Məhkəmə qərarları › İş №2-1(102)-1589/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1589/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1589/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “01.09.1970-ci ildən 01.09.1971-ci ilədək Şəki şəhər 43 №-li Texniki Peşə Məktəbində təhsil aldığı və 17.08.1998-ci ildən 22.11.2006-cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-112/2019 saylı, 6 fevral 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 4 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xxx-cü ildə anadan olmuşdur. O, 01.09.1970-ci ildən 01.09.1971-ci ilədək Şəki şəhər 43 №-li Texniki Peşə Məktəbində təhsil almış, müxtəlif yerlərdə, o cümlədən 17.08.1998-ci ildən 22.11.2006-cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablaşma Mərk əzində işləmişdir, bu hallar müvafiq olaraq 1027 nömrəli attestat və 24.12.1971-ci il tarixli əmək kitabçasında qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 19.04.2018-ci il tarixli məktubla iddiaçının 17.08.1998-ci ildən 22.11.2006cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işlədiyi illər üzrə əmək haqqı arayışının təqdim edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə qarşı 29 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “01.09.1970-ci ildən 01.09.1971-ci ilədək Şəki şəhər 43 №-li Texniki Peşə Məktəbində təhsil aldığı və 17.08.1998-ci ildən 22.11.2006-cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işlədiyi müddə tin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əmək kitabçası iş stajını təsdiq edən sənəddir. Texniki peşə məktəbindəki təhsil dövrü attestatla təsdiq edilir. İddiaçı qanunla tələb olunan sənədləri cavabdehə təqdim etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(84)-1758/2018 saylı iş) 4 dekabr 2018-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 01.09.1970-ci ildən 01.09.1971-ci ilədək Şəki şəhər 43 №-li Texniki Peşə Məktəbində təhsil aldığı və 17.08.1998-ci ildən 01.01.2006-cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İddiaçının müxtəlif yerlərdə, o cümlədən imtinanın əsası olan 17.08.1998-ci ildən 22.11.2006-cı ilədək Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işləməsi onun əmək kitabçasında qeyd edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin əmək kitabçası mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Hazırkı iş üzrə sığorta edən Dövlət Metallurgiya Şirkəti Hesablama Mərkəzinin “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin4 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Şəki Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X1, 21(107)-112/2019 saylı iş) 6 fevral 2019-cu iltarixliqərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 15 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir, Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən sosial sığorta stajının təsdiqi üçün dəqiqləşdirici arayışlar tələb olunur. İddiaçıdan 1998-2005-ci illərdə almış olduğu əmək haqları barədə arayış təqdim etməsi xahiş olunsa da, arayış təqdim olunmamışdır. Vətəndaşın 1998-2005-ci illərdə olan sığorta stajının yoxlanılması üçün tərəfindən ƏƏSMN DSMF Qaradağ rayon şöbəsinə sorğu edilmiş, lakin müəssisənin hüququ ünvanı məlum olmadığı üçün yoxlamaq mümkün olmamışdır. Bundan başqa, həmin illər üzrə iddiaçının adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini müəyyənləşdirmək üçün Bakı şəhəri üzrə hüquqi şəxslər idarəsinə müvafiq sorğu edilmiş, belə bir müəssisənin DSMF-də qeydiyyatda olmadığı aşkar olunmuşdur. İddiaçı məhkəmə kollegiyasına göndərdiyi kassasiya şikayətinə etirazında şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati o rqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. O da qeyd edilməlidir ki, cavabdehin apellyasiya məhkəməsinə ünvanladığı və Ali Məhkəməyə daxil olan 23 aprel 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, 1 yanvar 2019-cu il tarixdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Mübahisə olunan dövr onun sosial sığorta stajına daxil edildiyi halda təyin edilmiş pensiyada artımlar olacaqdır. Bu hal iddiaçının iddia qaldırmaqda hüquqi marağının olmasını b ir daha təsdiq edir. İşdən görünür ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin texniki peşə məktəbində aldığı təhsil müddəti, həmçinin 1998-2005-ci illərdə işlədiyi müddət onun sığorta stajına hesablanmadığı üçün cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, 1998-2005-ci illərdə işlədiyi müddətlə bağlı əmək haqqı barədə məlumat təqdim edilmədiyindən həmin dövr sığorta stajına daxil edilə bilməz. Mübahisə olunan dövrdə iddiaçının işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. İddiaçının işlədiyi 1998-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edili r. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqınd a sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, iş yerindən verilən arayışlardır. İddiaçıya məxsus diplomdan görünür ki, 1 sentyabr 1970-ci ildən 1 sentyabr 1971-ci ilədək Şəki şəhər 43 nömrəli texniki peşə məktəbində traktorçu-maşinist peşəsinə yiyələnmişdir, iddi açı bu dövrün əyanı təhsil dövrü kimi ümumi sığorta stajına aid edilməsi xahiş edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1 oktyabr 1956-cı il tarixli “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 109-cu bəndinin i) yarımbəndində orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilmişdir. O da vurğulanmalıdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, bəhs edilən təhsil dövrünü iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmam asına dair mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh etirazının dəlili ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında, həmçinin diplomunda qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən, bəhs edilən dövrün iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosess ual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-112/2019 saylı, 6 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar