Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1592/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1592/2022) (Açar sözlər: iddianın mümkünlüyü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN xxxxxxx ) Cavabdeh1nə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB və Bakı şəhəri Nərimanov RİH) qarşı mənzillə təmin edilmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)1566/2021 nömrə li qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il 17 avqust tarixli 379 nömrəli sərəncamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin” ünvan 1 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin 2015-ci il 08 dekabr tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı- şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır.
2. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 f evral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar.
3. Komissiya tərəfindən X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış komissiyanın qərəzli qərarları əsasında iddiaçının mənzil növbəlik hüququnun, eləcə də mənzil almaq hüququnun kobud surətdə pozulduğuna görə kompensasiya şəklində ona cavabdeh tərəfindən əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibin ə və mənzil növbəliyinə uyğun mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,iddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin İ dərəcəli gözdən əlil üzvüdür. Uzun illərdir xx.xx.1988-ci il tarixdən beş nəfər ailə tərkibi ilə birlikdə iş yeri üzrə mənzil növbəsinə götürülmüşdür və mənzil növbəlik siyahısı üzrə yeddinci adam idi. 1969-cu ildə ona Az GƏC tərəfindən Xruşov layihəli 2 otaqlı mənzil verilmişdir. Ailəsinin böyüməsi səbəbi ilə o, evi məcburiyyət qarşısında qalaraq satmışdır və 2009-cu ildə övladlarını evlə təmin etdikdən sonra məcburiyyət qarşısında qalaraq özünə daxma (vaqon tipli) almalı olub. Həmin vaqonda artıq yenə ailəsi böyümüş və halhazırda iki ailə ol maqla oğlu və öz ailəsi yaşamağa məhkumdur. Uzun illərdir Az GƏC-də mənzil növbəsində olduğu üçün ona hər zaman söz verilirdi ki, Cəmiyyətin təşəbbüsü ilə Cəmiyyətin ərazisində, hətta Cəmiyyətə məxsus yataqxananın ərazisində (Bakı şəhəri,Nərimanov rayonu, F.Yusifov (40) 196 ünvanında) tikilən 132 mənzilli yaşayış binasında ona növbəsinə müvafiq ailə tərkibinə əsasən mənzil veriləcək. Bu halda o mənzil tikilib istismara hazırlandığı vaxt Cəmiyyət rəhbərliyinə müraciət etmişdir. Ona bildirilib ki, yaşayış binası Az GƏC-in təşəbbüsü ilə Cəmiyyətə məxsus ərazidə tikilsə də, ƏƏSM tərəfindən tikildiyi üçün nədənsə tikinti başa çatdırıldığına görə ƏƏSMN tərəfindən geniş tərkibli mənzil komissiyası yaradılacaq. Komissiya yaradıldıqda bütün gözdən əlillərin mənzil növbəliyi həmin komissiyada müzaki rə ediləcək. Bu zaman o, komissiyanın yaradılmasını gözlədi. Komissiya yaradıldı və komissiyaya müraciət etməli oldu. Ona şifahi surətdə bildirildi ki, onun növbəlik sənədləri müzakirə edilir. O da mənzil növbəlik sənədlərində heç bir yalnışlıq olmadığına görə və bu günə qədər ona Nərimanov RİH-dən heç bir irad bildirilmədiyindən mənzil növbəliyi əsasında mənzil alacağına əmin idi. Lakin komissiyada məsələsi müzakirə edildikdən sonra cəmiyyət rəhbərliyi tərəfindən ona bildirildi ki, oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsi, bağ 728 ünvanlı, 2 otaqlı və yaşayış sahəsi 36 kv.m olan bağ evinin olması səbəbi ilə ona mənzil verilməyəcək. O, bu səbəblə aidiyyəti qurumlara müraciət etmişdir, lakin heç bir nəticəsi olmamışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016-cı il 31 oktyabr tarixli qərarı ilə (hakim– M.Bayramov) iddia tələbi təmin edilmiş, 2003-cü il 08 iyul tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh2ndə mənzil növbəsinə götürülmüş X3 əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsi Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)- 448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardadı ilə (sədrlik edən – M.Tağızadə, hakimlər – S.Hüseynov və K.Abiyeva) 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016-cı il 31 oktyabr tarixli qərarı ləğv edilmiş, iddia çının cavabdehə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nə və Bakı şəhəri Nərimanov RİH) qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarı ilə (sədrlik edən – A.Dadaşov, hakimlər – K.Bədəlov və S.Hüseynova ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. İşdə olan “Ölüm haqqında şəhadətn amə”yə görə, iddiaçı X4 2019-cu il 27 iyul tarixdə vəfat etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)517/2020 nömrəli, 2020-ci il 05 oktyabr tarixli qərardadı ilə (sədrlik edən – E.Nağıyeva, hakimlər – V.Baxışova və V.Məmmədov) inzibati iş üzrə icraat X1 hüquq varisinə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilənədək dayandırılmışdır.
13. İddiaçının vərəsəsi İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-584/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (sədrlik edən – İ.Hüseynov, hakimlər – N.Rə sulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 oktyabr tarixli, 2-1(103)517/2020 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X4 onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentaybr 2021-ci il tarixli, 2-1(103)-1566/2021 nömrəli qərardadı ilə (sədrlik edən – A.B.Nuriyeva, hakimlər – S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş,1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2-1(81)-3703/2016 saylı qərarı ləğv edilmi ş, iddiaçı X1 Cavabdeh1nə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB və Bakı şəhəri Nərimanov RİH) qarşı mənzillə təmin edilmə barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, işdən göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, yenidən uçota alınmasına (bərpa edilməsinə) dair inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı inzibati orqana qarşı inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia qaldırmalı idi.Lakin bunu etməmiş və birbaşa belə hərəkətin keçirilməsi məqsədilə öhdəliyin icrası haqqında iddia qaldırmış, belə bir iddia isə mümkün sayıla bilməz.
18. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1566/2021 nömrəli qərardadını ləğv edib, işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia tələbinin məzmununa uyğun verilmişdir, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarını tətbiq etmədiyi üçün məsələlərə düzgün qiymət verə bilməmiş və düzgün qənaətə gəlməmişdir. Əvvəla, iş materiallarında belə b i r əmr yoxdur, o lsa da təqdim olunmamışdır İkincisi,belə bir qərar da yoxdur, ən azından oda təqdim edilməmişdir.Üçüncüsü,həmin qərarın təqdim olunması ilə bağlı, iddiaçının mərhum əri sağlığında ərizə ilə cavabdehə müraciət etsədə, ərizəsi təmin edilməmişdir. Bundan başqa yaradılmış həmin komissiyanın qərar qəbul etmək və uçotdan çıxarmaq səlahiyyəti olmamışdır. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-41-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanununun 65.1.2-ci maddəsinə, Azərbaycan Respublikasının 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin normalarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı.
22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəq iqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 48.1. Sədrlik edə n hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olundu ğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qə tidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
26. İddia tələbinin mümkünlüyü ilə bağlı apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin məzmunca qeyri-müəyyənliyi onun mümkünlük şərtinə cavab vermir.
27. Apelyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçı tələbində hər-hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirsə də, tələbdə mənzilin harada, nə vaxt inşa olunması, hazırki vaxtda belə mənzillərin mövcud olub-olmaması aydın deyildir. İddiaçının tələbi-mənzillə təmin edilmə öhdəliyi barədədir-öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-nin 34-cü maddənin tələblərinə görə öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkinməsi tələb olunur. Öhdəliyin icrası haqqında iddia ilə edilməsi tələb olunan hərəkət inzibati aktın qəbul olunmasına yönələn hərəkət ola bilməz. Hazırki iş üzrə iddia nın predmeti – iddiaçı tərəfindən tələb olunan müəyyən hərəkətin edilməsi ilə mənzilin təmin edilməsi öhdəliyi ilə bağlıdır. İddiaçının məqsədi inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsinə nail olmaqdır. Lakin iş materialları ilə müəyyən edilir ki, faktiki xarakterli hərəkətin edilməsi üçün inzibati aktın qəbul edilməsinə ehtiyac var.
28. Məhkəmə kollegiyası vurğulayır ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyi təqdirdə, məhkəmə bununla bağlı İPM-in 13-cü maddəsində nəzərdə tutulan yardım etmə vəzifəsini həyata keçirir, daha sonra iddianın mümkün sayılmaması barədə qərar qəbul edir.
29. Apelyasiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbinə uyğun hərəkət etməmişdir.
30. İşin hallarından görünür ki, X4 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfind ən verilmiş 00177 saylı xx.xx.2005-ci il tarixlə vəsiqəyə əsasən 1-ci qrup əlil kimi Cavabdeh3 üzvüdür.
31. Bakı şəhəri Cavabdeh2 başçısının 393 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin xx.xx.2003-cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X1 adına keçirilmiş və (A.Ə.Hüseynovun 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) xx.xx.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir.
32. İddia ərizəsinin və cavabdehin apellyasiya şikayətinin məzmunundan məlum olur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il 17 avqust tarixli 379 nömrəli sərəncamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyy ətinin” ünvan 1 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il 08 dekabr tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı- şəhərinin rayon icr a hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır.
33. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar.
34. Apelyasiya məhkəməsi qeyd edir ki, Komissiya tərəfindən X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarı laraq mənzillə təmin edilməmişdir.
35. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/734 nömrəli əmrini düzgün təfsir etməmişdir.
36. İşin 1-cild 93-cü səhifəsində olan cavabdehin 9 fevral 2016-cı il tarixli əmrində X1 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olması, bu səbəbdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməməsi barədə hər hansı müddəa əksini tapmamışdır.
37. Apelyasiya instansiyası məhkəməsi A.Hüseynovun mənzil növbəsindən çıxarılıb-çıxarılmamasını, mənzil növbəsindən çıxarılma baş vermişsə, bunun qanuni əsasla, səlahiyyətli orqan tərəfindən Mənzil Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblər inə uyğun həyata keçirilməsini, həmçinin mənzil növbəsindən çıxarılmadığı halda mənzillə təmin edilməməsinin səbəbini müəyyən etməmişdir.
38. Apelyasiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, yenidən uçota alınmasına (bərpa edilməsinə) dair inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı inzibati orqana qarşı inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia qaldırmalı idi. Lakin bunu etməmiş və birbaşa belə hərə kətin keçirilməsi məqsədilə öhdəliyin icrası haqqında iddia qaldırmış, belə bir iddia isə mümkün sayıla bilməz.
39. İPM-in 69.4-cü maddəsinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
40. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, apelyasiya məhkəməsi iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılma barədə qərarın mövcud olması, belə qərarın səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliyin tələbinə cavab verməklə qəbul edilməsi barədə araşdırma aparmamışdır.
41. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2-1(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli və 2-1(1 02)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarlarındakı göstərişlərinə əməl etməmişdir. X2 Məcəllənin 96.11-ci maddəsində görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
42. İddiaçı Mənzil Məcəlləsinin 55-ci maddəsinin əsasları olmadığı üçün uçotdan çıxarılmanın qeyri-qanuni olduğunu və ümumiyyətlə uçotdan çıxarılmanın yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğunu bildirsə də, apellyasiya instansiyası bu dəlillərə hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarına uyğun iddiaçının tələbinə münasibət bildirməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinin iddiaçı ilə bağlılığını araşdırmamışdır.
43. İPM-in 12, 13 və 58-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən hüquq normaların tələblərinin təmin olunması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)1566/2021 saylı, 17 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.