Məhkəmə qərarları › İş №2-1(102)-1589/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1589/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1589/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; kompressor və nasos qurğularının maşinisti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyas ının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç ilə aid pensiyanin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-203/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-də yığıcı çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək sazlayıcı, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək kompressor qurğularının maşinist şagirdi, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək kompressor qurğularının m aşinisti, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək xüsusi ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" QSC-nin Elektromexanika xidmətində elektrik çilingəri, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək zərərli əmək şəraiti ilə elektrik çilingəri işləmiş, xx.xx.2017-ci il tarixdən Elektromexanika xidmətinin 3 saylı Elektromexanika distansiyasının 4-cü su təchizatı sahəsində elektrik çilingəri işləyir.

2. İddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktu bla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, elektromexanika xidmətində işlədiyi elektrik çilingəri vəzifəsi metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyildir. Bundan əlavə, kompressor qurğularının maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. Bu səbəbdən güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç ilə aid pensiyani n hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-də yığıcı çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək sazlayıcı, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək kompressor qurğularının maşinist şagirdi, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək kompressor qurğularının maşinisti, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək xüsusi ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" QSC-nin Elektrome xanika xidmətində elektrik çilingəri, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək zərərli əmək şəraiti ilə elektrik çilingəri işləmiş, xx.xx.2017-ci il tarixdən Elektromexanika xidmətinin 3 saylı Elektromexanika distansiyasının 4-cü su təchizatı sahəsində elektrik çilingəri işləyir.

5. Onun işlədiyi “elektrik çilingəri”, “sazlayıcı” və “kompressor qurğularının maşinisti” vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömr əli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Onun 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması: 7. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı Metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə, xx.xx. 2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək xüsusi ağır əmək şəraiti ilə elektrik çilingəri peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" QSC-nin Elektromexanika xidmətində xüsusi zərərli əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək zərərli əmək şəraiti ilə elektrik çilingəri peşəsində çalışmışdır. xx.xx.2017-ci il tarixdən Elektromexanika xidmətinin 3 saylı Elektromexanika distansiyasının 4-cü su təchizatı sahəsində xüsusi zərərli əmək şəraiti ilə elektrik çilingəri peşəsində işləyir. İddi açının zərərli və xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 14 il 18 gün (xx.xx.2023-cü il tarixə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası; yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektl ərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Su təchizatı sahəsinin elektrik çilingəri peşəsinin əsas vəzifə və funksiyaları su təchizatına aid olan texnoloji proses cədvəlində nəzərdə tutulmuş bəndlərin yerinə yetirilməsi, o cümlədən boru kəmərlərində, kanalizasiya xətlərində və digər aidiyyətı avadanlıqlarda baş vermiş qəza hadisələrin aradan qaldırılması və s. işlərdən ibarətdir. Su təchizatı sahəsinin elektrik çilingəri sahədə olan su və kanalizasiya xətlərinin, avadanlıqların fasiləsiz və qəzasız işinə, texnoloji proses cədvəlinin vaxtında və keyfiyyətlə yeri nə yetirilməsinə, həmçinin obyektlərin sanitar vəziyyətinə görə cavabdehlik daşıyır. 8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən (Əmr 12/xx.xx.1981-ci il) xx.xx.2007-ci il tarixədək (Əmr 11/xx.xx.2007-ci il) "xxxx" ASC-də xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək yığıcı çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1995-ci il tarixədək – sazlayıcı, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək - kompressor qurğularının maşinist şagirdi, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək kompressor qurğularının maşinisti işləmişdir. Sazlayıcı – gücü 100 kvt yuxan əl mühərriklərinin təmiri zamanı sazlama işlərini yerinə yetirir. Əl mühərriklərinin statorlarının emal naqilli dolaqlarını təmir etmək üçün şüşəli sint ofleks materiallardan, elektrik kömürü və elektrik şotkadan istifadə edərək sazlayır. Mühərrikin səthini uayt - spirit və ksilol ilə islanmış əski ilə silir. Yüksək dəqiqlik və təmizlik tələb olunan əl mühərriklərinin sazlanmasında almaz dairəciklərdən istifadə olunur. Mühərrik tilişkilərdən təmizlənir və lazımı vəziyyətə gətirilir. Odur ki, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” maddə 12 sət. 44 səh.

104. Bu peşə üzrə 8 il 10 ay 26 gün güzəştli əmək stajı təşkil edir. Kod- 2160000a -1753d. Kompressor qurğularının maşin isti texnoloji proseslərə əsasən aşağıdakı işləri yerinə yetirmişdir. Zavodu isti və soyuq su, buxar və dəzgahların yüksək təzyiqli hava ilə təmin edən stansiyada quraşdırılmış nasos və kompressorlara texniki təzyiqi, temperaturu texnoloji proseslərə uyğun normada saxlanılmasını tənzimləyir, cədvəl üzrə istismar olunan qurğu və avadanlıqların profilaktika və təmirini həyata keçirmişdir. Nasos və kompressor stansiyalarında iş zamanı səsin səviyyəsi 110-125 db/desibel/ olur. Göstərilən faktor iş gününün 90% - dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Ümumi peşələr maddə 35, sət 36, səh

166. Bu peşə üzrə 12 il 0 ay 25 gün güzəştli əmək stajı təşkil edir. Kod - 23200000-13775. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3301/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə iki element - azı 25 il sığorta stajı və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mü bahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, iddiaçının işlədiyi “elektrik çilingəri”, “sazlayıcı” və “kompressor qurğularının maşinisti” vəzifələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, həmçinin Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə uyğunluq təşkil etməsi "xxxx" QSC-nin və "xxxx" ASC-nin yuxarıda istinad olunan arayışları ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə ümumilikdə 25 ildən ço x əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2-1(103)-203/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də kompressor qurğularının maşinisti vəzifəsində əmək fəaliyyəti işə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17.“Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı i şlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə... çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18.Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqın da” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyiş dirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağl ı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibə tdə qeyd edir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iddiaçının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən işlərdə işləməsi işlədiyi müəssisələr tərəfindən arayışlarla öz təsdiqini tapır. Həmçinin, bu arayışlarda iddiaçının işlədiyi peşənin və istehsalat sahəsinin təhlükəlilik səviyyəsi və siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Həmçinin, həmin arayışlarda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilməklə, faktiki olaraq gördüyü işlər sadalanmış, işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir.

28. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə ümumilikdə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan, onun yuxarıda qeyd edilən m addi hüquq normalarından irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-203/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar