Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-159/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sovxozdakı iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci i l 18 sentyabr tarixli 2-1(107)-286/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1955-ci il 12 mart tarixdə doğulmuş, 1972-ci il 14 noyabr tarixdən 1973cü il 30 may tarixədəkx adına sovxozda işləmiş, 1973-cü il 31 may tarixdən 1975-ci il 22 may tarixədək hərbi xidmətdə olmuş, 1975-ci il 09 iyun tarixdə yenidən həmin sovxozda işə qəbul olunmuş və 1998-ci il 30 noyabr tarixədək orada işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 29 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün qa nunla tələb olunan 25 il sosial sığorta stajının və ya minimum 2.340 manat pensiya kapitalının olmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 09 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1972-ci il 14 noyabr tarixdən 1973-cü il 30 may tarixədək və 1975-ci il 09 iyun tarixdən 1998-ci il 30 noyabr tarixədək x Rayon x kənd “x” adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1972-ci il 14 noyabr tarixdən 1973cü il 30 may tarixədək x sovxozda işləmiş, 1973-cü il 31 may tarixdən 1975-ci il 22 may tarixədək hərbi xidmətd ə olmuş, 1975-ci il 09 iyun tarixdə yenidən həmin sovxozda işə qəbul olunmuş və 1998-ci il 30 noyabr tarixədək orada işləmişdir. Onun əmək kitabçası olmasa da, bu hallar müvafiq əmrlərlə təsdiq edilir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının pensiya hüququ 2019-cu il 12 mart tarixdə yaranmışdır. Lakin onun 1972-ci il 14 noyabr tarixdən 1973-cü il 30 may tarixədək və 1975-ci il 09 iyun tarixdən 1998-ci il 30 noyabr tarixədək x adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Əgər onun 1972-ci il 14 noyabr tarixdən 1973-cü il 30 may tarixədək və 1975-ci il 09 iyun tarixdən 1998-ci il 30 noyabr tarixədək x kolxozda işlədiyi illər onun sosial sığorta stajına daxil edilərsə, iddiaçıya əmək pe nsiyası təyin oluna bilər.
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 17 iyun tarixli 2-1(116)-423/2020 nömrəli qərarı ilə iddia tələbi edilmiş, iddiaçının 1972-ci il 14 noyabr tarixdən 1973-cü il 30 may tarixədək və 1975-ci il 09 iyun tarixdən 1998-ci il 30 noyabr tarixədək Göyçay Rayon Qaraməryəm kənd “R.Rza” adına sovxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi iş materialları ilə təsdiq edilir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-1(107)-286/2020 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. İddiaçının sözügedən kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir.
14. Digər bir hal ondan ibarətdir ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qan unun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.
15. Həmçinin, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 57-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965 -ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Lakin məhkəmə sözügedən kolxozlarda işəçıxmanın müəyyən edilmiş minimum müddətini araşdırmamış və bu barədə müvafiq sorğular verməmişdir.
16. Digər dəlili ondan ibarətdir ki, məhkəmə maddi və prosessual normaları pozaraq iddia tələbini dəqiqləşdirmədən qərar qəbul etmişdir. Belə ki, iddiaçının tələbi ərizədə göstərilən illərin sosial sığorta stajına daxil edilməsidir. Lakin belə bir tələb inzibati icraat normalarına uyğun deyil. Belə ki, iddiaçının tələbi konkret olmalı və məhkəmə tərəfindən çıxarılan qərar hər hansı bir məqsədə çatmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İP M) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin qərar qəbul etməsinə etiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar ta rixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
26. Cavabdeh imtinanın əsası kimi iddiaçının təqdim etdiy i arxiv arayışında qeyd olunan iş stajını təsdiq edən əmək kitabçasının olmadığına əsaslanmışdır.
27. Cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqinin mötəbərliyinə üstünlük vermişdir.
28. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün m üraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.
29. Məhkəmə kollegiyası, nəzərə alır ki, yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
30. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
31. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə sözügedən kolxozda işəçıxmanın müəyyən edilmiş minimum müddətini araşdırmamış və bu barədə müvafiq sorğular verməmişdir.
32. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçı kolxozçu deyil, sovxozda fəhlə işləmişdir. Buna görə də, cavabdehin “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnaməyə və “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990cı il 15 may tarixli SSRİ Qanununun 57-ci maddəsinin birinci hissəsinə istinadı əsaslı deyil.
33. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə maddi və prosessual normaları pozaraq iddia tələbini dəqiqləşdirmədən qərar qəbul etmişdir. Belə ki, iddiaçının tələbi ərizədə göstərilən illərin sosial sığorta stajına daxil edilməs idir. Lakin belə bir tələb inzibati icraat normalarına uyğun deyil. Belə ki, iddiaçının tələbi konkret olmalı və məhkəmə tərəfindən çıxarılan qərar hər hansı bir məqsədə çatmalıdır.
34. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini də əsaslı hesab etmir. Belə ki, iddiaçının 1955-ci il martın 12-də doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu 2019-cu il 12 mart tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
35. Beləliklə, hazırkı məzmunda iddianın təmin olunması Qanunda təsbit olunmuş “azı 25 il sığorta stajına malik olma” şərtini ödədiyindən və bununla da, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək öhdəliyi yarandığından irəli sürülmüş iddia mümkündür.
36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(107)-286/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İl qar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov