Məhkəmə qərarları › İş №2-1(102)-1590/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1590/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1590/2020 11.08.2020 ALİ MƏHKƏMƏ (Açar söz: müddətin buraxılmasına görə kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyova, məhkəmə iclas katibi F.Rəsulova, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı “ödənilməmiş müavinətin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək o na keçmiş müddət üçün yəni 2013-cü ilin iyul ayından pensiyanın hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3875/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3875/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabd eh xx.xx.2020-ci il tarixində kassasiya şikayəti vermiş, eyni zamanda, ərizə verərək kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində elan edilmiş karantin rejimi cavabdehin kassasiya şikayətinin vaxtında verilməsinə mane olmuşdur. Həmin hal ondan asılı olmadığından üzrlü hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil ərizəsi ilə eyni məzmunlu izahat verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosess ual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqələndirsə də məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, elan olunmuş karantin rejimi vətəndaşların məhkəmələrə müraciət etməsinə, eləcə də kassasiya şikayəti təqdim etməsinə maneə olmamışdır. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, o cümlədən apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə cavabdeh də göstərilən qaydalara uyğun olaraq kassasiya şikayəti verə bilərdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məc əllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qə rara aldım: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar