Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1592/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosiaı Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 04.06.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair Ş əki Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-36/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda işləmiş və bu fakt Dövlət Arxivinin Şəki Filialının 28.09.2016-cı il tarixli, *** nömrəli arxiv arayışında qeyd edilmişdir. İddiaçı həmçinin 23.05.1991-ci il tarixdən 29.08.2002-ci il tarixədək Rusiya Federasiyasında “CT (Smeşennıe Tovarişestvo) MDS və K” müəssisəsində sürücü işləmiş və bu fakt TK-V seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir. O, işlədiyi illərin sosial sığorta stajına d axil edilməsi və hüququnun yarandığı 08.10.2016cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsini DSMF-in Şəki şəhər şöbəsindən xahiş etmiş, lakin sonuncu 31.03.2017-ci il tarixli, 80/3-*** nömrəli məktubla bildirmişdir ki, işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün ona əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1341/2018 saylı qərarı (hakim – K.H.Vəliyev) ilə iddia təmin edilərək, İddiaçı 1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda, 23.05.1991-ci il tarixdən 29.08.2002-ci il tarixədək Rusiya Federasiyasında “CT (Smeşennıe Tovarişestvo) MDS və K” müəssisəsində sürücü işlə diyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 08.10.2016-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-36/2019 saylı, 06 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər – R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda, 23.05.1991-ci il tarixdən 29.08.2002-ci il tarixədək Rusiya Federas iyasında “CT (Smeşennıe Tovarişestvo) MDS və K” müəssisəsində sürücü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 08 oktyabr 2016-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı 1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda işlədiyi dövr minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla və 23.05.1991-ci il tarixdən 29.08.2002-ci il tarixədək Rusiya Federasiyasında “CT (Smeşennıe Tovarişestvo) MDS və K” müəssisəsində sürücü işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 08 oktyabr 2016-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Hökümət ilə Rusiya Federasiyası Höküməti arasında Pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin 2-ci maddəsində deyilir ki, vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. B u müddəadan göründüyü kimi iddiaçıya pensiya Azərbaycan Respublikasının qanunlarına istinadla təyin edilməlidir. Lakin məhkəmə qərarında Qanuna deyil, Qaydalara istinad etmişdir. Vətəndaşın əmək kitabçasındakı qeydlərin doğru olduğunu yoxlamaq üçün Rusiya Federasiyasına sorğu göndərilməmişdir. Halbuki, əmək kitabçasında yazılanların doğru olduğu təsdiqlənməli, həmin dövrdə əmək fəaliyyəti göstərərək əmək haqqı alıb-almaması ciddi araşdırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Hökümət ilə Rusiya Federasiyası Höküməti arasında Pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş Rusiya Federasiyası tərəfindən ratifikasiya edilməmişdir. Buna görə də, Saziş hal-hazırda qüvvədə deyildir. Bu məsələ də məhkəmə tərəfindən ciddi araşdırılmamışdır. Tərəflərin iza hatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla ver ilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsinin qərarından müəyyən olunur ki, məhkəmə 08 oktyabr 2016-cı il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyarkən bu zaman cavabdehin üzərinə həm də İddiaçı 1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda işlədiyi dövrün minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Bu zaman məhkəmə 1992-ci ildə qəbul edilmiş və 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərba ycan Respublikasının Qanunun Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmişdir. Həmin normalara görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Sözügedən normaların mübahisəyə tətbiqi ilə bağlı olaraq kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, kolxoz üzvü ictima i təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdə olan Dövlət Arxivinin Şəki Filialının 28.09.2016-cı il tarixli, *** nömrəli arxiv arayışından göründüyü kimi İddiaçı Şəki rayonu Baş Küngüt kənd K.Marks adına kolxozda 1971-ci ildə 8, 1982-ci ildə 113, 1983-cü ildə 303, 1984-cu ildə 128, 1985-ci ildə 39 və 1988-ci ildə 10 adam günü işləmişdir. Apellyasiya məhkəməsi bu hissədə düzgün olaraq qeyd etmişdir ki, iddiaçının Şəki rayonu Baş Küngüt kənd K.Marks adına kolxozda işlədiyi illərin minimum əmək iştirakı normasına görə faktik müddəti nəzərə almayaraq iddia ərizəsinə uy ğun olaraq 1971, 19821985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsini tam olaraq təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Lakin apellyasiya məhkəməsi öz mövqeyində sonadək ardıcıl olmamışdır. Belə ki, əgər məhkəmə 08 oktyabr 2016-cı il tarixdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyursa, o zaman həmin tarixə qüvvədə olan qanunvericiliyin normalarına görə iddiaçının tələb olunan sığorta stajının mövcud olduğunu qəti müəyyən etməlidir. Başqa sözlə, yaşa görə əmək pensiyası hüququnun yaranması təkcə müvafiq yaşa çatma ilə deyil, həm də yaşın tamam olduğu vaxt qanunun tələb etdiyi sığorta stajının toplanılması ilə yaranır. Buna görə də, məhkəmə yaş şərti ilə yanaşı, tələb olunan sığorta stajının da toplanıldığına əmin olmadan iddiaçıya yaşa görə pensiya təyin etmək vəzifəsini cavabdehə həvalə etməkdə haqlı deyildir. Belə yanaşma ona görə ziddiyyətlidir ki, məhkəmə bir tərəfdən iddiaçıya yaşa görə konkret tarixdən pensiya təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyur. Digər tərəfdən isə onun kolxozda işlədiyi dövrün minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə edir. Nəzərə almaq lazımdır ki, cavabdehin bu qaydada hesablaması zamanı tələb olunan sığorta stajının toplanılmaması halının yaranması istisna deyildir. Belə bir vəziyyətdə isə faktiki olaraq tələb olunan sığorta stajı toplanılmadığı halda, qanunsuz olaraq pensiya təyin edilməsi barədə qərar verilmiş ola bilər. Bu mənada, İddiaçı 1971, 1982-1985, 1988-ci illərdə Şəki rayon K.Marks adına kolxozda işlədiyi dövrün minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edilməsi məsələsini məhkəmə özü həll etməli və bunun nəticəsində iddiaçının tələb olunan sığorta stajının yaranıb-yaranmadığına qiymət verməlidir. Bunun üçün kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunun nə qədər olduğu müəyyən edilməli və iddiaçının faktiki işlədiyi müddət nəzərə alınmaqla onun kolxozdakı fəaliyyətindən ümumi sosial sığorta stajına daxil edilməli olan dövr aydınlaşdırılmalıdır. Hazırkı halda isə məhkəmə bu qaydada davranmamış, iddiaçının kolxozda işlədiyi dövrün minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla o nun sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Apellyasiya məhkəməsi həmçinin iddiaçının 23.05.1991-ci il tarixdən 29.08.2002-ci il tarixədək Rusiya Federasiyasında “CT (Smeşennıe Tovarişestvo) MDS və K” müəssisəsində sürücü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuş və bu zaman Azərbaycan Respublikasının 03 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökümət ilə Rusiya Federasiyası Höküməti arasında Pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişə əsaslanmaqla qeyd etmişdir ki, Sazişlə Rusiya Federasiyasında işləyən Azərbaycan Respublikası vətəndaşlarına orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınmasına təmin atı verilmişdir. Bununla bağlı olaraq isə cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, sözügedən Saziş Rusiya Federasiyası tərəfindən ratifikasiya edilməmişdir və buna görə də, hal-hazırda qüvvədə deyildir. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə həm də Sazişin qüvvədə olub-olmadığı məsələsini aydınlaşdırmalı və müvafiq olaraq mübahisəyə tətbiq edilməsinin mümkünlüyünü qiymətləndirməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-36/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qərarı ləğv edil
Məhkəmə qərarları › İş №2-1(102)-1592/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1592/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver