Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1591/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 1960-1995-ci illərdə Oğuz rayon X2 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə d air inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-39/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 29 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) XX.XX.1935-ci il tarixdə Vartaşen rayonunda anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçının yanvar 1960-cı il tarixdən 1995-ci ilin fevral ayınadək və 1995-ci ilin aprel ayında Oğuz rayon X2 Cəmiyyətində işləməsi Oğuz rayon X2 Cəmiyyəti tərəfindən verilmiş 12.06.2018-ci il tarixli 03 nömrəli əmək haqqı barədə arxiv arayışında qeyd edilmişdir. İddi açı ona əvvəllər təyin edilmiş pensiyanın bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu 23.07.2018-ci il tarixli **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçı 1997-ci il tarixdən aldığı yaşa görə əmək pensiyası xarici dövlətdə yaşama səbəbi ilə “Əmək pensiyaları haqqında” Qanunun 43-cü maddəsinə əsasən dayandırılmışdır. Onun Oğuz rayonunda pasport qeydiyyatına alındığı 14.07.2018-ci il tarixdən ümumi qaydada yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Lakin 1960-1995-ci illərdə işləməsini təsdiq edən əmək kitabçası təqdim olunmadığından həmin dövr sosial sığorta stajı kimi qəbul olunmur. Bununla razılaşmayan iddiaçı pensiyasının bərpa edilməs i və dayandırıldığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 01.11.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəyişdirmiş və məhkəmədən 1960-1995-ci illərdə Oğuz rayon X2 Cəmiyyətində işlədiyi illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01.11.2018-ci il tarixdə keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinı etiraz edərək bildirmişdir ki, 1997-ci ildə qeydiyyatdan çıxdığına görə iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. 1997-ci ildən sonra xarici dövlətdə yaşaması səbəbindən ona həmin dövrdən sonra pensiyanın ödənilməsi mövcud qanunvericiliyə uyğun deyil. İddiaçı 14.07.2018-ci il tarixdən Oğuz rayonunda pasport qeydiyyatına düşdüyü tarixdən ona ümumi əsaslarla pensiya təyin oluna bilər. Lakin iddiaçı işləməsini təsdiq edən əmək kitabçasını təqdim etmədiyindən onun iş illəri sosial sığorta stajı kimi nəzərə alınmır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1530/2018 nömrəli, 01 noyabr 2018-ci il tarixli qərarı ilə (hakim: R.A.Məcidov) iddia qismən təmin edilərək, iddiaçının 1960-cı ilin yanvar ayından 1995-ci ilin fevral ayınadək və 1995-ci ilin aprel ayında Oğuz rayon X2 Cəmiyyətində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması q ərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının işlədiyi illərin onun əmək kitabçasında qeyd edilməməsi həmin illərin onun sığorta stajı kimi nəzərə alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçının 1960-cı ilin yanvar ayından 1995-ci ilin fevral ayınadək və 1995-ci ilin aprel ayında illərdə və 1995-ci ilin aprel ayında Oğuz rayon X2 Cəmiyyətində işləməsi həmin Cəmiyyət tərəfindən verilmiş arayışla təsdiq edilir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-39/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İn zibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1530/2018 nömrəli, 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd eilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı 1935-ci ildə anadan olmuşdur. O, qeydiyyatından çıxaraq uzun müddət Azərbaycandan xaricdə yaşamış, 14 iyul 2018-ci il tarixdə Oğuz rayonunda qeydiyyata alınmışdır. İddiaçı 01 noyabr 2018-ci il tarixli ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini şöbəyə təqdim etmişdir. Sənədlərin araşdırılması zamanı onun 1960-cı ilin yanvar ayından 1995-ci ilin fevral ayınadək və 1995-ci il ilin aprel ayında Oğuz rayon X2 Cəmiyyətində işlədiyi dövrə aid əmək kitabçasının surətinin olmadığı aşkar edilmişdir. İddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması və saxlanılması qaydalarının 3.1.1 maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, ona əmək kitabçasının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının 1960-cı ilin yanvar ayından 1995-ci ilin fevral ayınadək və 1995-ci ilin aprel ayında Oğuz rayon X2 Cəmiyyətində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, məhkəmə icraatının iştirakçılarına təqdim edilmiş bildirişdə onların məhkəmə iclasına gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmu şdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şi kayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şə xsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Oğuz Rayon X2 Cəmiyyəti tərəfindən verilmiş 12 iyun 2018-ci il tarixli, 03 nömrəli arayış iddiaçının sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə də, cavabdehin mövqeyi ondan ibarətdir ki, həmin arayışda qeyd edilən iş stajı əmək kitabçası ilə təsdiq edilmədiyindən sığorta stajı kimi nəzərə alına bilməz. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) istinadən qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. (həmin Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur). Bundan əlavə, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbayca n Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək sta jını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsin icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 1960-cı ilin yanvar ayından 1995-ci ilin fevral ayınadək və 1995-ci ilin aprel ayında Oğuz Rayon İstehlak-İstehsal Kooperativ Cəmiyyətində işləməsi Oğuz Rayon İstehlak-İstehsal Kooperativ Cəmiyyəti tərəfindən verilmiş 12.06.2018-ci il tarixli 03 nömrəli arayışla öz təsdiqini tapdığından cavabdehin imtinası qanunsuz və əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci m addəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-39/2019 nömrəl i iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1591/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1591/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver