Məhkəmə qərarları › İş №2-1(102)-1589/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1589/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1589/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə və digərlərinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə QƏRAR (iş № 2-1(102)-1589/2020) Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı ş əhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-241/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-420/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinə (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komi təsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1636/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3218/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1636/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-241/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyas iya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-420/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-241/2020 saylı qərarından da kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət edilmədən verildiyinə görə, iddiaçıya hüquqi yardım göstərilməklə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etdilər. İddiaçı və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Əsaslandırıcı hissə: İddiaçı və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhk əmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 96.2-ci madəsinin tələbinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-nin 94-cü maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və həmin normada müəyyən olunmuş tələblərə riayət olunması, İPM-nin 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür. Həmçinin kassasiya şikayətinin forma və məzmununa aid Azərbaycan Respublikası MPM-nin 67.1 və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlərə cavab verməsi də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. Çünki İPM-nin 90.3-cü maddəsi göndərici norma olmaqla, göstərir ki, bu fəsildə başqa qayda müəyyən edilmədiyi hallarda, Azərbaycan Respublikası MPM-nin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsi müəyyən edir ki, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu ve rən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsində yazılır ki, şikayətə vəkilin orderi əlavə olunur. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, kassasiya şikayəti iddiaçının özü tərəfindən imzalanmamış, vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış, kassasiya şikayətinə vəkilin orderi əlavə olunmamışdır. Yəni kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 67.1 və 407.3-cü maddələrində müəyyən olunmuş tələblərə əməl olunmadan verilmişdir. İşin bu halı, kassasiya şikayətinin mümkün sayılmamasını şərtləndirir. İPM-nin 96.3-cü maddəsinin tələbinə görə kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Həmin M əcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək üçün işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin etmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat vermiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən ona xx xxxx 2020-ci il tarixli, 2-1(102)-1589/2020 saylı bildiriş göndərilməklə, yol verilmiş çatışmazlıqlar konkret qeyd edilərək işin vəziyyəti izah olunmuş, yol verilmiş çatışmazlı ğın aradan qaldırılması, yəni vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayətini göndərmək təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr bildirişdə aydın şəkildə izah olunmuşdur. Lakin iddiaçı verilmiş müddətdə qeyd olunan çatışmazlığı aradan qaldırmamış, həmçinin təyin olunmuş məhkəmə iclasında da təmsil olunmamışdır. İPM-nin 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yəni iddiaçının kassasiya şiayətinin qəbulundan imtina olun ması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-241/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının qanuni qüvvəyə minməsi kimi hüquqi nəticə törədir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 94 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətini qəbul etməkdən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar