Məhkəmə qərarları › İş №2-1(102)-1591/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1591/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1591/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarix li, 2-1(103)-1520/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Həmin Sərəncamda aşağıdakılar qeyd edilmişdir: “...2.Təsərrüfat şöbəsinin memarına tapşırılsın ki, sahənin naturada nişanlanmasını həyata keçirsin və tikintinin layihələşdirilməsi üçün tapşırıq versin.

3. Bina tikənə tapşırılsın: 3.1.Layihələşdirməni müəyyən edilmiş müddətdə yerinə yetirsin. 3.2.Sahəni yerində qəbul etsin, qorusun və onun sanitar vəziyyətinə nəzarət etsin. 3.3.Torpağın və tikilinin layihələşdirilməsinin eskiz təsərrüfat şöbəsi ilə razılaşdırsın. 3.4.Obyektin tikintisinə torpaq sahəsi üzərində hüquqi təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın. 3.5. Torpaq sahəsindən ayrılmış məqsəd üçün istifadə etsin. Torpaq sahəsi üzərində hüququnu-Torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirsin və dövlət reyestrində qeydiyyatdan keçirsin. 3.6. Tikintinin qeydiyyatdan keçirmək və ona texniki pasport və qeydiyyat vəsiqəsi almaq üçün zəruri sənədləri Bakı Tİ və MHQ-ı idarəsinə vaxtında təqdim etsin...”

3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, xx.xx.2000-ci il tari xli sərəncamı iddiaçıya aid hissədə ləğv edilmiş və Binəqədi rayon Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ictimai istifadəyə qaytarılmışdır.

4. Həmin Sərəncamda aşağıdakılar qeyd edilmişdir: “...Vətəndaş İddiaçı müraciətlərdə 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsində ictimai park salınması ilə əlaqədar torpağın əvəzi olaraq kompensasiya ödənilməsini xahiş etmişdir. Həmçinin eyni zamanda Binəqədi rayon Enerji Təhcizatı və satışı idarəsi Bgn19/267 saylı xx.xx.2019-cu il tarixli məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, "Azərişıq” ASC-yə aid 769 saylı TM mühafizə zolağının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunm asını xahiş etmişdir. Bundan əlavə Binəqədi rayonu, Mir Cəlal küçəsi 41,43, 45, -17, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətlər edərək vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişlər. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur. Belə ki, xx.xx.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən vətəndaş yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri- kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə Sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 -ayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 iyun 2012-ci il tari xədək qüvvədə olmuş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3-cü bəndinə əsasən yerlərdə qərarlar qəbul edərkən ictimai rəyin nəzərə alınması nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərınin ümumi paylı mülkiyyətinə keçir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi ictimai və yaşayış torpaq sahələri anlayışı ayrılmışdır. Qeyd olunanlardan əlavə Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 37, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin müraciətləri əsasında "İDEA” İctimai Birliyinin təşəbbüsü ilə "abad məhəllə’' layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmaqdadır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin müddəalarından göründüyü kimi verilmiş torpaq sahəsindən 19 il ərzində üzrlü səbəb olmadan istifadə edilməmiş, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayiş tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olmalı və torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sənədlərin araşdırması zamanı 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.1-ci bəndinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.2-ci bəndinə əsasən qanunsuz i nzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 1 iyul 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və Ba kı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 2000-ci il tarixdə qəbul olunmuş sərəncamın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən ləğv olunması Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin 7-ci bəndinə tamamilə ziddir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxtı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ümumiyyətlə mövcud olmamış, həmin Qanun ölkədə 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin əvvəlki sərəncamının ləğvi üçün bu gün tətbiq etdiyi müvafiq hüquq normaları vətəndaşın hüquqi vəziyyətini ağırlaşdır dığından Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən sərəncamın ləğv edilməsi üçün tətbiq oluna bilməz. Bu səbəbdən də, yeni qəbul edilmiş sərəncam Konstitusiyanın müvafiq normasına tamamilə zidd olduğundan qanunsuzdur. Eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 14 may 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, xahişi təmin olunmadığı üçün həmin tələblə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən tələbi təmin edilmişdir. Digər tərəfdən daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmaması vətəndaşın torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun xitam olunmasına, bununla da, torpaq ayrılmasına dair əvvəlki sər əncamın ləğvi üçün əsas ola bilməz. Cavabdeh özü də, bunu yeni sərəncamda əsaslandıra bilməmişdir. Həmçinin Binəqədi rayon İcra Hakimiyyəti Aparatının memarı S.Əzizov tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 55 A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Qeyd olunmalıdır ki, torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmamışdır. Belə ki, vətəndaş tərəfindən ayrılmış torpaq sahəsində çoxsaylı meyvə ağacları əkilib qulluq edilmiş, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən yaşıl bağ salınmış, e yni zamanda maddi imkan daxilində bir mərtəbəli yaşayış evi həmçinin müxtəlif təyinatlı tikililər tikilmiş, hansı ki, cavabdeh tərəfindən 2019-cu ilin aprel ayında qanunsuz olaraq sökülmüşdur. İddiaçıya dəymiş ziyanı da, bu günə kimi ödəməkdən qərəzli olaraq boyun qaçırır. Eyni zamanda, iddiaçı həmin evdə yaşamaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən pasport qeydiyyatına alınmışdır.

7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsini istifadə etmədən saxlamış, yalnız 4 kv.m (2/2) primitiv üsulla (taxta şitlərdən) əl damı düzəltmişdir, eyni zamanda hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur. Lakin xx.xx.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması iddiaçıya həvalə edilmişdir. Binəqədi rayon Enerji Təchizatı və satışı idarəsi Bgn19/267 saylı xx.xx.2019-cu il tarixli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağının iddiaçıya ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişdir. Bundan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41,43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətlər edərək, iddiaçıya ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi rayon İcra Hakimiyyəti nin 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişlər. Həmin binanın sakinlərin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmışdır. Müəyyən olunmuşdur ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət (1238 ailənin 4952 vətəndaşın yaşadığı) binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi və Dövlətin gələcək tədbirləri nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Eyni zamanda verilmiş torpaq sahəsindən 19 il ərzində istifadə edilməmiş, torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburi olduğu halda 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur.

8. Bakı İnzibati Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli, 2-1(112 )-203/2021 nömrəli qərardadı ilə (hakim A.A.Abdullayeva) İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə v erilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2-1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır.

9. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-203/2021 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsində bir mərtəbəli, ümumi sahəsi 15 kv.m-dən ibarət bir otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 68 kv.m-dən ibarət təsərrüfat təyinatlı yardımçı tikililər - əl damı, ayaqyolu, iki ədəd üstü örtülü çardaq tikməsinə istinad etsə də, iş materiallarında olan sənədlərlə (fotoşəkillərlə) həmin hallar təsdiqlənmir. Fotoşəkillərdə yalnız, həmin ərazidə bitmiş müxtəlif bitki və ağaclar, primitiv üsulla taxta şitlərdən düzəldilmiş əl damının olması əks olunmuşdur. Əlavə olaraq, məhkəmə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2000-ci il tarixli sərəncamın 3.4-cü bəndində göstərilmişdir ki, obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın. Həmin sərəncamın 3.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsindən ayrılmış məqsəd üçün istifadə etsin, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirsin və dövlət reyestrində qeydiyyatdan keçirsin. Lakin, iddiaçı tərəfindən sərəncamın müvafiq bəndlərində göstə rilmiş tələblərə əməl edilməmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları ümumiyyətlə qeydiyyata alınmamış, sərəncamın müvafiq tələbinə (obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın) riayət edilməklə fərdi yaşayış evinin tikintisi belə həyata keçirilməmişdir. Beləliklə, iş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi maddi-hüquqi və formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsaslı olmuşdur.

11. İd diaçı həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1520/2022 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə - sədrlik edən və məruzəçi, A.P.Oruczadə və X.A.Cəmilova) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏL İLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti iddia tələbinin həcminin artırılması barədə ərizəyə uyğun tərtib olunub, əlavə olaraq qeyd edilib ki, apellyasiya məhkəməsi Torpaq Məcəlləsinin 88-ci maddəsini düzgün tətbiq etməmiş, belə ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında işə baxılarkən həmin ərazidəki torpaq sahəsinə mütəxəssislər vasitəsi ilə baxış keçirilməmiş, orada olan çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələrinin hüdudları müəyyən edilməmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin həmin ərazi ilə üst-üstə düşməsi cavabdeh tərəfindən sübuta yetirilməmiş, yaxud bu halın mövcudluğunu təsdiq edən müvafiq sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zama nda çoxmənzilli binaların tikintisi üçün torpaqların nə vaxt ayrılması, həmin məqsədlər üçün torpaqların iddiaçıya torpaqayırmadan əvvəl və ya sonra ayrılması, bu məqsədlə torpaq sahəsi ayrılarkən onların sərhədlərinin və hüdudlarının gözlənilib-gözlənilməməsi və sair hallar araşdırılmamışdır. Məhkəmə bu hal üzrə belə nəticəyə gələrkən yalnız müvafiq qanunvericiliyin normasının məzmununu şərh etməklə kifayətlənmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Torpaq Məcəlləsi: Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqav ilələr;... Maddə

66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir...

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövl ət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasla rı

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:... torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:... kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; 18. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYAN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənm ək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır.

27. Həmin sərəncamın 3.4-cü bəndində qeyd edilmişdir ki, obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın. 3.5-ci bəndində isə göstərilmişdir ki, torpaq sahəsindən ayrılmış məqsəd üçün istifadə etsin, torpaq sahəsi üzərində hüququnu torpaq şöbəsi tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirsin və dövlət reyestrində qeydiyyatdan keçirsin.

28. L akin, apellyasiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sərəncamın müvafiq bəndlərində göstərilmiş tələblərə əməl edilməmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları ümumiyyətlə qeydiyyata alınmamış, sərəncamın müvafiq tələbinə (obyektin tikintisinə torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd əldə edildikdən sonra başlanılsın) riayət edilməklə fərdi yaşayış evinin tikintisi belə həyata keçirilməmişdir.

29. Buda onu deməyə əsas verir ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının 3.4 və 3.5-ci bəndlərinin tələblərini yerinə yetirməməklə hazırkı qərarın 17-ci bəndində qeyd olunan normanın tələblərini pozmuşdur.

30. Bunun nəticəsində Binəqədi rayon İcra Hakimiyyətinin 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamı ilə hazırkı qərarın 18-ci bəndində qeyd olunan normalara uyğun olaraq mübahisəli sərəncam ləğv edilmişdir.

31. Beləliklə apellyasiya instansiyası məhkəməsi mübahisəli inzibati aktın xx.xx.2019-cu il tarixli sərəncamın qanuniliyi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 17-18-ci bəndlərində qeyd olunan maddi və 19-cu bəndində qeyd olunan prosessual hüquq normalarını d üzgün tətbiq etdiyindən iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1520/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1520/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar