatdırılmalı idi. Lakin apellyasiya məhkəməsi göstərilən halları nəzərə almamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsi hazırkı iddia tələbi üzrə Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsini deyil, yalnız 135.1-ci maddəsini tətbiq etməli idi.
16. Belə ki, qanunverici məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısını dəqiq müəyyən etmişdir. Həmin sənədlərin dairəsi Mülki Prosessual Məcəllənin 134-cü maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda iddia ərizəsi, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətləri, məhkəmə bildirişi və s. sənədlər nəzərdə tutulmuşdur.
17. Həmçinin Mülki Prosessual Məcəllənin 135-ci maddəsi məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsinə dair normaları tənzimləyir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə əsasən həmin Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 134-cü maddəs ində müəyyən edilmiş sənədlər məhkəmələr tərəfindən ya sifarişli poçt göndərişi (məktubu) ilə ya da “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılır.
18. Şirvan Apellyasiya Məhkəməsinin mövqeyinə görə “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğu üçün Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsi əsas götürülmüş və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı cavabdehin elektron kabinetində yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab olunmuşdur. Belə olan təqdirdə Şirvan İnzibati Məhkəməsi tərəfindən digər məhkəmə sənədləri də tərəflərə elektron kabinet vasitəsilə təqdim edilməli, habelə tərəflərdən müvafiq sənədlər bu üsulla tələb olunmalı idi. Halbuki cavabdeh tərəfindən iddia ərizəsinə dair hazırlanmış etiraz elektron kabi net vasitəsi ilə deyil, əlbəəl məhkəmə iclasında təqdim edilmiş, eləcə də iddia ərizəsi və məhkəmə bildirişləri də poçt vasitəsi ilə cavabdehə göndərilmişdir.
19. Belə olan təqdirdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarının poçt vasitəsi ilə göndərilməsinin istisna olunması, qərarın yalnız elektron kabinet vasitəsi ilə təqdim edilməli olduğu qənaətinə gəlməsi və qanunvericiliklə müəyyən edilmiş müddətin axımının elektron kabinet vasitəsi ilə təqdim edilmə anından hesablanması anlaşılan deyil.
20. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutl arı yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.
21. Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən həmin Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Mülki Prosessual Məcəllənin qeyd edilən maddələrindən də aydın olduğu kimi məhkəmə müvafiq hallarda yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş yazılı sübutları qəbul etməli və öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdiri lməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddə lərinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə ic lasında əsaslandırılmalıdır Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir...... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadın ın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Mülki Prosessual Məcəllə: Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinetlərində yerləşdirilir və onla ra bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların "Elektron məhkəmə” informasiya sistemində yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə 2.1.5. elektron kabinet - istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator i lə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. 13.1.İnformasiya sistemindən istifadə "Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.2.İstifadəçilər "Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, X2 ("ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan la zımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
29. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsi tələb edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılsın.
30. Görü ndüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 20.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1 və 135.6-cı maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Şirvan İnzibati Məhkəməsində xx.xx.2019-cu il tarixindən “Elektr on məhkəmə” informasiya sistemi tətbiq olunduğundan (Şirvan Apellyasiya Məhkəməsində də tətbiq olunur), eyni zamanda cavabdehin həmin informasiya sistemində “elektron kabinet”i mövcud olduğundan və yekun məhkəmə aktı elektron imza ilə imzalanmaqla həmin elektron kabinetə yerləşdirildiyindən həmin qərardan şikayət verilməsi müddəti qərarın elektron kabinetə yerləşdiyi gündən hesablanmalıdır.
32. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsini təsdi q edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir.
33. Məhkəmə kollegiyası kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 9-1.1-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini mümkün saymayarkən bu normaya deyil, Mülki Prossesual Məcəllənin 135.6-cı maddəsinə istinad etmişdir. Cavabdeh dövlət orqanı olmaqla elektron kabineti mövcud olmuş və birinci instansiya məhkəməsi də haqlı olaraq qəbul etdiyi qərarı cavabdehin elektron ka binetində yerləşdirmişdir. Qanunverici məhkəmə qərarının elektron kabineti olan tərəfin elektron kabinetində yerləşdirilməsini digər tərəfin (hazırkı halda iddiaçının) seçimi və arzusu ilə şərtləndirməmişdir. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları məhkəmə sənədi hesab edilir, birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı 26 dekabr 2022-ci il tarixli qərarı məhkəmə sənədidir və həmin Məcəllənin 135.6-cı maddəsinə müvafiq olaraq məhkəmə sənədi (26 dekabr 2022ci il tarixli qərar) cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsi onun poçt göndərişi ilə çatdırılmasını istisna edir. “Elektron imza və elektron sənəd haqqında” Qanunu n 3.5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində imzalanaraq məhkəməyə göndərildiyindən cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 30 günlük prosessual müddəti ötürmüşdür və kasasiya şikayətinin dəlilləri əsaslı dey ildir.
35. Odur ki, cavabdehin şikayəti üzrə apellyasiyanın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-183/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.