Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1590/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəəsiz əməliyyatlar; Vergi Məcəlləsinin 175.11-ci və 109.9-cu maddələrinə əsasən əlavə vergilərin hesablanmasının qanuniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-789/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********720700 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçıya 2024-cü ilin mart ayı üçün 24.392,70 man at ƏDV hesablanmışdır.
2. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********948500 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçıya 2024-cü ilin yanvar ayı üçün 19.687,14 manat ƏDV hesablanmışdır. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********016400 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 49.587,60 manat əlavə vergi (iddiaçı tərəfindən bəyan edilən vergi 19.444,98 manat; kameral yoxlama ilə müəyyən edilən vergi öhdəliyi: 69.302,58 manat; fərq: 49.857,60 manat) hesablanmışdır. 4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462200 saylı xx.xx.2024-cü il tarixli qərar ilə “Vergilərin, sosial sığorta v ə işsizlik sığortası haqlarının hesablanması barədə” **********016400 saylı xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş və iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 2.835,60 manat əlavə vergi (əvvəlki kameral yoxlama ilə müəyyən edilən vergi 69.302,58 manat; kameral yoxlama ilə müəyyən edilən vergi öhdəliyi: 72.138,18 manat; fərq: 2.835,60 manat) hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********948500 nömrəli, xx.xx.2024-cü il tarixli **********720700 nömrəli və xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarların ləğv olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindan aparılan əməliyyatların əmtəəsiz olmasını sübut edən hər hansı fakt mövcud deyil. İddiaçı dövlət müəssisəsi olduğundan və sifarişçilərin də dövlət müəssisə və təşkilatları olduğu nəzərə alınsa, hər hansı bir əmtəəsiz əməliyyat ehtimalının olması qeyri-mümkündür. Həmçinin iddiaçı müvafiq əməliyyatları aparan zaman əməliyyatın iştirakçısı olan vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdi.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən iddiaçı vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturalarını ƏDV bəyannamələrində əvəzləşdirmişdir. Nəticədə 2024-cü ilin yanv ar və mart ayları üçün iddiaçının əldə etdiyi riskli qaimə-fakturalara görə aparılan əvəzləşmə ləğv edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 249.288,00 manat dəyərində e-qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmamış, həmçinin mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (Əməkhaqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 298.736,14 manat məbləğ, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təq vim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin “Rüb üzrə cəmi” sütunlarındakı 284.558,14 manat məbləğindən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********900600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim olunması tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyinə görə, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin mənfəət vergisi bəyannamə si üzrə xərclərdən 231.663,82 manat, eyni zamanda əməkhaqqı sətrindən yaranmış uyğunsuzluqdan 14.178,00 manat silinərək, kameral qaydada əlavə olaraq 52.693,20 manat hesablanmış və bu barədə, xx.xx.2024-cü il tarixli **********016400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə xx.xx.2024-cü il tarixli **********016400 nömrəli qərar ləğv edilmiş və iddiaçıya sonuncu qərarla mənfəət vergisi üzrə yekunda 72.138,18 manat əlavə vergi məbləği hesablanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.M.Almazova) xx.xx.2024-cü il tarixli, e-21(112)-8662/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********948500 nömrəli, xx.xx.2024-cü il tarixli **********720700 nömrəli və xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarlar ləğv edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********948500 nömrəli və xx.xx.2024-cü il tarixli **********720700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarlar iddiaçının sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində qəbul edilmi şdir. Halbuki əməliyyatlar aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmadığından iddiaçı da bu barədə məlumatlı olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisələr, onun əməliyyat apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinin əsası sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisələr ilə edilən əməliyyatlarının yekunu olaraq iddiaçı tərəfi ndən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab edildiyindən kənarlaşma kimi qiymətləndirilməsidir. İddiaçı ilə həmin müəssisələr arasındakı müqavilə münasibətləri üzrə riskli hesab edilmiş əməliyyatların, sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə aid olması işin mübahisəndirilməyən halıdır. İddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən əməliyyatların əmtəəsiz hesab edilməsinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-789/2025 nömrəli qərarı ilə (hakimlər: G.M.Abbasova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəmə işə baxark ən nəzərə almamışdır ki, riskli hesab edilən vergi ödəyiciləri, məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyicisi siyasına daxil edilmişlər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********720700 saylı xx.xx.2024-cü il tarixli və ******* ***948500 saylı xx.xx.2024-cü il tarixli qərarları ilə bağlı qeydlər
20. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh, iddiaçı tərəfindən elektron qaimə-faktura üzrə aparılan əməliyyatları riskli hesab etdiyindən əvəzləşdirilməyə əsas vermədiyi qənaətinə gəlmiş və mübahisələndirilən qərarlarla ƏDV hesablamış, başqa sözlə, əldə etdiyi riskli qaimə fakturalara görə əvəzləşmə ləğv edilmişdir. Eyni zamanda, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının riskli hesab edilən əməliyyatlarının digər tərəfləri- sahibkarlıq subyektləri iddiaçının əməliyyat apardığı dövrdə riskli vergi ödəyiciləri olmamış, əməliyyatların baş tutmasından sonra riskli vergi ödəyicisi hesab edilmişl ər.
21. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
22. Qeyd edilən normaların dizpozisiya şərtlərindən görünür ki, iddiaçı tərəfindən aparılan əməliyyatlara görə əvəzləşdirilən ƏDV-lərin ləğv edilməsi o halda qanuni olardı ki, iddiaçı əmtəəsiz əməliyyat aparmış olsun.
23. Cavabdeh yalnız iddiaçının əməliyya t apardığı şəxslərin sonradan riskli vergi ödəyicisi hesab edilməsi faktına istinadən əməliyyatları əmtəəsiz kimi qiymətləndirsə də, inzibati orqan kimi iddiaçının başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə əməliyyat aparmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, cavabdeh iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
24. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İPM -in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir.
25. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqa nın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
26. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkə mə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
27. Odur ki, cavabdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan əsaslarla mübahisələndirilən qərarlarla ƏDV hesablamasının qanunsuzluğuna dai r apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni olmuşdur. xx.xx.2024-cü il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarı ilə bağlı qeydlər
28. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə əlavə vergi öhdəliyi aşağıdakı əsaslarla hesablanmışdır: - iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində vergi orqanı tərəfindən əmtəəsiz kimi qiymətləndirilən əməliyyatların dəyərinin xərc kimi nəzərə alınmaması; - mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci (əmək haqqı və ona bərabər tutulan ödəmələr) sətrindəki 298.736,14 manat məbləğin, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (4 rübün cəmi) 902-ci sətirlərinin “Rüb üzrə cəmi” sütunlarındakı 284.558,14 manat məbləğindən böyük olması (14.178,00 manat kənarlaşma).
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində vergi orqanı tərəfindən əmtəəsiz kimi qiymətləndirilən əməliyyatların dəyərinin xərc kimi nəzərə alınmaması hazırkı qərarın 24-27-ci bəndlərində əks olunmuş hüquqi mövqeyə görə əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinin xx.xx.2024-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh iddiaçının apardığı əməliyyatların əmtəəsiz olmasını sübut edə bilməmişdir.
30. Bununla yanaşı, həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəaları nəzərə almadan mənfəət vergisi hesablamışdı r.
31. Eyni zamanda, cavabdeh “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********016400 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 49.587,60 manat əlavə vergi (iddiaçı tərəfindən bəyan edilən vergi 19.444,98 manat; kameral yoxlama ilə müəyyən edilən vergi öhdəliyi: 69.302,58 manat; fərq: 49.857,60 manat) hesablayarkən inzibati aktın məzmununda yalnız vergi orqanı tərəfindən əmtəəsiz kimi qiymətləndirilən əməliyyatların dəyərinin xərc kimi nəzərə alınmamasına istinad etmişdir.
32. Bundan sonra, vergi orqanı xx.xx.2024-cü il tarixdə iddiaçıya yenidən Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərmiş və məktubda mənfəət vergisi bəyannaməsinin he sabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsindəki uyğunsuzluğa (əməkhaqqı ilə bağlı) və bəyannamənin 1 nömrəli əlavəsinin 1.1 (əsas vəsaitlərin dəyəri) və 1.3 (ehtiyatlar) kodlu sətrlərinin göstəricilərinin cəmi ilə bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində idxal edilmiş, e-qaimə faktura və alış aktı ilə alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının bazasındakı məlumatlardan fərqli olmasına istinad edilmiş, həmçinin iddiaçıdan dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi tələb edilmişdir.
33. Daha sonra vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462200 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********01 6400 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv etmiş və iddiaçıya 2023-cü ilin mənfəət vergisi üzrə 2.835,60 manat əlavə vergi (əvvəlki kameral yoxlama ilə müəyyən edilən vergi 69.302,58 manat; kameral yoxlama ilə müəyyən edilən vergi öhdəliyi: 72.138,18 manat; fərq: 2.835,60 manat) hesablamışdır.
34. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində keçirilir. Həmin Məcəllənin 37.2-1-ci mad dəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.
35. Göründüyü kimi, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462200 saylı xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinin tələbini pozmuş, xx.xx.2024cü il tarixdə uyğunsuzluq məktubu göndərməsinə baxmayaraq 10 iş günü müddəti gözləmədən yenidən əlverişsiz inzibati akt qəbul etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cav abdehin iddiaçıya münasibətdə yuxarıda qeyd olunan əsaslarla mübahisələndirilən qərarla mənfəət vergisi hesablamasının qanunsuzluğuna dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi düzgün olmuşdur.
37. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 21(103)-789/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.