Məhkəmə qərarları › İş №2-1(102)-159/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-159/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-159/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: XDS qərarı ilə ayrılmış torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(105)-46/2023 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu Saray qəsəbə XDS İK-nın xx.xx.1989-cu il tarixli 59.8 nömrəli qərarından çıxarışdan görü nür ki, Saray üzümçülük sovxozunun 24 noyabr 1989cu il tarixli 23 saylı əmri ilə X9 65 nömrəli sahədə ayrılmış 0.099 ha torpaq sahəsində yaşayış sahəsi 36 kv.m olan 1 mərtəbəli, 2 otaqlı mənzil tikdirməsinə icazə verilmişdir.

2. İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və X2 qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005 ci il tarixli JN-146a kod 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 2(012)-4017/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tari xli 2(105)-3227/2019 nömrəli qətnaməsi ilə təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmuşdur. Qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi X9 Abşeron rayon Saray qəsəbə XDS İK-nın 25 dekabr 1989-cu il tarixli qərarı ilə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömr əli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qəsəbə xalq deputatları sovetlərinin torpaq sahələri ayırması barədə qərarları nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əri X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddi açının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.

6. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilməmişdir.

7. Cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi mövcud bazaya əsasən X1 mülkiyyətindədir. Torpaq sahəsi üzərində 15x14 m ölçüdə ev vardır.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) xx.xx.2022-ci il tarixli 21(118)-147/2022 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qi smində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) xx.xx.2022-ci il tarixli, 21(118)-147/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum əri X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla mübahisəli torpaq sahəsi xalq deputatları sovetlərinin qərarı ilə deyil, Saray üzümçülük sovxozunun xx.xx.1989-cu il tarixli 23 nömrəli əmri ilə ayrılmışdır. Saray qəsəbə XDS İKnin xx.xx.1989-cu il tarixli 59.8 nömrəli qə rarı ilə Saray üzümçülük sovxozunun əmri ilə ayrılmış torpaq sahəsində vətəndaşlara, o cümlədən X9 fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri A.Yusifova qanuni əsaslarla ayrılması öz təsdiqini tapır. Həmçinin, cavabdeh inzibati orqan imtina bildirişində sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı ilkin baş planın və ayrıc aktının olmaması və bununla bağlı torpaq sahəsinin harada yerləşməsinin bəlli olmadığını bildirmişdir. Bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin Ş.Məmmədovanın mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir.

11. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrılıqda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 03 may 2022-ci il tarixli 10/2022 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Abşeron rayon Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə (Abşeron rayonu Saray qəsəbə X11 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 nömrəli qərarı ilə) X9 ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0990 ha həyətyanı torpaq sahəsinin iş materiallarında olan 16 yanvar 1990-cı il tarixli aktda göstərilən sxematik plana (səh.13) uyğun olaraq faktiki sərhədləri, ölçüləri və koordinatlarının müəyyənləşdirilməsi həmin ak tın üzərində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qeyd olunmaması, torpaq sahəsinin heç bir tərəfinin ölçüsünün göstərilməməsi səbəbindən mümkün olmamışdır. Lakin sözügedən xx.xx.1990-cı il tarixli aktda X9 ayrılmış torpaq sahəsinin qərb qonşuluğunun “mağaza yolu” ilə, şərq qonşuluğunun Məmmədov Alxanla, şimal qonşuluğunun Səfərov Tumasla, cənub qonşuluğunun isə “yol”la sərhədləndiyinin qeyd edildiyini nəzərə almaqla, Abşeron rayonu Saray qəsəbə X11 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə X9 ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.088 ha torpaq sahəsinin yerləşdiyi coğrafi mövqeyə uyğundur. X4, X10, Nümayəndə2 və X6 paylı m ülkiyyətində olmuş, hal-hazırda sahiblik və istifadələrində olan, üzərində X4 və ailə üzvlərinə məxsus fərdi yaşayış evi olan 0.10 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********28 reyestr nömrəli çıxarışa əsasən X1 paylı mülkiyyətində olmuş 0.10 ha torpaq sahəsinin ilkin sənəd üzrə koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil etməsi və üst-üstə düşmə halının olmaması müəyyən edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, L.E.Rəhimli və Z.T.Məmmədov) 12 iyul 2023cü il tarixli, 2-1(105)-46/2023 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-147/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrılıqda kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdeh kassasiya şikayətini iddiaçının müraciətindən imtinanın və etirazın dəlilləri ilə əsaslandırmışdır.

17. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, X9 ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsinə əsas olacaq yeganə sənəd olan xx.xx.1990cı il tarixli təhkim aktına əsasən, ona ayrılmış torpaq sahəsi faktiki olaraq çıxarışa əsasən X5 mülkiyyətində olan 0.088 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə heç bir əsas olmadan ekspert rəyini tam qanunsuz olaraq düzgün qiymətləndirməmişdir. Məhkəmə öz qərarında məhkəmə qərarının preyudisiallığını əsas gətirməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsində müəyyən edilən halların məcburiliyini qeyd etmişdir. Lakin həmin qərarda hansı halın preyudisial əhəmiyyətli olduğunu qeyd etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatı na alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

89. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yen idən sübut edilmir.... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudl aşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barə də ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. 21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə m əhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədl ərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” Bənd

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin t ikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;... rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya insta nsiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, Abşeron rayonu Saray qəsəbə XDS İK-nın xx.xx.1989-cu il tarixli 59.8 nömrəli qərarına əsasən, Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə X9 65 nömrəli sahədə ayrılmış 0.099 ha torpaq sahəsində yaşayış sahəsi 36 kv.m olan 1 mərtəbəli, 2 otaqlı mənzil tikdirməsinə icazə verilmişdir.

31. Göründüyü kimi, mübahisə predmeti olan 0.099 ha torpaq sahəsi X9 Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə ayrılmış, daha sonra Abşeron rayonu Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 nömrəli qərarına əsasən həmin torpaq sahəsində mənzil tikintisinə icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq o nəticəyə gəlmişlər ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mərhum ərinə qanuni əsaslarla ayrılmışdır.

32. Bundan başqa, İddiaçı ca vabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və X2 qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-146a kod 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 02 dekabr 2016-cı il tarixli 2(012)-4017/2016 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli 2(105)-3227/2019 nömrəli qətnaməsi ilə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmuşdur. Qətnamədən verilmiş k assasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnaməsinin əsaslandırma hissəsində (səh.12, 4-cü abzas) qeyd olunmuşdur ki: “qeyd edilən sənədlər üzrə faktiki olaraq mərhum X3 miras qalmış 0.0990 ha torpaq sahəsinin Şövkət Məmmədovanın adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq X4 tərəfindən zəbt edilmişdir. Bu işdə olan şahid ifadələri, Abşeron rayon Saray qəsəbə sakinlərinin tərtib et dikləri aktla, Abşeron rayonu Saray qəsəbə X11 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə X1 adına torpaq sahəsi ayrılmaması barədə Abşeron rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli N-113 saylı məktubu ilə, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı mövcud ola-ola, eyni tarixli 16 saylı qərar ilə bir ailənin iki üzvünə (X7 ailə başçısı kimi və onun həyat yoldaşı X2) torpaq sahəsi ayrılmasının mümkün olmaması, Abşeron rayon Saray qəsəbə X11 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarına əsasən X2 deyil, yalnız onun həyat yoldaşı X8 torpaq sahəsinin ayrılması, seriya JN-146A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin tərtibindəki kobud nöqsanlarla, həmçinin həmi n şəhadətnamənin tərtibinə əsas olmuş Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarının ümumiyyətlə əldə edilməsinin mümkün olmaması öz təsdiqini tapır”.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyu disiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

35. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

36. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

37. Ha zırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs qeyd olunan mülki iş üzrə də tərəf olmaqla, həmin mübahisənin predmeti hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edir. Belə olan halda, həmin məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir və həmin qətnamə ilə iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən, cavabdehin torpaq sahəsinin ayrıc aktı və ya ilkin baş planının olmaması ilə bağlı dəlilləri də əsassızdır.

38. Eləcə də, mübahisəsi gedən X9 ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsinin yerinin konkret olaraq müəyyən edilməsinin mümkün olmaması, yalnız xx.xx.1990-ci il tarixli akta istinadən X5 mülkiyyətində olan 0.088 h a torpaq sahəsinin yerləşdiyi coğrafi mövqeyə uyğun gəldiyi barədə cavabdehin mütəxəssis rəyi və həmin rəyə əsaslanan ekspert rəyi də hazırkı iş üzrə iddianın təmin edilməsi barədə nəticəyə təsir göstərməməklə, vəziyyəti dəyişmir. Belə ki, yuxarıda bildirildiyi kimi, qeyd edilən hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır.

39. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2-1(105) -46/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar