Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1590/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsızlığının tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.12.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər: Babayeva Rəhiməxanım Məhyəddin qızı, X6 və X3) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)92/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikasının bir qrup idmançı və idman xadimlərinin mənzil məsələləri barəsində” 503 saylı, xx.xx.2013-cü il tarixli Sərəncamından çıxarışa əsasən, X4 1 nəfər ailə tərkibi ilə, "xxxx" MTK-ya məxsus, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 saylı məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m. olan 2 otaqlı 57 saylı mənzil verilmişdir. 2. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı, 24 may 2014cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhər İ cra Hakimiyyətinin 503 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 saylı məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində 2 otaqlı, 47.8 kv.m yaşayış sahəsindən (ümumi sahəsi 88,8 kv.m) ibarət 57 nömrəli mənzilin addan-ada keçirilməsi və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilməsi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinə həvalə edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyətinin başçısının “1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı, 24 may 2014-cü il tarixli qərarının icrası barədə” 248 nömrəli, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347-ci məhəllədə ki yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m., yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzil X1 adından İddiaçı adına keçirilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyətinin başçısının “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 503 saylı sərəncamının İ.Ə.Hüseynova aid hissədə ləğv edilməsi və ona verilmiş mənzilin R.M.Babayevanın adına sənədləşdirilməsi barədə” 201 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 503 saylı sərəncamı vətəndaş X4 aid hissədə ləğv edilmiş, X1 rəsmi ərizəsi nəzərə alınaraq, "xxxx" MTK tərəfindən inşa edilmiş Xətai rayon, Sarayevo küçəsi, 2346-2347-ci saylı məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzil Babayeva Rəhiməxanım Məhyəddin qızının adına sənədləşdirilmişdir.
5. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014cü il tarixli, 248 saylı sərəncamının ləğv edilməsi haqqında” 454 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən paraolimpiyaçı, idman ustası X4 məxsus Xətai rayonu, Sarayevo küçəsi 2346-2347 saylı məhəllədə yerləşən yaşayış binasının 2-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilin İddiaçı adına keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 248 saylı sərəncamı ləğv edilmiş, 2-ci bəndinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-2585/2014 saylı qərarından idman ustası İman Hüseynovun xəbərsiz olması barədə məlumatını nəzərə alaraq, həmin qərardan apellyasiya şikayəti verilməsinin təmin edilməsi hüquq şöbəsinə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 454 saylı, 2016-cı il 2 noyabr tarixli sərəncamının “2014-cü il 2 iyun tarixli, 248 saylı sərəncamının ləğv edilməsi hissəsində etibarsız sayılmasını, X5 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən 57 saylı mənzilin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçiril məsinə dair 201 saylı, 2016-cı il 16 may tarixli sərəncamının ləğv edilməsini və həmin mənzil üzərində iddiaçının hüquqlarının bərpa olunmasını xahiş etmişdir. 7. 18 fevral 2019-cu il tarixli məhkəmə iclasında X6 və X3 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
8. Daha sonra, iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 454 saylı, xx.xx.2016-cı il tarixli sərəncamının “cavabdehin xx.xx.2014-cü il tarixli, 248 saylı sərəncamının ləğv edilməsi hissəsinin etibarsızlığının tanınmasını, cavabdehin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına X5 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 23462347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləş ən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin addan ada keçirilməsinə dair 201 saylı, xx.xx.2016-cı il tarixli sərəncamının etibarsızlığının tanınmasını, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 57 saylı mənzilin İman Hüseynovdan satın alınması barədə on unla razılığa əsasən 54000 manat pulu mənzilin sahibinə vermiş, İman Hüseynov mənzilin iddiaçının adına keçirilməsinə etiraz etmədiyinə dair Bakı şəhər 12 saylı notariat kontorunda notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. İddiaçı və İ.Hüseynov cavabdehə müraciət edən zaman onlara bildirilmişdir ki, mənzilin addan ada keçirilməsi üçün məhkəmə qərarı tələb olunur və buna görə də həmin mənzilin iddiaçının adına keçirilməsi üçün iddiaçı 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməlidir.
10. Bakı şəhər İH-nin işçilərinin məsləhəti ilə iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə qarşı (X6 üçüncü şəxs olmaqla) iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəb əsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin X2 adından iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 24 may tarixli, 2-1(81)-2585/2014 saylı qərarı ilə iddiaçının tələbi təmin edilmiş, həmin qərar Bakı şəhər İH-nə göndərildikdən sonra, qərar qüvvəyə minməmiş Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2014-cü il 2 iyun tarixli, 248 saylı sərəncam verilərək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzil X2 adından iddiaçının adına keçirilmişdir. Həmin sərəncamın bir surəti iddiaçıya və bir surəti "xxxx" MTK-ya təqdim edilmişdir.
11. Mənzilin iddiaçının adına keçirilməsinə dair cavabdehin 248 saylı, 2014-cü il 2 iyun tarixli sərəncamı qüvvədə olduğu bir vaxtda cavabdeh tərəfindən 2016-cı il 16 may tarixli, 201 saylı qanunsuz və əsassız sərəncam verilmiş və qanunvericiliyin tələblərinə zidd olaraq mübahisəli mənzil Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirilmişdir. Cavabdehin qarşılıqlı razılıq əsasında və razılaşdırılmış 54000 manat pulun İ.Hüseynova ödənilməsi müqabilində mənzilin onun adına keçirilməsinə dair sərəncamını iddiaçının xəbəri olmadan birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1008/201 9 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 454 saylı, 2 noyabr 2016-cı il tarixli sərəncamının cavabdehin 2014-cü il 2 iyun tarixli, 248 saylı sərəncamının ləğv edilməsi hissəsində etibarsız sayılması, cavabdehin X5 ayrılmış Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346 2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına keçirilməsinə dair 201 saylı, 2016-cı il 16 may tarixli sərəncamının etibarsız sayılması, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibat i aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlə bağlı cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarına müvafiq olaraq inzibati icraat aparılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.
14. Üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını, iddianın rədd edilməsini və y a aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2223/2019 nömrəli, 13 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər A.B.Nuriyeva /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və C.A.Yusifov) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Üçüncü şəxs Babayeva Rəh iməxanım Məhyəddin qızı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsini və ya iddianın aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-858/2020 nömrəli, 19 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işə aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Hazırkı işdə də iddiaçının yuxarıda qeyd edilən məzmunda tələbi daşınmaz əmlaka olan hüquqla əlaqədardır. Həmin daşınmaz əmlak isə Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2017-ci il 11 aprel tarixli, 2 nömrəli Qərarı ilə (Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə 2020-ci il 1 yanvar tarixdən qüvvədən düşmüş hesab edilmişdir) Xətai rayonu 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, 1 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsi iddia olunan daşınmaz əmlakla bağlı hüquqa dair hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olmamışdır. birinci instansiya məhkəməsində ikinci icraat
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim R.T.Kərimli) iddianın təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2 noyabr 2016-cı il tarixli, 454 nömrəli sərəncamının “2 iyun 2014cü il tarixli, 248 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində etibarsız sayılması, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 may 2016-cı il tarixli, 201 saylı sərəncamının etibarsız sayılması, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
22. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346 – 2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilə hazırda hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq, onunla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının 2 noyabr 2016-cı il tarixli, 454 nömrəli və 16 may 2016-cı il tarixli, 201 nömrəli sərəncamların qəbulu birbaşa hazırkı İddiaçı qanunla qorunan maraqlarına toxunan haldır. Odur ki, İddiaçı bu inzibati aktların qəbulu üzrə inzi bati icraatda məlumatlandırılmaması və iştirakının təmin olunmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 24.1, 36-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, bu səbəbdən də həmin sərəncamların etibarsız sayılması üzrə hazırkı İddiaçı subyektiv hüquqa malik olur. Həmçinin qeyd olunmalıdır ki, müstəqil hüquqi şəxs olan hər hansı MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərində deyil. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini və ya iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
26. Üçüncü şəxsin kassasiya şikayətində qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 454 saylı, 2 noyabr 2016-cı il tarixli və 201 saylı, 16 may 2016-cı il tarixli sərəncamlarının etibarsız sayılması hissəsində iddia müddəti iddiaçı tərəfindən dəfələrlə ötürülsə də və ötürülmüş müddətin bərpası barədə ərizə verilməsə də, buna əhəmiyyət verilməmişdir.
27. İddiaçı ilk dəfə mənzilin addan-ada keçirilməsindən imtina barədə Bakı şəhər İcra Hakimiyyətindən aldığı M-574/2-1 10/2-1/1 saylı, 27 sentyabr 2018-ci il tarixli imtinadan şikayət vermək hüququnu itirdiyi və məhkəməyə müraciət etmədiyi üçün, bununla bağlı həmin ilin dekabr ayında yenidən müraciət edərək, 20 dekabr 2018-ci il tarixli, M - 574/2-1 10/2-t/l saylı məktub almışdır.
28. Məhkəmə qərarını əsaslandırarkən özünün də yuxanda qeyd etdiyi faktları etiraf etməsinə baxmayaraq, 3 hissədən ibarət 2 tələb üzrə iddiaçının iddia müddətini ötdüyünü qabartmamış, ona qiym ət verməmiş, əksinə gizlətməyə, tələbləri qarışdırmağa çalışmışdır.
29. Digər tərəfdən, 2-1(83)-416/2018 saylı işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2585/2014 saylı, 24 may 2014-cü il tarixli qərarı qanuni qüvvəsini almadığı, hətta tərtib edilmədiyi halda, qəbul edildikdən 1 həftə sonra 2 iyun 2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmuşdur. Məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin bir neçə əməkdaşı vəzifələrindən sui-istifadə etməklə, yalan yolla, saxtakarlıq etməklə qeydiyyat aparmadan 2 iyun 2014-cü il tarixli sərəncamın qəbul edilməsinə nail olmuş, sonradan isə cəzalandırılmışlar. Bununla bağlı sənədlər 2-1(81)416/2018 saylı işdə olsa da, hazırkı işə baxark ən məhkəmə onlara baxış keçirməmiş, onlardan istifadə etməmişdir.
30. Həmçinin qeyd edilməlidir ki, mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X4 dövlət mənzil fondundan verilmiş, mənzil özəlləşdirilməmiş, üzərində mülkiyyət hüquqları İ.Hüseynovun adına dövlət qeydiyyatından keçirilməmiş, dövlət mənzil fondundan çıxarılmamışdır. Bununla bağlı müvafiq sənədlər tərtib edilmiş olsaydı, mənzilin özəlləşdirilməsi mümkün olardı və Bakı şəhər İcra Hakimiyyətinin mənzilin addan-ada keçirməsinə səlahiyyəti olmazdı.
31. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestri obyekti olmadığı üçün İ.Hüseynovun ümumiyyətlə mənzili satmağa səlahiyyəti olmamışdır. İ.Hüseynov yalnız dövlət mənzil fondunda qalan, özəlləşdirilməyən mənzilin başqa şəxsin adına keçirilməsinə razılıq verə bilərdi.
32. İ.Hüseynov isə dələduzluq yolu ilə mənzilin addan-ada keçirilməsinə razılıq verilməsi üçün bir neçə şəxsdən, o cümlədən məndən pul almışdır. İ.Hüseynovun mənzilin addan-ada keçirilməsinə razılıq verməsi üçün pul alması hələ həmin mənzilin adda-ada keçirilməsi üçün əsas deyildir. Bununla bağlı dövlət mənzil fondunun adından Bakı şəhər İcra Hakimiyyətinin də razılığı olmalıdır. Lakin İddiaçı ilə bağlı belə bir razılıq olmamışdır.
33. İddiaçı mənzilin onun adına keçirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciəti onun 2016-cı ildə müraciətindən 2 ildən artıq müddətdən sonra 2018-ci ilin dekabr ayında olmuşdur. Həmin vaxt mənzil artıq onun adında idi. İddiaçı İ.Hüseynovla münasibətləri, İ.Hüseynovun ondan dələduzluqla pul alması ilə bağlı mübahisəyə mülki xarakterli iddia kimi ümumi m əhkəmədə baxılmalıdır və İ.Hüseynovun İddiaçı pul almasının Bakı şəhər İcra Hakimiyyətinə aidiyyəti yoxdur.
34. İ.Hüseynovun hər dəfə mənzili gah İddiaçı, gah da M.Bağırova satması barədə notariat qaydasında verdiyi müxtəlif məzmunlu ərizələr sübut kimi qəbul edilə bilməz. 31 oktyabr 2016-cı il tarixdə və bundan sonra 28 noyabr 2019-cu il tarixdə 6 və 12 saylı Kontorlarda notariat qaydasında təsdiq edilmiş ərizələrdə İman Hüseynov göstərmişdir ki, mübahisəli mənzili R.Babayevaya satmışdır. İddiaçı tanımır və həmin mənzilə görə ondan pul almamışdır.
35. Həmin işin yuxarıda qeyd edilən məqamları araşdırılmalı olsa da, 1-ci instansiya məhkəməsi onlara əhəmiyyət verməmişdir.
36. Apelyasiya məhkəməsi dəqiq göstərməsə də, 1-ci instansiya məhkəməsi bir tərəfdən göstərir ki, Bakı şəhər İcra Hakimi yyətinin MTK-ya aid olan mənzilləri addan-ada dəyişdirməyə səlahiyyəti yoxdur, digər tərəfdən isə addan-ada dəyişdirmək vəzifəsini Bakı şəhər İcra hakimiyyətinə həvalə edir. Bu fikirlər biri-digərinə ziddir. Əgər belə bir məqam varsa, onda bu mübahisə mülkidir, Bakı şəhər İcra hakimiyyəti ilə əlaqəsi yoxdur və ümumi məhkəmədə baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmuşdur.
38. Lakin kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, kassator tərəfindən konkret olaraq hansı maddi və hansı prosessual hüquq normasının pozulduğu və bu po zuntunun nədə özünü ifadə etdiyi əsaslandırılmamışdır. Şikayətdə yalnız ümumi sözlərlə pozuntular sadalanmış və “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin işin faktiki halına aidiyyatı olmayan normalarına uğursuz istinad etmişdir. Bundan başqa, məhkəmə sorğusuna əsasən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini təsdiq edən sənədlərin (Əsasnamə və s.) iş materiallarına əlavə olunmasına baxmayaraq, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətləri barədə məhkəmənin mövqeyini şübhə altına almışdır.
39. Etirazda apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
40. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisə lərə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayə t edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.
45. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
46. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
47. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı inzibati orqanın 2 noyabr 2016-cı il tarixli, 454 nömrəli və 16 may 2016-cı il tarixli, 201 nömrəli sərəncamlarının etibarsız hesab olunmasına yönəlmişdir. İnzibati aktın etibarsızlığı İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia vas itəsi ilə tanınır. Həmin normaya görə tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.
48. Tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
49. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. İstinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. B u barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
50. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən sərəncamların etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin sərəncamlar ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Bu baxımdan məhkəmə tərəfindən bu istiqamətdə araşdırma aparılmalı, qeyd edilən sərəncamların istinad olunan maddə anlamında bu və ya digər qüsura malik olub-olmadığı yoxlanılmalı və sərəncamların etibarsızlığını şərtləndirən qüsur yaxud qüsurların mövcudluğu müəyyən edilməli idi.
51. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin sözügedən sərəncamlarının etibarsız hesab olunmasına dair qənaətə gələrkən məhkəmələr cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin mənzil-tikinti kooperativinə məxsus olan mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsi səlahiyyətinə malik olmadığına əsaslanmışlar. Bununla belə məhkəmələr həmin hüquqi mövqelərində ardıcıl olmamış, bir tərəfdən, mənzil-tikinti kooperativinə məxsus mənzilin bir şəxsin adından başqa şəxsin adına hər hansı formada rəsmiləşdirilməsinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində olmadığı qeyd edilmiş, digər tərəfdən, eyni zamanda cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla mübahisəli mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Bununla bağlı məh kəmə kollegiyası qeyd edir ki, əgər mübahisəli mənzilin "xxxx" MTK-ya aid olduğu və bunun üzərindən Bakı şəhər İcra Hakimiyyətinin həmin mənzil barəsində sərəncam vermək səlahiyyətinin mövcud olmadığı müəyyən edilərsə, məhkəmə tərəfindən həmin icra hakimiyyəti orqanının üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının xeyrinə sərəncam qəbul edilməsi öhdəliyi də qoyula bilməz.
52. Bu baxımdan məhkəmə mənzil-tikinti kooperativi tərəfindən mübahisəli mənzilin Bakı şəhər İcra Hakimiyyətinin balansına yaxud da dövlət mənzil fonduna qanunla müəyyən olunmuş qaydada təhvil verilib-verilmədiyini, cavabdehin həmin mənzil üzərində sərəncam vermək və mübahisəli mənzili ümumiyyətlə hər hansı şəxsə ayırmaq səlahiyyətinə malik olub-olmadığını müəyyən etməlidir. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması iddianın mahiyyəti üzrə qərarın qəbulu baxımından həlledici əhəmiyyət kəsb edir.
53. Həmçinin qeyd edilməlidir ki, həmin halların müəyyən olunması eyni zamanda iddiaçının hüquqi marağı baxımından da əhəmiyyət kəsb edir. Belə ki, cavabdehin səlahiyyətli olmadığı təqdirdə, nəinki iddiaçının mübahisələndirdiyi sərəncamlar, eləcə də mübahisəli mənzilə dair cavabdeh tərəfindən qəbul edilmiş (o cümlədən iddiaçıya münasibətdə) digər sərəncamlar da “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında qanuna əsasən etibarsız inzibati akt sayılacaqdır. Və hazırkı iddia vasitəsi ilə iddiaçı çatmaq istədiyi məqsədə-mənzilin cavabdeh tərəfindən onun adına rəsmiləşdirilməsinə nail olmayacaqdır. Başqa sözlə, mübahisəli mənzillə bağlı iddia tələbinə mübahisənin xarakte ri baxımından ümumiyyətlə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunacaqdır.
54. Beləliklə, qeyd olunan halların araşdırılması və bununla əlaqədar sübutların qiymətləndirilməsi ilə bağlı İPM-in 12-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sə nədləri tələb edə bilər. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslı olduğu üçün təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-92/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.