Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1590/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin verilməsi müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2023 nömrə li, 07 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12329/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddiası mümkün sayılmamışdır.
2. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
4. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək kassasiya şikayəti verilməsi üçün iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılmasını xahiş etmişdir.
7. İddiaçının həmçinin apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti veri lməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə də təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, ela n edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə
96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Aşağıdakıla ra əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməyərək kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin həm də İPMin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Qərardad icra edilmiş, Vəkil 13 mart 2023-cü il tarixdə order yazılmasına rəğmən, həmin qərardaddan kassasiya şikayəti 20 aprel 2023-cü il tarixdə vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sistemində yerləşdirilmiş, yəni kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-c i maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət ötürülmüşdür.
13. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə qeyd edilmişdir ki, şəxsin müdafiəçi ilə təmin olunması haqqında qərardad çıxarılarkən və çıxarıldıqdan sonra onun icra edilməsi üçün Vəkillər Kollegiyasına göndərilməsi və Kollegiya tərəfindən realizə olunması müəyyən bir vaxt tələb etdiyindən qeyd olunan müddət ərzində artıq prosessual müddət ötürülmüşdür. Bundan başqa, iş materialları ilə tanış olduqdan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli qərardadının Bakı İnzibati Məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinin mümkünsüzlüyü ilə bağlı olması və qərardadda şikayətin verilməsi müddətinin ötürülməsinin qeyd olunması müəyyən olunmuş, bu səbəbdən də a pellyasiya şikayətinin verilməsi müddətinin hansı səbəbdən ötürülməsini dəqiqləşdirərək kassasiya şikayətinin verilməsi zəruri yaranmış, iddiaçı isə uzun müddət əlaqə telefonlarına edilən zənglərə cavab vermədiyindən, iş materiallarında yaşayış ünvanının qeyri-dəqiq olması və onun axtarılması istiqamətində tədbirlərin gec, yəni xx.xx.2023-cü il tarixində səmərə verməsi də kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuşdur.
14. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
15. Nəzərə almaq lazımdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların möv cudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
16. Bu mənada, hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin onun təqsiri olmadan buraxılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddia çının vəkilinin ərizədə istinad etdiyi əsaslar müddətin buraxılmasına haqq qazandıra və ötürülmüş müddətin bərpası üçün yetərli sayıla bilməz. Kassasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində verilməsi üçün iddiaçı tərəfin kifayət qədər zamanı olmuşdur. Belə ki, orderin verildiyi 13 mart 2023-cü il tarixdən hesablandıqda və Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri nəzərə alındıqda, 27 mart 2023-cü il bayramdan sonrakı ilk iş günü hesab edilir, buna baxmayaraq, kassasiya şikayəti həmin tarixdən sonra da kifayət qədər gec – 20 aprel 2023-cü il tarixdə vəkilin elektron kabineti vasitəsi ilə elektron məhkəmə sistemində yerləşdirilmişdir. Odur ki, müddətin buraxılması ilə bağlı ərizədə qeyd edilənlər müddətin bərpa edilməsini zəruri edən üzürlü səbəblər hesab olun a bilməz.
17. Beləliklə, kollegiya hesab edir ki, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyinə və onun bərpasına dair verilmiş ərizə təmin edilmədiyinə görə iddiaçının kassasiya şikayətinin mümkünlüyü üçün də əsaslar yoxdur.
18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəifndən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1206/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.