Məhkəmə qərarları › İş №2-1(102)-1589/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1589/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1589/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncamın ləğvi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı üçüncü şəxs X1 qardaşıdır.

2. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına sənədləşdirilmişdir.

3. Həmin torpaq sahəsi atalarının istifadəsində olması və atalarının vəfatından sonra hər ikisinə qalması, buna görə də aralarında mübahisə yaranması səbəbindən üçüncü şəxs X4 şikayət etmiş və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998ci il tarixl i 2064 saylı sərəncamı ləğv edilərək vətəndaş İddiaçı və X2 həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilsin. Vətəndaş İddiaçı və Vasif Quliyevə həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilsin. 4. 2009-cu ildə Quliyev X3 rayon İcra Hakimiyyətinə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən ləğv edilən 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını təqdim etməklə sözügedən torpaq sahəsinə dair ayrıc aktı almışdır. Bundan sonra həmin torpaq sahəsinə Çıxarış almaq üçün Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. İmtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinin № 2-1(82)-1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

5. Məhkəmən in həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1529/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-1(82)- 1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2016-cı il tarixli, 2-l(102)-2097/2016 saylı qərarı təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1529/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Üçüncü şəxs X4 yuxarıda qeyd edilən məhkəmə qərarları maraqlarına toxunduğu və qanunla qorunan hüquqlarını pozduğu üçün Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmağını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(82)-1271/2016 saylı qərardadına əsasən “İddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata X1 üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2- 1(82)-1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarının ləğv edil məsi, hazırkı iş üzrə icraatın təzələnməsi” qərara alınmışdır.

8. Həmin qərardaddan İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sorğusuna verilən cavabda Suraxanı rayon İcra Hakimiyyəti göstərmişdir ki, İddiaçılə qardaşı Vasif Quliyev arasında yaranmış torpaq mübahisəsinin aradan qaldırılması məqsədilə Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamı ilə Suraxanı RİH-nin 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir. Ötən illərə dair o cümlədən, 1998-1999-cu illər də daxil olmaqla RİH-nin sənədləri AR Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Məhkəmə digər bir sorğu ilə Suraxanı RİH-ə müraciət edərək İcra Hakimiyyətinin 18 aprel 2016-cı il tarixli Q65-113 nömrəli və 5 mart 1999-cu il tar ixli T-58 nömrəli məktublarının İddiaçı göndərilibgöndərilməməsi, göndərilmişdirsə göndərişi və adıçəkilən şəxsə çatmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Suraxanı RİH tərəfindən verilən cavabda göstərilmişdir ki, Suraxanı RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla AR Dövlət Arxivinin Bakı Filialına verildiyindən və bu barədə RİH-də heç bir məlumat olmadığından, sorğunun cavablandırılması imkan xaricindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının cavabında isə göstərilmişdir ki, Suraxanı RİH-nin arxiv fondu üzrə 1999-cu və 2016-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Məktublar, poçt sənədləri, çatdırma qəbzləri fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5804/2022 saylı qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsində sözügedən işə baxılarkən hazırkı İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatında iştirak etmiş və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Suraxanı RİH-nin 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ilə hazırkı İddiaçı Suraxanı rayonu, Bülb ülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxtdan o, fasiləsiz olaraq qeyd olunan torpaq sahəsindən istifadə etmiş, sərəncamda göstərilən sənədləri topladıqdan sonra həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınması barədə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 29 dekabr 2015-ci il tarixli **********53 nömrəli məktubu ilə onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə e dilməsi tələbini irəli sürərək məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1271/2016 saylı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1529/2016 saylı iş üzrə 24 avqust 2016-cı il tarixli qərarı və Ali Məhkəmənin 2-1(102)- 2097/2016 saylı iş üzrə 28 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan s onra məhkəmə qərarı icra edilərək, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən 11 mart 2017-ci il tarixli RX seriyalı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan məhkəmə qərarlarından görünür ki, məhkəmə araşdırılması zamanı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının həqiqiliyi yoxlanılmış və bununla bağlı arxiv məlumatları əldə olunmuşdur. Həmin dövrdə əldə olunmuş 5 avqust 2009-cu il tarixli 2251 saylı məlumatdan görünür ki, Suraxanı RİHin 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı barədə Dövlət Arxivinin Bakı filialında məlumat olsa da, həmin sərəncamın ləğv edilməsi haqqında Suraxanı RİH-in sonuncu 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı barədə Dövlət Arxivində hər hansı məlumat olmamışdır. Hazırda məlum olmuşdur ki, Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsinə dair həmin RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı mövcuddur. Belə ki, iddiaçının qardaşı Vasif Quliyev sözügedən 12 fevral 1999cu il tarixli sərəncamla həmin torpaq sahəsindən onun da istifadə etmək hüququnun olmasını qeyd edərək, iddiaçının iddia tələbinin təmin olunması barədə məhkəmə qərarlarının onun maraqlarına toxunduğunu nəzərə alıb, vəsatətlə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1271/2016 say lı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarının ləğv edilərək, həmin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Məhkəmə onun vəsatətini etmişdir. İddiaçı 20 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1999-cu il tarixli sərəncamın surətini almışdır. Vasif Quliyevdə həmin (12 fevral 1999-cu il tarixli 266 saylı) sərəncamın mövcudluğu barədə məlumat olsa da bu vaxtadək hər hansı rəsmi dövlət qurumunda və şəxsdə bu barədə məlumat olmamışdır. Əgər həqiqətən Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamla özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını ləğv etmişdirsə, onda qanunvericiliyin tələblərinə görə həmin sərəncamla hazırkı iddiaçın ın maraqlarına toxunulduğundan, rəsmi qaydada sərəncam ona təqdim edilməklə hüquq və vəzifələri, sərəncamla razılaşmadıqda isə ondan şikayət vermək hüququ rəsmi qaydada izah olunmalı idi. Lakin, bu günədək qeyd olunan sərəncam rəsmi qaydada ona təqdim edilməmiş və onun həmin sərəncamı almağını təsdiq edən sübut mövcud deyildir. İddiaçıya Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının təqdim edilməməsi və bu barədə məlumatının olmaması yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də təsdiq edilmişdir. Vasif Quliyev isə onun ərizəsi əsasında verilmiş Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamını həmin vaxt alsa da, bu barədə hər hansı şəxsə, o cümlədən iddiaçıya bildirməməklə yanaşı, ötən təxminən 30 il müddətində həmin sərəncamla ona verilən hüquqlard an istifadə etməmiş, sərəncamdan irəli gələn hərəkətləri yerinə-yetirməmişdir. İddiaçının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə dövlət reyestrindən 11 mart 2017-ci il tarixli, RX seriyalı ********** qeydiyyat nömrəli çıxarışın verilməsi qüvvədə olan məhkəmə qərarına əsaslanmışdır.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər.

14. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı ləğv edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli, 266 saylı sərəncamı əlverişli inzibati akt kimi qanunvericiliyə zidd olduğundan və həmin sərəncamın qəbulu iddiaçının hüquqlarını pozduğundan qanunsuz qiymətləndirilməlidir.

16. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs ayrı ayrılıqda apelyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) cavabdehin və üçüncü şəxsin ayrılıqda verdiyi apelyasiya şikayətlə ri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan ən azı 2020-ci ilin oktyabr ayında xəbərdar olsa da həmin sərəncamın ləğvinə dair mübahisələndirmə iddiası ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da İPM-in 38.1.-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

19. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasına və İnzibati Prosessual Məcəlləyə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.

21. Belə ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamını iddiaçının hansı tarixdə rəsmi qaydada almasını təsdiq edən sübuta istinad etmədən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1ci maddəsinə əsaslanaraq iddia müddərinin ötürülməsi qənaətinə gəlməklə səhvə yolvermişdir. Apelyasiya instansiyası məhkəməsi bu qərardadı qəbul etməklə İddiaçı faktiki məhkəmə müdafiəsindən məhrum etməklə qanunun tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim ed ilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nə zərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarı 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apel yasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı RİH-nin 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşsa da, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini əsas gətirərək iddianı mümkün saymamışdır.

32. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə raz ılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmas ını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan i ddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qə rarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.

35. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəm ə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

36. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, İddiaçı və onun nümayəndəsi X5 məhkəmə Kollegiyasının iclasında ve rilən suallara cavab olaraq bildirmişlər ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından 2020-ci ilin oktyabr ayında Bakı İnzibati Məhkəməsində hakim M.Hacıbəyovanın sədrliyi ilə 2-1(112)-5804/2022 saylı işə baxılarkən məlumatlı olmuşlar. Belə ki, üçüncü şəxs X4 mübahisəli torpaq sahəsinə onların mülkiyyət sənədlərinin ləğv olunması və həmin torpaq sahəsinin ½ hissəsinə özünün mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Həmin məhkəmə iclası zamanı bildirmişdirlər ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ad ına sənədləşdirilsə də X4 şikayət etmiş və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir.

37. Həmçinin İddiaçı nümayəndəsi X5 əlavə olaraq onu da bildirmişdir ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan 2020-ci ilin oktyabr ayında xəbərdar olsalar da 3-cü şəxslə aralarında daha sonra başqa məhkəmə mübahisəsinə də Bakı İnzibati Məhkəməsində hakim M.Qarayevanın sədrliyi ilə baxılmış, sonra isə iddia ərizəsi geri qaytarılmışdır, ona görə də iddia müddəti ötürülməmişdir.

38. Beləliklə, iddiaçı və onun nümayəndəsinin apelyasiya instansiyası məhkəməsində verilmiş su allara cavablarından müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirdiyi Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamından və onun məzmunundan ən azı 2020-ci ilin oktyabr ayında xəbərdar olsa da, həmin sərəncamın ləğvinə dair mübahisələndirmə iddiası ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da İPM-in 38.1.-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

39. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2023 saylı iş üzrə 04 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar