Məhkəmə qərarları › İş №2-1(102)-1592/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1592/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1592/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2002-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fev ral 2023-cü il tarixli, 2-1(104)-54/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Kəlbəcər rayonun Bağırlı kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Göygöl rayonunun Murovdağ qəsəbəsində yaşayır.

2. İddiaçının atası Nümayəndə 1993-cü ilin aprel ayında Kəlbəcər rayonun işğal olunması nəticəsində məcburi köçkün düşmüş və ona 16 may 2012-ci il tarixli qərara əsasən məcburi köçkün statusu verilərək AA seriyalı 264256 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.

3. Kəlbəcər Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli, 2(040)-592/2020 nömrəli qətnaməsi ilə Nümayəndə ilə X6 arasında 24 dekabr 2004-cü il tarixdə Kəlbəcər Rayon VVADQ şöbəsində 218 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmuş və nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından xx xxxxxx 2002-ci ildə doğulmuş İddiaçı (iddiaçı) və 30 avqust 2005-ci il tarixdə doğulmuş X3 ataları Nümayəndə yanında saxlanılması qət edilmişdir.

4. Hazırda iddiaçı, atası və qardaşı hər biri 60 manat olmaqla, birlikdə 180 manat vahid aylıq yemək xərci alırlar.

5. İddiaçı 20 dekabr 2020-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək, məcburi köçkün statusunun verilməsini xahiş etmişdir.

6. Cavabdeh 14 aprel 2021-ci il tarixli 02/393 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “m əcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası X6 işğal rayonunda qeydiyyatda olmadığından, qeyd olunan Qaydaların tələblərinə əsasən ona məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, atası Yolçuyev X7 rayonu işğal olunan zaman məcburi köçkün düşmüş və hal-hazırda məcburi köçkün status olan şəxs kimi Gəncə şəhəri, Azərbaycan Dövlət Aqrar Universiteti TTİ-nin binasında məskunlaşmışdır. Atası ilə məcburi köçkün olmayan anasının nikahı xx.xx.2020-ci il tarixdə pozulmuş və o, atasının himayəsində qalmışdır. O, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavab olaraq bildirilmişdir ki, anası hazırda işğal edilən ərazidə qeydiyyatda olmadığından ona məcburi köçkün statusunun verilməsi mümkün deyildir. Hazırda o, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes Menecment fakültəsində 2-ci kursda təhsil alır və tək valideynli olduğu və atasının heç yerdə işləməməsi səbəbindən təhsil haqqını ödəyə bilmir. Faktiki olaraq məcburi köçkündür və məcburi köçkün üçün nəzərdə tutulan müavinəti alır. Məcburi köçkün vəsiqəsi olduğu təqdirdə təhsil haqqından azad olmaqla Universitetdən xaric edilməyəcəkdir. Qeyd edilənlərə əsasən hesab edir ki, onun müvafiq vəsiqə ilə təmin olunması üçün anasının Kəlbəcər rayonuna qeydiyyata düşməsini tələb etmək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə ziddir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının sənədləri araşdırılan zaman atası Nümayəndə ilə X2 xx.xx.2004-cü il tarixdə nikaha daxil olması, lakin Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahın pozulması müəyyən edilmişdir. Nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəy ə malik olaraq ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X6 isə Gürcüstan Respublikasının vətəndaşıdır. İddiaçının anası işğal rayonunda qeydiyyatda olmadığı üçün məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından iddiaçıya məcburi köçkün vəsiqəsi verilməsindən imtina edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim U.H.Osmanov) 25 yanvar 2022-ci il tarixli, 2-1(114)-269/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə, həqiqətən, şəxsin Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin ver ilməsinə dair Qaydaların 4.1.6cı maddəsində nəzərdə tutulmuş, hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması şərti mövcud deyildir. Məhkəmənin qənaətinə görə konkret bu halda, yəni şəxsin himayəsində qaldığı atası artıq məcburi köçkün statusuna malik olduğu halda, onun digər valideyni olan anasının isə özündən asılı olmayan səbəbdən digər ölkənin vətəndaşı olması ona (iddiaçıya) məcburi köçkün statusu verilməsinə əngəl törətməməlidir. Ona görə ki, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş hüquqi aktların tələbləri tətbiq edilməlidir. Bunu nəzərə alaraq iddiaçı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair” Təlimatın (dövlət qeydiyyatına 2002-ci ildə 27440 nömrə ilə alınmışdır) “İV. Yemək x ərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir” adlı bölməsinin 4.6-cı bəndinə əsasən, məcburi köçkün statusu olan, valideynlərinin keçmiş nikahından doğularaq onların himayəsində olan uşaq kimi müvafiq yemək xərcini almaqla, artıq məcburi köçkün kimi qeydiyyata alınmış və onun faktiki olaraq məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Cavabdehin istinad etdiyi Qaydaların (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrəsi ilə alınmışdır) 4.1.6-cı maddəsi isə sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Bu, həm də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə, n ormativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdır).

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 5 may 2022-ci il tarixli, 2-1(104)-242/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(114)269/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh k assasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, İ.Ə.Şəfiyev və Ə.A.Əhmədov) 23 avqust 2022-cü il tarixli, 2-1(102)-1498/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(104)-242/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

17. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, Ağdaban kənd İƏÜ nümayəndəlik 12 aprel 2022-ci il tarixli arayışında iddiaçının anası S.Məmmədovanın 2020-ci ilə qədər nümayəndəliyin qeydiyyatında olduğunu bildirmiş, Kəlbəcər Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qətnaməsində S.Məmmədovanın Gürcüstan Respublikasının vətəndaşı olması qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı araşdırma aparmamış, iddiaçının anasının Gürcüstan, yoxsa Azərbaycan Respublikasının vətəndaşı olmasını, həmçinin 12 aprel 2020-ci il tarixli arayışda qeyd edildiyi kimi qeydiyyatının işğal olunmuş rayon olmasını, Qaydaların tələb etdiyi kimi, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal edilmiş rayon olmasını müəyyən etməmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Ağdaban kənd ƏDÜ nümayəndəliyi 15 iyun 2021-ci il tarixli arayışında iddiaçının məcburi köçk ün olması, 60 manat aylıq yemək xərci (müavinət) almasını bildirmiş, məhkəmə nümayəndəlikdən bu məlumatların hansı ilkin sənədlər əsasında verilməsini, cavabdehin isə həmin arayışla bağlı münasibətini öyrənməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ə.G.Abdullayev /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) 27 fevral 2023-cü il tarixli, 2-1(104)-54/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2-1(114)-269/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsa da, apellyasiy a icraatı zamanı əldə edilmiş sənədlərə əsasən anasının “məcburi köçkün” statusu yoxdur və bu statusu əldə etməmişdir. Bundan başqa, iddiaçının atası “məcburi köçkün” statusuna malik olaraq qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olsa da, anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olması təsdiq olunmur. Apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna Kəlbəcər rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 313-85/2-283/2023 nömrəli cavab məktubundan da göründüyü kimi, Gürcüstan Respublikasının Dumanisi rayonunda anadan olmuş X2 Kəlbəcər rayonunda qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə Kəlbəcər RPŞ-nin Qeydiyyat və X4 heç bir məlumat yoxdur, yəni X6 rəsmi olaraq daimi yaşayış yeri üzrə işğal olunmuş Kəlbəcər rayonunda qeydi yyata alınmamışdır. Bundan başqa, işdə olan sənədlərlə müəyyən edilir ki, X1 Respublikasında doğulmaqla həmin dövlətin vətəndaşlığında olmuş, Azərbaycan Respublikasını vətəndaşlığını və Azərbaycan Respublikasının vətəndaşının vəsiqəsini əldə etməsi üçün səlahiyyətli orqana müraciət etməmişdir. Göründüyü kimi, iddiaçıya “məcburi köçkün” statusu verilməsi üçün qanunda göstərilən əsaslar olmamışdır. Səlahiyyətli orqan tərəfindən iddiaçıya “məcburi köçkün” statusu verilməsindən imtina yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya ş ikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin halları ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Qanunvericilik normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağ lı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

22. İddiaçı xx xxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Qaydalara “hər iki valideynin qeydiyyatının daimi yaşayış ye ri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı edilmiş dəyişiklik xx.xx.2013-cü il tarixdən qanuni qüvvəyə minmişdir. Bu dəyişikliyə qədər Qaydalarda belə bir tələb nəzərdə tutulmadığından Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən Qaydaların 4.1.6-cı bəndinin müddəaları hüquqi vəziyyəti ağırlaşdıran norma kimi dəyişikliyə qədər məcburi köçkün statusu əldə etmiş valideynlərin uşaqlarına münasibətdə tətbiq edilməməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifad ə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.... Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.

25. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dö vlət Komitəsi haqqında Əsasnamə”:... Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;... 26. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;...

27. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxt ında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

31. Eyni zamanda, sübutların qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti də İnzibati Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddia tələbinin təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömr əli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

33. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilməklə, anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

34. Məlum olduğu kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir.

35. Cavabdeh orqanın imtinanın əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürül müş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verildiyi şəxslər olaraq müəyyən edilmişdir.

36. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun.

37. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 16 may 2012-ci il tarixdə verilmiş AA seriyalı 264256 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçının atası Nümayəndə 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkündür və iddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır.

38. Cavabdehin hazırkı kassasiya şikayətinin əsas dəlili iddiaçıya münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni cavabdeh bildirir ki, iddiaçının atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anası işğal olunmuş rayonda qeydiyyatda deyil.

39. Məhkəmə kollegiyası yu xarıda göstərilənlərlə bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Ona görə də, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2023-cü il tarixli, 2-1(104)-54/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar