Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-159/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-159/2020) Bakı şəhəri xx xxxxxx 2020-ci il (açar sözlər:iddiaçının tələb etdiyi əlilliyə görə əlavələrin verilməsi yalnız yaşa görə pensiyaya çıxmış hərbiçilərə şamil edilir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili XXXoğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaç ı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1372/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etdiyini, döyüş əməliyyatlarında ciddi yaralandığını, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tibbi-sosial ekspert komissiyasının rəyinə, o cümlədən “Əmək Pensiyaları haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən (ömürlük) 2-ci qrup Qarabağ əlili statusunu aldığını, əlillik üzrə təqaüdü cavabdeh İdarədən aldığını, həmçinin Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərini pozaraq, cavabdeh qanunsuz və əsassız olaraq onu təqaüdə edilən əlavəni almaq hüququndan məhrum etdiyini, əvvəllər bu artımı Azərbaycan Respublikası “Hərbi qulluqçuların pensiya təminatı barədə” Qanununun 15-ci maddəsinə, daha sonra isə 19.1.7.2-ci maddəsinə əsaslanaraq ona aid etmədiyini, Qanunun 19-cu maddəsinin (24.04.18-ci il tarixli 1078 saylı redaksiyada) məzmununa görə əlillik qrupundan asılı olaraq müvafiq əlavələ rin əmək pensiyalarına hesablanmalı olduğunu, cavabdehin öz mübahisəli hərəkətləri ilə xx.xx.2002-ci il tarixli, 404 saylı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi barədə” Konstitusiya Qanununun tələblərini pozduğunu bildirərək, cavabdeh tərəfindən ona vurulan zərərin birdəfəlik və tam kompensasiya ödənişi üzrə cavabdehin üzərinə öhdəliyin qoyulmasını və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsini, MM-nin 21.1, 1097.1, 11.00 və 11.15-ci maddələrinin tələblərinə, həmçinin Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli 7 saylı Plenum qərarına əsasən və ədalətlilik prinsipini rəhbər tutaraq, o cümlədən pensiya ödənişlərinin tam həcmdə ödənilməməsinə görə keçirdiyi mənəvi sarsıntı və məyusluğu fiziki cəhətdən yorğun və xəstə İİ qrup m üharibə əlilinə münasibətdə cavabdehin qanunsuz hərəkətləri səbəbindən 1.000 manat mənəvi zərərin ödənilməsi üçün xeyrinə ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)1151/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – Ş.Ə.Süleymanova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1372/2019 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassas iya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərə əmək pensiyasının sığorta hissəsinə 77 manat əlavələr hesablanır, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından 1 qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir, ƏPQnun 19.1.7-ci maddəsinə əsasən pensiya əlavəsi iddiaçıya şamil edilməlidir. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tari xli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin vəkili XXXoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiy mətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili XXXoğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1372/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Xocalı rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Resp ublikası DİN Tibb İdarəsi Xüsusi Həkim Komissiyasının 22 saylı Qərarına əsasən İddiaçı “sol qaş, sol qulaqarxası, sağ baldır və sol kürək nahiyələr qəlpə yaraları” hərbi travması almış, ASAN3 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli,xxxxxxx0001 nömrəli xəstəlik haqqında arayışa görə İddiaçı baldır səviyyəsində sinirlərin travmasını Azərbaycan Respublikasının müdafiəsi zamanı almış, İddiaçı xx.xx.2013-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə 77 manat məbləğində əlavənin pensiya təyin olunduğu vaxtdan hesablanması nəzərə alınmaqla, pensiyanın yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etsə də, müraciət cavabdeh tərəfindən cavablandırılmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, istər qüvvədə olan, istərsə də iddiaçının pensiya hüququnun yarandığı dövrdə olan qanunla əlilliyə görə əlavənin verilməsi yalnız yaşa görə pensiyaya çıxan hərbçilər üçün nəzərdə tutulmuş, iddiaçı xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası alır, iddiaçıya əmək pensiyasının tamamilə başqa bir növü üzrə (əlilliyə görə) əmək pensiyası təyin edilmiş, əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslərə isə əlilliyə görə əlavələrin nəzərə alınaraq pensiyanın hesablanması qanunvericiliklə nəzərdə tutulmamış, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sübutlar olmasa belə, məhkəmə iddiaçının tələb etdiyi əlavələrin onun əmək pensiyası yenidən hesablanarkən nəzərə alı nması üçün qanunda təsbit edilmiş əsasların olmadığını xidməti araşdırması zamanı müəyyən etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. İddiaçı hazırkı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş 77 manat məbləğində əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsa sən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunundan göründüyü kimi, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: 1) müharibə əlilidir, lakin ona pensiya yaşa görə təyin edilmişdir; 2) müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. İddiaçıya isə əmək pensiyası onun müharibədə iştirakı ilə bağlı əlilliyə görə təyin edilmişdir. Həmin kateqoriyadan olan şəxslərə isə güzəştlər (əmək pensiyasına əlavələr), iddiaçıya pensiyanın təyin edildiyi vaxtda qüvvədə olan “Hərbi qulluqçuların pensiya təmina tı haqqında” Qanunun 20-ci maddəsinin (a) bəndində və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun (2007-ci il 19 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 20-ci maddəsinin (a) bəndinə əsasən, hərbi qulluqçulara əlilliyə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin edilir: a) İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyind əki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi;... Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyil. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin «v» bəndinə əsasən hərbi qulluqçulara əlilliyə görə təyin edilən pensiyaların üzərinə İİ qrup müharibə əlillərinə onlara qulluq üçün y aşa görə pensiyanın 50 faizi məbləğində əlavələr hesablanır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası pensiya qanunvericiliyinə görə iddiaçının tələb etdiyi əlilliyə görə əlavələrin verilməsi yalnız yaşa görə pensiyaya çıxmış hərbiçilərə şamil edildiyini, iddiaçının isə xx.xx.2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası aldığını, beləliklə, iddiaçıya əmək pensiyasının tamamilə başqa bir növü üzrə (əlilliyə görə) əmək pensiyasının təyin edildiyini, əlilliyə görə əmək pensiyası təyin edilmiş şəxslərə isə əlilliyə görə 77 manat məbləğində əlavələrin ödənilməsinin istinad edilən Qanunun 19.1.7.2-ci maddəsində nəzərdə tutulmadığını nəzərə alaraq kassasiya şikayətinin dəli llərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)1372/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qər ara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1372/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-159/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-159/2020
08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver