Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1591/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra orqanının qanunsuz hərəkətlərindən şikayətin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinə qarşı “qanunsuz sökülmüş hasarın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 nömrəli iş üzrə 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə X1 və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. 2. 13 oktyabr 2016-cı il tarixli akta əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 nömrəli 20 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 23 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icrası təmin edilməmişdir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-337/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə X1 cavabdeh İddiaçı qarşı verilmiş iddiası qismən təmin edilmiş, həmin mərz nişanının üstünə düşən tikilinin sökülməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8117/2018 nömrəli iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 887/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı X1 (3-cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı “Bakı şəhəri Qaradağ Rayon M əhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi” barədə iddiası rədd edilmişdir.
5. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 noyabr 2022-ci l tarixli, 2(102)4604/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8117/2018 nömrəli iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 887/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsinin icrası zamanı iddiaçıya məxsus hasar sökülmüşdür.
7. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 887/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8117/2018 nömrəli iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə ləğv olunduğu üçün icraata xitam verilmişdir.
8. Bundan sonra iddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 760/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək X3 tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sök ülmüş tikilinin bərpa edilməsi qət edilmişdir.
10. Həmin qətnamə apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək iddia rədd edilmiş, həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, icra sənədində qeyd olunmamış icra hərəkətinin (hazırki halda mərzin üstündə olan hasarın sökülməsi” icra məmuru tərəfindən icradan kənar icra edilməsinə görə cavabdehin məsuliyyəti yarana bilməz. Yəni, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 887/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi üzrə mərzin üstündə olan hasarın sökülməsini tələb etməmiş, qanunsuz tikilmiş otağın həmin mənzilin üstünə düşən hissəsinin sökülməsinin tələb etmiş, otağın s öküntüsü isə icra olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin əməkdaşlarının icradan kənar qanunsuz olaraq sökdükləri ona məxsus olan ünvan 2 ünvanında yerləşən çəpərin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən onun istifadəsində olan çəpərin sökülməsi Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində baş vermişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı, 27 yanvar 20 23-cü il tarixli qərardadı ilə (hakim: N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Odur ki, belə iddia mümkün iddia sayıla bilməz.
15. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın icraata götürülməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2023 nömrəli iş üz rə 29 mart 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və R.Ə.Səmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4515/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Hal hazırki iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tut ulmuş iddia növlərinə aid olmadığından birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
18. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın icraata götürülməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Şikayətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.
20. Belə ki, iddiaçı bu iddia ərizəsi ilə əlaqədar əvvəlcə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 3538/2022 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. Məhkəmənin bu qərardadına görə iddia ərizəsinə inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğu üçün onun iddia ərizəsi qəbul edilməmişdir.
21. Eyni zamanda iddiaçı icra məmurlarının qanunsuz əməlləri barədə iddia ərizəsi formasında deyil, şikayət ərizəsi formasında da Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etmişdir. Lakin həmin şikayət ərizəsinin baxışı zamanı da ona məhkəməyə iddia ərizəsi formasında müraciət etməsi tövsiyə olunmuşdur. Yəni işin hallarından görünür ki, iddiaçı mülki icraat qaydasında Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət etsə də, iddia ərizələri icraata qəbul edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏT BİQ EDİLƏN HÜQUQ 23. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən: Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları;... Maddə
26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 24. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. İcra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Maddə
7. İcra xidmətinin icra məmuru icra ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: icraata dax il olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;... Maddə
9. Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi İcra məmurlarının onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: Maddə 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;...
26. Azərbaycan Respublik asının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Mə cəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarı: Bənd
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
31. İş materiallarından görünür ki, iddiaçının tələbinin əsasını cavabdehin qanunsuz hərəkətləri təşkil etmişdir. İddiaçı hesab edir ki, məhkəmə qətnaməsi icra edilərkən icra məmuru tərəfindən icradan kənar icra hərəkətləri həyata keçirilmişdir. Başqa sözlə hazırki işlə bağlı olan və qanunsuz tikilinin sökülməsi barədə təmin edil miş tələbə əsasən iddiaçının tələbi cavabdeh tərəfindən qanunsuz tikilmiş otağın mərzin üstündə olan hissəsinin sökülməsi olsa da, icra məmurları həmin tikilini deyil, mərzin üzərində olan hasarı sökmüşlər. Bununla da inzibati orqan “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərini pozmuş, icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməmiş, icra sənədində nəzərdə tutulmayan hərəkətlərə yol vermişlər.
32. Məhkəmə tərkibi hesab edir ki, hazırki iş subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə və hazırki qərarın 22-23-cü bəndlərində qeyd edilən maddi hüquq normalarının tələbinə görə inzibati hüquq münasibətlərinə aid olduğundan bu işə inzibati məhkəmədə baxılmalı dır.
33. Lakin apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli və iddianın mümkünlüyü digər əsaslarla yoxlanılmalıdır.
34. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
35. Qeyd edilməlidir ki, öhdəliyin icra sı və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsin ə dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib-etməməsidir.
36. Odur ki, apelyasiya instansiyası məhkəməsi verilmiş iddiaya mahiyyəti üzrə baxmazdan əvvəl iddianın mümkünlük şərtlərini yoxlamalıdır. Çünki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünl ük şərtlərinin araşdırılması çərçivəsində aparılan dəyərləndirmə, həm də verilmiş iddia növü üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğunun yoxlanılmasını tələb edir («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndi).
37. Əgər, qanunda verilmiş iddia növü üzrə iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etdiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ə rzində onun müraciəti cavablandırılmadığı halda məhkəməyə müraciət edilməsi müəyyən olunubsa və iddiaçı məhkəməyədək bu qaydaya riayət etməmişdirsə, iddia mümkün sayılmaya bilər. Çünki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
38. Beləliklə, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl eyni tələblə cavabdehə müraciə t etməsi araşdırılmalıdır.
39. Qeyd edilənlərə əsasən kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
40. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1714/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.