Məhkəmə qərarları › İş №2-1(102)-159/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-159/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-159/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1999, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı “bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3367/2022 nömrəli, 13 oktyabr 2 022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7384/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin Biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədin in verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3367/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin adından apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxslər tərəfindən imzalandığı və verildiyi üçün qeyri-mümkün sayılmalı və şikayətin qəbulundan imtina olunmalıdır.

6. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞ İ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət İPMin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsidir. Bakı Apellyasiya Məhkəməsi isə cavabdehə qarşı yardım etmək vəzifəsini həyata keçirməmiş, beləliklə, qanunvericiliyin tələblərini pozmuş və qanunsuz qərardad qəbul etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur. Lakin göstərilənlərin əksinə Bakı Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən təqdim olunmuş etibarnamədəki texniki səhvlərin aradan qaldırılması üçün lazım olan bir neçə saat zaman verməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətindəki çatışmazlıqların aradan qaldırılması üçün xidməti vəzifəsindən istifadə etməmiş, araşdırmamış və qərardad qəbul etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 30 sentyabr 2022-ci il tarixli, 2-l(103)3367/2022 saylı məhkəmə bildirişi cavabdehə göndərilmişdir. Həmin bildirişdə apellyasiya şikayətinin səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanmadığı bildirilmiş və bununla bağlı şikayəti imzalayan şəxslərə səlahiyyət verilməsini təsdiq edən etibarnamənin təqdim olunması təklif edilmişdir. Məhkəmə iclası zam anı yeni etibarnamə təqdim edilmişdir, lakin etibarnamədə bəzi texniki səhvlər olduğundan həmin etibarnamə məhkəmə tərəfindən yetərsiz hesab olunmuşdur. Bu səbəbdən də cavabdeh etibarnamədəki səhvləri aradan qaldırmaq üçün məhkəmədən bir neçə saat vaxt tələb etmişdir. Bu zaman Bakı Apellyasiya Məhkəməsi İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, cavabdehə etibarnamədəki texniki səhvləri aradan qaldırmaq üçün çox qısa vaxt verə bilərdi. Bu səlahiyyət eyni zamanda ona İPM-in 12-ci maddəsi ilə də verilmişdir. Lakin məhkəmə qanunvericiliyin bu tələbini nəzərə almamış və cavabdehin xahişini qəbul etməyərək apellyasiya şikayətinin qəbulundan imtina olunmasını barədə qərardad qəbul etmişdir.

10. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın t əyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin bu tələbini də pozmuşdur. Belə ki, məhkəmə iclasının keçiriləcəyi vaxtın göstərildiyi 30 sentyabr tarixli məhkəmə bildirişi cavabdeh tərəfə 10 oktyabr tarixində çatmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, şikayətə əlavə olunan nümayəndənin etibarnaməsi saxta olmaqla, cavabdeh Universitetin rəsmi blankında hazırlanmamış, ona qeydiyyat nömrəsi verilməmişdir.

13. Habelə, Azərbaycan Respublikası Prezidentini n 28 iyul 2022-ci il tarixli, 1769 saylı Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi adlandırılmışdır. Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində Nazirliyə tabe olan bütün təhsil müəssisələrinin, o cümlədən digər idarələrin möhürləri təhvil alınaraq dəyişdirilmişdir. Lakin 28 oktyabr 2022-ci ildə məhkəməyə təqdim olunan etibarnamədə əks olunan möhürdə “Azərbaycan Respublikası Təhsil Nazirliyi" qeyd olunmuşdur. Yəni həmin möhür 28 iyul 2022-ci ildən əvvəl istifadə olunan möhür olmuşdur və hal-hazırda mövcud deyildir.

14. Digər tərəfdən, 13 oktyabr 2022-ci ildə keçirilən məhkəmə iclasında təqdim edilən etibarnamədə apellyasiya və kassasiya şikayəti vermək səlahiyyətləri müəyyən olunmadığı halda, müəmmalı şəkildə hazırda təqd im olunan 10 oktyabr 2022-ci il tarixli etibarnamədə həmin hərəkətlərin edilməsinə dair səlahiyyət verildiyi göstərilmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə əsasən, hüquqi şəxsin adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

16. Qeyd olunanlar onu təsdiq edir ki, etibarnamə saxtadır, cavabdeh Universitetin rəhbəri tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tərtib olunmamışdır.

17. Nəzərə almaq lazımdır ki, kassasiya şikayəti sadəcə vəkil tərəfindən elektron qaydada imzalanmış, cavabdeh Universitet tərəfindən elektron qaydada imzalanmamış və ya vəkilin səlahiyyətini təsdiq edən etibarnamə təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Mülki Prosessual Məc əllə (MPM) Maddə

69. Nümayəndə vasitəsi ilə işin aparılması... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.... Maddə

74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşır ılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

19. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat... 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidi r. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə gör ə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı icraat çərçivəsində baxılan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin cavabdehin adından həmin prosessual hərəkəti etmək səlahiyyəti ilə təchiz edilməmiş şəxslər tərəfindən imzalandığı müəyyən olunmuşdur. Belə ki, iş mat eriallarına əlavə olunmuş etibarnamələrdə həmin şəxslərə cavabdehin adından apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyət verildiyi qeyd edilməmişdir. Nəzərə almaq lazımdır ki, təmsil etdiyi qurumun adından məhkəmədə hər hansı etibarlı hərəkət etməsi üçün şəxs bu qərarın 18-ci bəndində istinad olunan normalara uyğun qaydada səlahiyyətləndirilməlidir. Həmin normalara görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birlə şdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Lakin cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etibarnamədə məhkəmə aktından şikayət vermək səlahiyyəti xüsusi olaraq qeyd olunmamışdır.

25. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin cavabdehə münasibətdə yardım etmək vəzifəsini həyata keçirmədiyi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə göndərilmiş 30 sentyabr 2022-ci il tarixli bildirişdən məhkəmənin İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin müvafiq səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanması barədə cavabdehə məlumat verildiyi və bununla bağlı şikayəti imzalayan şəxslərin səlahiyyətini təsdiq edən etibarnamənin məhkəməyə təqdim edilməsinin onlara təklif olunduğu görünür. Yəni məhkəmənin cavabdehə münasibətdə yardımetmə vəzifəsini həyata keçirdiyi iş üzrə materiallarla təsdiq olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, məhkəmənin yardımetmə vəzifəsi proses iştirakçısına, o cümlədən hazırkı iş üzrə cavabdehə eyni məsələ barədə davamlı yardımetməni nəzərdə tutmur. Qeyd olunmalıdır ki, yardımetmə çərçivəsində mövcud çatışmazlıqlar barədə məhkəmə tərəfindən verilmiş məlumatlardan və tövsiyələrdən nəticə çıxartmaq, onun diqqətinə çatdırılmış nöqsanları aradan qaldırmaq tərəfin məsuliyyət sferasına aiddir. Belə hallarda çatışmazlıqların aradan qaldırılmamasının neqativ nəticələri də cavabdeh tərəfindən qəbul etməlidir.

26. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya şikayətinin mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgün sayılmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədə n saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3367/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar