Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1590/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1590/2019 Bakı şəhəri 15 may 2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili XXXin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən XXXtərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(107)136/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 may 1990-cı il tarixdən 31 dekabr 1992-ci il tarixədək XXX kooperativində 6-cı dərəcəli qaynaqçı, 01 yanvar 1993cü il tarixdən 02 may 1994-cü il tarixədək XXX kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, 03 may 1994-cü il tarixdən 03 avqust 1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 15 sentyabr 1994-cü il tarixdən 03 oktyabr 2001-ci il tarixədək 96 nömrəli SMD-də 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 30 may 1990-cı il tarixdən 03 oktyabr 2001-ci il tarixdək işıədiyi illər nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən 1990-2001-ci illərə aid əmək haqqı arayışlarının təqdim edilməsi tələb olunmuşdur. Hesab edir ki, işlədiyi illər əmək kitabçasında qeyd olunduğuna görə, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və et irazını təqdim etməmişdir Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2-1(84)-1663/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 25 ildən atıq sığorta stajına malik olub, bunun da əksər hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməsi adına olan əmək kitabçısı ilə öz təsdiqini tapdığından və bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçası mötəbər sübut hesab edilməlidir. Burada qeyd edilən dövrlər onun sosial sığorta stajına daxil edilməklə cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiysı təyin edilməsi öhdəliyi qoyulmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçı ərizə verməklə pensiyanın 24 may 2013-cü il tarixindən təyin edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 21(107)-136/2019 saylı qərarı ilə (sədrlik edən hakim Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçının 30 may 1990-cı il tarixdən 31 dekabr 1992-ci il tarixədək XXX kooperativində 6-cı dərəcəli qaynaqçı, 01 yanvar 1993-cü il tarixdən 02 may 1994-cü il tarixədək XXX kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, 03 may 1994-cü il tarixdən 03 avqust 1994-cü il tarixədək Şəki 18 nömrəli THİ RS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 15 sentyabr 1994-cü il tarixdən 03 oktyabr 2001-ci il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X1 5ci dərəcəli qaynaqçı işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona 23 iyul 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya məhkəməsi əmək kitabçasında öz təsdiqini tapan iddiaçının işlədiyi müddətlərin əmək stajı kimi onun sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin qeyd etmişdir ki, əmək pensiyaları onu almaq hüququnun yarandığı tarixdən asılı olmayaraq, inzibati orqana müraciət edilən tarixdən əv vəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tələbini gözləməyərək, iddianın tam təmin etməkdə qanuni nəticəyə gəlməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi, Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29, 01 iyul 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 32.1-1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işl ərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №‐li Siyahısının 33-cü bölmələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçı larının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğu qeyd olunsa da, iddiaçının əmək kitabçasına əsasən onun əl ilə qaynaq aparan elektrik qaynaqçısı olması göstərilməmişdir. Daha bir dəlillə bildirilmişdir ki, qərarda əmək kitabçasına əsasən sosial sığorta stajı hesablanması göstərilsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək kitabçasındakı qeydlərə əsasən sosial sığorta stafının hesablanması barədə hər hansı bir maddə yoxdur. Güzəştli sosial sığorta stajı müəssisə tərəfindən verilmiş güzəşt arayışına əsasən müəyyən edilir. Bundan əlavə, iddiaçının 1994-2001-ci illərdə 96 saylı SMD-də işləməsi barədə qeydlərin düzgünlüyünə şübhələr olduğu üçün əmək kitabçasına yazılması barədə məhkəmə ekspertizası keçirilməlidir. Çünki iddiaçının 57 yaşı 20 13-cü il tarixdə tamam olsa da, bu zamana qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etməmişdir. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1, 21.1-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndi, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə ko llegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxx 1956-cı il tarixdə anadan olmuşdur. İddiaçının ixtisası elektrik qaynaqçısıdır və o, 30 may 1990-cı il tarixdən 31 dekabr 1992-ci il tarixədək XXX kooperativində 6-cı dərəcəli qaynaqçı, 01 yanvar 1993-cü il tarixdən 0 2 may 1994cü il tarixədək XXX kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, 03 may 1994-cü il tarixdən 03 avqust 1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, 15 sentyabr 1994-cü il tarixdən 03 oktyabr 2001-ci il tarixdək “xxxx” Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli SMD-də 5-ci dərəcəli qaynaqçı işləmiş və bütün bunlar 06 noyabr 1974-cü il tarixdə onun adına açılmış əmək kitabçasında qeyd edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehə müraciət etmiş, lakin sonuncu 23 iyul 2018-ci il tarixli, 80/3-472 məktubla onun müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 1990-2001-ci illərə aid əmək haqqı arayışları təqdim edilmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanun vericiliyə uyğun deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya mə hkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri olan güzəştli iş stajı məhkəmənin istinad etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olmamışdır. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 24 iyul 2015-ci il tarixinə qüvvədə olmuş “Əm ək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasın ın Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməl idir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzi fələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Apellyasiya məhkəməsinin qərarında istinad edilmiş qanunvericiliyin tətbiqi ilə bağlı iddiaçının işlədiyi vəzifələrin bir halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 2 nömrəli siyahısında müəyyən edilmiş “XXİİİ.Ümumi peşələr”ə aid olduğunu və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 35-ci bəndinə aid olduğunu müəyyən etmişdir. Halbuki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yuxarıda istinad edilmiş Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən yarandığı halda, istehsalatların və peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə şəxsin pensiya hüququ yalnız istinad edilən qanununn 9.1-ci maddəsinə və yalnız həmin qanun və qərar qüvvəyə minəndən sonra yaranmış hüquqi münasibətlərə tətbiq edilməlidir. Cavabdehin mübahisələndirdiyi məsələyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına görə, iddiaçının əmək kitabçasında “qaynaqçı” peşəsində işləməsi göstərsə də, lakin bu adda bir neçə peşələr istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabineti nin 21 iyun 1993-cü il tarixli 2 nöm rəli siyahısının “XXİİİ.Ümumi peşələr” bölməsində nəzərdə tutulmuşdur. Belə ki, 23200000—11620 kodla “qaz qaynaqçıları”, 23200000—19906 kodla “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”, 23200000—19756 kodla “elektrik qaz qaynaqçıları” peşələri müəyyən edilmişdir. İddiaçının işlədiyi peşənin sadalananlardan hansına daha uyğun olduğu araşdırılmaqla, onun işlədiyi peşənin kodu daha dəqiq müəyyən edilməli idi. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu yaradan iş fəaliyyəti onun təqdim etdiyi əmək kitabçasına əsasən müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddiaçının 1994-2001-ci işləməsi barədə qeydlərin düzgünlüyü mübahisələndirilmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. İddiaçının mübahisəli ə mək fəaliyyəti 1990-ci ildən 2001-ci ilə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir.(...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstəril ir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; - 13-cü maddəsinə ə sasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üz rə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və 26 iyun 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış “Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları”nın (09 avqust 2006-cı il tarixdə qüvvədən düşmüşdür) 6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X2 və Ədliyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsər rüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növün ə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü bölməsi “Sosial sığorta stajının hesablanması proseduru”nu müəyyən etmiş və 3.5-ci bənddə müəyyən olunmuşdur ki, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, (...) iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Lakin cavabdehin bildirdiyi dəlillərin hüquqi əsası tam göstərilməsə də, lakin cavabdehin iddiaçının işlədiyi müəssisələrlə bağlı dəlillərinin apellyasiya məhkəməsi tərəfindən yoxlanılması zəruri olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 58.6-cı maddəsində müəyyən olunmuşdur ki, sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən h əyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Qeyd edilmiş dəlili nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən bildirilmiş bu əsas yoxlanılarkən iddiaçının qeyri-dövlət müəssisələrdə işlədiyi dövrə münasibətdə müvafiq araşdırma aparılmaqla qiymət verilməlidir. Bununla da apellyasiya məhkəməsinin nəticəyə gəlməsini məhkəmə kollegiyası yuxarıda göstərilmiş maddələrin tələblərinə görə qanuni hesab etmir və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində təsbit edilmiş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsinin icra etmədiyini bildirir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyas iya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarı n ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən XXXtərəfindən tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(107)-136/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1590/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1590/2019
15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver