Məhkəmə qərarları › İş №2-1(102)-1591/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1591/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1591/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə pensiya, məcburi sosial sığorta haqlarının ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxna qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2024 nömrəli, 11 yanvar 2024-cü il tari xli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bileti, eləcə də ИТ-0616795 № li əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuş (2 il, 1 ay, 13 gün), xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək Konteyner Təmiri üzrə X9 təmiri üzrə sexin 2-ci dərəcəli yük bağlayanı və 2-ci dərəcəli rəngsaz (2 ay, 7 gün), xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexin 2-ci dərəcəli yük bağlayanı, qazan ustası – çilingər (4 il 5 ay), xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Konteyner təmiri üzrə sexdə 4-cü dərəcəli çilingər-təmirçi və 4-cü dər əcəli çilingər – qazançı (2 ay, 2 gün), xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək X16 zavodunda 3-cü dərəcəli toplayıcı – yükləyici (3 ay, 28 gün), xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək qarışıq yem sexində yükləyici (23 gün), xx.xx.1992-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Rəssamlar İttifaqı X3 sexində 1-ci dərəcəli qəlibçi işində işləmişdir (29 il, 6 ay, 25 gün).

3. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar olaraq cavabdehə müraciət etmiş, cavabdeh 10 mart 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından həmin dövrlərin sosi al sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat olmalı olduğu halda, cəmi 19844,01 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2006-ci ildən xx.xx.2021-ci ilədək AR Rəssamlar X4 işlədiyi dövrlərin əmək stajına daxil edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdən sifarişlərin olmaması səbəbi ilə Azərbaycan Rəssamlar X4n işdən azad olunmuşdur. Bu barədə əmək kitabçasında qeyd var və möhürlə təsdiq edilib. Cavabdehin imtinası qanunsuzdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2005-ci ildən sonra iddiaçının əmək haqqı almaması və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müəyyən edilir ki, bu hal iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövrlərinin sosial s ığorta stajına daxil edilməməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı ikinci şərt olan 25 il ümumi stajı toplamamışdır.

9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X10 (məruzəçi), X11 və X12) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8547/2023 saylı, 23 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılma sı üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu qeyd etmişdir. 14. xx.xx.1980-ci il tarixdən 27.061982-ci il tarixədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış, onun Azərbaycan Respublikası Rəssamlar X4 işlədiyi illərin xx.xx.2006-cı il tarixədək olan dövrü nəzərə alınmış, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr nəzərə alınmamış və məhkəmə də düzgün olmayaraq cavabdeh tərəfin əsassız etirazını əsas götürərək q anunun normalarına düzgün istinad etmədən iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Təqdim edilən sənədlərdən də görünür ki, iddiaçı qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuş, onun xx.xx.2022-ci il tarixdən pensiya almaq hüququnun yaranması cavabdeh tərəfdən formal olaraq qəbul edilməmiş, təqdim edilən sənədlərə qanuna müvafiq qiymət verilməmişdir. İşə baxan məhkəmə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, ətraflı araşdırma aparmamış və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəllər qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaoluna nların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (hal hazırda qüvvədə olan redaksiya) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatları n, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”

3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensi ya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təq dim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. M übahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) şəxsin 60 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

26. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. Tələb olunan yaşa malikdir. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.

27. Mübahisəli məsələ iddiaçının tələb edilən sığorta stajının olmaması ilə bağlıdır. İddiaçı qeyd edir ki, məhkəmələr onun sığorta stajının olmaması ilə bağlı nəticəyə gələrkən düzgün qərar qəbul etməmişlər.

28. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının ümumi iş stajı həqiqətən də 25 ildən azdır. Belə ki, iddiaçının xx.xx.2006-xx.xx.2021-ci i l tarixləri arasında dövr ərzində Azərbaycan Rəssamlar X4 işləməsi onun əmək kitabçasında və həmin müəssisənin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir. Cavabdeh də iddiaçının həmin qurumda işləməsini müahisələndirməmiş, iddiaçının sığorta stajını hesablayarkən həmin müəssisədə işlədiyi illərin xx.xx.2006-cı il tarixədək olan dövrünü nəzərə almış, lakin fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmadığından xx.xx.2006-cı il tarixdən sonrakı dövr cavabdeh tərəfindən nəzərə alınmamışdır.

29. İş materiallarında olan Azərbaycan Respublikası Rəssamlar X5 Kombinatının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı sexdə 1-ci dərəcəli qəlibçi işində işləyib. Sifarişlərin olduğu illə rdə sulfat turşusu və metal ərimə işlərini görüb. Onun sifarişdə gördüyü işinə uyğun olaraq əmək haqqı ödənilib. Gördüyü iş zərərli iş hesab olunur.

30. Bundan əlavə Azərbaycan Respublikası Rəssamlar X5 Kombinatının xx.xx.2023cü il tarixli məktubunda iddiaçının sexdə gördüyü işlərin zərərli olduğu nəzərə alınaraq "Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının metal emalı bölməsinin 11-ci bölmə, 11.1) bəndinə əsasən əl ilə qəlibləmədə qəlibçilərin peşəsinə uyğun gəldiyi qeyd edilmişdir.

31. Azərbaycan X7 Kombinatı tərəfindən təqdim edilmiş məktubla isə iddiaçının xx.xx.1992-ci il tarixli əmrlə Kom binatın Qavanika sexində 1-ci dərəcəli qəlibçi işində işlədiyi,2005-ci ildən sifarişlərin azaldılması ilə əlaqədar iş fəaliyyətinin dayandırıldığı və ona görə də, iddiaçının xx.xx.2021-ci il tarixdən siyahı heyətindən çıxarılıdığı qeyd edilir.

32. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (monitorinq) altsisteminin “Sığortaolunanların reyestri" bölməsində iddiaçıya dair sığortaolunan kimi heç bir uçot məlumatı aşkar edilməmişdir.

33. Bundan əlavə iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə Azərbaycan Rəssamlar İttifaqı X2 sorğu ünvanlayaraq, işin obyektiv araşdırılmas ı məqsədi ilə xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əmək haqqından çıxılan MDSS ödənişləri barədə, həmçinin 2006-2021-ci illər üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna verilən hesabatların (rüblük, illik) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda bildirmiş ki, İddiaçı Azərbaycan Rəssamlar İttifaqı X1 sifariş əsasında işləyib, 2006-2021-ci ildə sifariş olmadığına görə heç bir əmək haqqı almayıb.

34. Göründüyü kimi, 2005-ci ildən sonra iddiaçının əmək haqqı almaması və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi müvafiq cavab məktubu ilə müəyyən edilir ki, bu hal iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövrlərinin sosial sığorta stajına daxil edilməməsi üçün əsasdır. Beləliklə, iddiaçı nın 25 il ümumi stajı toplanılmamışdır.

35. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının pensiya kapitalı cəmi, 19844,01 manat təşkil edir.

36. İnzibati işə baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə qanunidir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-400/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar