Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1590/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakim kimi son 24 ayda aldığı əmək haqqının 80 % üzrə əmək pensiyasının yenidən hesablanması; pensiyadan tutulmuş məbləğlərin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun - əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin birdəfəyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)-808/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 65 yaşına çatmış hakim kimi 19 dekabr 2019-cu il tarixdə yaşa görə (hakim ki mi əmək stajı 19 il 3 ay 28 gün olmaqla) əmək pensiyası təyin edilmişdir. Həmin pensiya təyinatı üzrə aylıq pensiya məbləğləri iddiaçının təqdim etdiyi əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğləri barədə sənədlər üzrə əmək haqqının 80 faizi nəzərə alınaraq hesablanmışdır.
2. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əvvəlki iş yeri olan Bakı Apellyasiya Məhkəməsindən onun son 5 il (60 ay) üzrə əmək haqqı barədə sənəd alınmış və pensiya məbləği həmin sənəd üzrə 2022-ci ilin mart ayından başlayaraq yenidən hesablanmışdır.
3. İddiaçı əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçıya 31 dekabr 2019-cu il tarix dən sabiq hakim kimi yaşa görə pensiya təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 31/153 nömrəli məktubu ilə Mərkəzi Filiala ünvanlanmış əmək haqqı barədə arayışa əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 31 dekabr 2019-cu il tarixdə onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1781 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 118,73 manat (son 60 ay ərzində, cəmi 4 ay aldığı üçün 1781 x 4 / 60), digər növ əlavələr 860,82 manat olmaqla, orta aylıq əmək haqqı 4007,25 manat təşkil etmişdir. Bununla əlaqədar, əmək pensi yası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4007,25 manat) 80 faizi – 3205,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, 31 dekabr 2019-cu il tarixdən 30 iyun 2022-ci il tarixədək olan dövr ərzində iddiaçıya ümumilikdə 96277,41 manat ödənilməli olduğu halda, 95180,70 manat ödənilmişdir. Bu səbəbdən də, həmin dövr ərzində ona 1096,71 manat əskik pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 iyul 2022-ci il tarixindən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 115 0,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639 manat, bir aylıq vəzifə maaşı miqdarında əlavədən hesablanan pul təminatı 170,40 manat (son 60 ay ərzində, cəmi 4 ay aldığı üçün 2556 x 4 / 60), digər növ əlavələr 1235,40 manat olmaqla, orta aylıq əmək haqqı 5751 manat təşkil etmişdir. Bununla əlaqədar, iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 19 il 3 ay 28 gün sabiq hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (5751 manat) 80 faizi – 4600,80 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, 01 iyul 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixəd ək olan dövr ərzində pensiyaçı sabiq hakimlərin orta aylıq əmək haqlarının hesablanması zamanı vəzifə maaşında artımlar tətbiq edilmədiyi üçün həmin dövr üzrə iddiaçıya ümumilikdə, 13802,40 manat ödənilməli olduğu halda, 9456,96 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya 4345,44 manat fərq məbləği hesablanmışdır. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 5442,15 (1096,71 + 4345,44) manat pul vəsaiti cari ilin oktyabr ayından etibarən hissə-hissə (hər ay 1814,05 manat) iddiaçının pensiyasının (4600,80 manat) üzərinə əlavə olunmaqla (1814,05 + 4600,80 = 6414,85 manat) müvafiq kart hesabına köçürülür. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla, iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 460,08 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun - əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin birdəfəyə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan işin halları ilə əsaslandırmışd ır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 24 avqust 2023-cü il tarixli, 21(112)-5856/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əmək pensiyasının ilkin təyin edilən hesablamaya uyğun – əmək fəaliyyətinin son 24 ayının əmək haqqı məbləğinin 80 faizi üzrə yenidən hesablanması və pensiyadan tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat veri lməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da, “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə, maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Bundan başqa, yaşa görə əmək pensiyasının təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlv erişli inzibati akt”dır. Qanunvericiliyin tələbinə uyğun formalaşmış mövcud inzibati praktikaya görə, əlverişli inzibati aktın ləğvi və dəyişdirilməsi, bununla bağlı müvafiq əsaslar olduqda, bu barədə qərarla rəsmiləşdirilir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müda fiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Lakin hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş “iddiaçının pensiya işi”ndən görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə əlverişli inzibati aktı (pensiya təyinatı barədə) dəyişdirsə də, bu barədə, qanuna müvafiq inzibati icraat aparmamış və qərar qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın dəyişdirilməsini, buna əsaslar olub-olmamasından asılı olmayaraq, tələb olunan qaydada icraat aparmaqla rəsmiləşdirməmişdir. Bununla da, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 2.0.6, 4.1, 11-ci maddələrinə riayət etməmişdir. Eləcə də, cavabdeh inzibati orqanın inzibati icraat üzrə apardığı hərəkətlərində qeyd olunanlarla yanaşı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi də müəyyə n olunur. Belə ki, qanunvericilik iddiaçıya pensiya hüququ olan sabiq hakim kimi onun hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinin əsas götürülməsi seçimi olduğu və fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi onun üçün daha əlverişli şərtlər (pensiya məbləği) yaratdığı halda, cavabdeh inzibati orqan qanunvericiliyin müddəasını işin vəziyyəti və iddiaçının üstün mənafeyi baxımından düzgün tətbiq etməmiş və öz təşəbbüsü ilə onun əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumatlar əldə edərək, pensiyasının yenidən hesablanmasını əlverişsiz əsaslarla aparmışdır. Nəzərə alınmalıdır ki, ilkin pensiya təyinatı zamanı iddiaçı əmək fəaliyyətinin son 24 ayı üzrə əməkhaqqı barədə müva fiq məlumatı əks etdirən sənədi özü cavabdeh inzibati orqana təqdim etmiş və bununla da seçimini dəqiqləşdirmişdir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın həmin hərəkətləri ilə “İnzibati icraat haqqında” Qanunun 16, 24.2, 58-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 01 fevral 2024-cü il tarixli, 2-1(103)-808/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdehin kassasiya şikayətində iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qeyd olunan dəlilləri təkrarlamış, apelyasiya ins tansiyası məhkəməsində icraat zamanı maddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 1 Hər kəsin sosial təminat hüququ vardır.... 3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr... 20.1.4. Əmək pensiyası yaşına çatmış sabiq hakimlərin qulluq stajına görə əmək pens iyasına əlavələr təyin edilir.... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi m iqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... Maddə
31. Əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddə
32. Əmək pensiyası nın təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir....
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişd irə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında veri lmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırıl madığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apel lyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti t əmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-808/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.