Məhkəmə qərarları › İş №2-1(102)-1591/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1591/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1591/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1591/2020) Açar sözlər: Əmək pensiyasının təyin edilməsi Bakı şəhəri xx xxxxxx 2020-ci il 12.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-191/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur və hazırda Bakı şəhərinin Suraxanı rayonunda yaşayır. İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonunda Nərimanov adına kolxozda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər isə Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində (sonradan “Üzvi sintez” zavodu adlanan müəssisədə) işləmişdir. İddiaçı ərizə ilə DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət edərək, ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. DSMF-nin Suraxanı rayon şöbəsi iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********0 saylı məktubla cavab verərək bildirmişdir ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Onun sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1980-cı ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonunun N.Nərimanov adına kolxozunda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi və sonradan Sumqayıt “Üzvi sintez” zavodu adlanan sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab edilən müəssisədə işləməyinə görə ona əmək pensiyasının təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt “Üzvi sintez” zavodunda işlədiyi müddət sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab olunduğu üçün ona hal hazırda əmək pensiyası təyin edilməlidir. Ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin DSMF-nin Suraxanı rayon Şbəsi qanunsuz və əsassız olaraq ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2019-cu il tarixli **********0 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı (hakim E.Mustafayev) ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçası ilə İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonun N.Nərimanov adına kolxozunda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi və sonradan Sumqayıt “Üzvi sintez” zavoduna işləməsi təsd iq edildiyindən, iddiaçıya qeyd olanan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində baxılan işə aidiyyəti olmayan əlilliyə görə pensiya təyin olunmasını tənzimləyən normalar sadalanmış, daha sonra iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığına görə onun əlilliyə görə pensiya almaq hüququnun olmadığı göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)191/2020 saylı qərarı ilə cavabdehin ver diyi apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları və cavabdeh tərəfindən təqdim olunmuş arayışdan da göründüyü kimi, iddiaçının qanunvericilikdə nəzərdə tutulan 25 il iş stajı, yaxud minimum əmək pensiyası təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etm əmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Əsaslandırıcı hissə Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddia tələbinin həm əsaslandırıcı hissəsindən, həm də "xahiş edirəm" hissəsindən görünür iddiaçı onun “Üzvi kimya” zavodunda ağır işdə işləməsini nəzərə alaraq əmək pensiyası təyin olunmasını istəyir. Tələbin məzmunu daha çox ona dəlalət edir ki, iddiaçı güzştli şərtlərlə pensiya təyin olunmasını xahiş edir. Lakin məhkəmə bu iddianı adi yaşa görə pensiya tələbi kimi qəbul etmişdir. İrəli sürülmüş tələblə məhkəmənin baxdığı tələblər faktik əsasları, habelə tətbiq olunan hüquq normaları baxımından müxtəlif olmaqla, əhəmiyyətli dərəcədə fərqlənir. Bu halda işə baxan məhkəmə iddiaçıya müvafiq dəqiqləşdirmə aparmağı, zəruri olduqda bununla bağlı izahat verilməsini, iddianın dəqiqləşdirilməsi barədə ərizə verməyə təklif etməli idi. Çünki Azərbaycan Resbulikası İPM-nin «Məhkəmənin yardım etmə vəzifəsi» adlanan 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludu r. Lakin məhkəmə bu cür yardım göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsi də işin bu vəziyyətini görmüş, yardım etmə vəzifəsinə uyğun olaraq bu ziddiyyəti aradan qaldırmamış, qərarında isə bildirmişdir ki, iddiaçının gətirdiyi dəlillər güzəştli şərtlərlə əmək pensiyasının müddəaları təşkil etsə də, hazırki iş üzrə cavabdeh orqanın mübahisələndirilən imtinası və məhkəmə qərarı yaşa görə pensiya verilməsi ilə bağlıdır. Apelyasiya instansiyasının bu əsaslandırması işin hallarının tam araşdırılması deməkdir və ziddiyyətlidir. Çünki məhkəmənin bu cür əsaslandırması, ilk növbədə iddiaçının cavabdehə pensiya təyin olunması barədə ərizənin məzmununun öyrənilməsini tələb edirdi. Ona görə də məhkəmə iddiaçının inzibati orqana ilkin müraciət məktubunu alıb işə əlavə etməli idi. Əgər iddiaçının inzibati orqana yazdığı ərizədə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması xahiş etdiyi müəyyən olunsa, o halda cavabdehin işdə olan imtina məktubu, iddia tələbinə xüsusi şərtlərlə pensiya təyin olunması tələbi kimi baxmağa maneə olmurdu. Əgər iddiaçı inzibati orqana yazdığı ərizədə ona ümumi əsaslarla (7-ci maddə) pensiya təyin olunmasını xahiş etmişsə və hazırda tələbinə xüsusi şərtlərlə pensiya təyin olunması barədə iddia kimi baxılmasını tələb edirsə, bu halda iddianın həmin əsasla mümkünlüyü məsələsi həll olunmalı idi. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və proses sual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-191/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar