Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1592/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 2-1(103)-949/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də biznesin idarə olunması üzrə əyani təhsil alması barədə həmin universitet tərəfindən xx.xx.2015-ci il tarixli, 13 nömrəli qərarla STU 000183 nömrəli ali təhsil haqqında diplom verilmişdir.
2. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamən in verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, o, xarici təhsil aldığı müddətdə təhsilin normativ müddətləri üzrə minimum tələbləri ödəyəcək qədər xarici təhsil aldığı ölkədə olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 № li bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini hazırki qərarın 1-2-ci bəndində sadalanan işin halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin qərarı xx.xx.2018-ci ildə təsdiq olunmuşdur. Bu səbəbdən, həmin qərar ona tətbiq edilə bilməz.
5. Cavabdeh iddia tələbinə yazılı etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 20 oktyabr 2023-cü il tarixli, 21(112)-12966/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilmiş, iddiaçıya Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, STU 000183 nömrəli bakalavr diplomu üzrə i xtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarının araşdırılması prinsipinə uyğun olaraq iddiaçının sərhədkeçmə məlumatları yoxlanılmış və müəyyən edilmişdir ki, o, xx.xx.2011-ci il tarixdə 1 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 4 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 2 gün, xx.xx.2011-ci il tarixdə 1 ay 5 gün, 2011-ci il tarixdə ümumilikdə 1 ay 18 gün (xx.xx.2011-ci il tarixdən); 8.01.2012-ci il tarixdə 28 gün, xx.xx.2012-ci il tarixdə 11 gün, xx.xx.2012-ci il tarixdə 13 gün, xx.xx.2012-ci il tarixdə 16 gün, xx.xx.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 3 gün, 8.0 7.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, 2012-ci ildə ümumilikdə 2 ay 24 gün; xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixlərdə 1 gün olmaqla, ümumilikdə 18 gün; xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2017, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014. xx.xx.2014, xx.xx.2014-cü il tari xlərdə 1 gün olmaqla, ümumilikdə 25 gün; 5.01.2015, 8.01.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə 1 gün, 8.07.2015-ci il tarixdə 3 gün olmaqla, ümumilikdə 1 ay 2 gün müddətində Gürcüstan Respublikasında olmuşdur. 7.2 Cavabdeh inzibati orqan iddiaçının həmin ölkəyə göstərilən müddət ərzində təhsil üçün deyil, başqa məqsədlə keçdiyini bildirirsə, başqa sözlə, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, o zaman belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçının təhsil aldığı ölkədə kifayət qədər olmamasına istinad etsə də, bu halı sübut edə bilməmişdir. Belə olan halda, cavabdehin iddiaçının diplomunun tanınmasından imtina üçün istinad etdiyi dəlili əsaslı sayıla bilməz.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 22 fevral 2024-cü il tarixli, 21(103)-949/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, işin birinci instansiya icraatı zamanı təqdim edilmiş iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazası məlumatlarına əsasən, 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də biznesin idarə olunması üzrə əyani təhsil alsa da, qeyd edilən məlumatlardan göründüyü kimi, onun göstərilən dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsilalma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş 40 həftəlik müddətdən az təşkil etmişdir. Eyni zamanda, işin hazırkı apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən iddiaçının sərhədkeçmə məluma tları təqdim edilmişdir. Həmin məlumatlara əsasən də, iddiaçının təhsil aldığı dövr ərzində Gürcüstan Respublikasında qısa müddətdə olması (bəzi hallarda bir neçə saat) öz əksini tapmışdır. Göstərilən müddətdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyri-mümkündür.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, inzibati orqan ona imtina cavabı verərkən Gürcüstanda olma müddətini dəfələrlə azaltmışdır. Belə ki, iddiaya etirazdan görünür ki, guya o, 2011/2012-ci tədris ili üzrə - 8 gün, 2012/2013-cü il tədris ili üzrə - 6 gün, 2013/2014-cü tədris ili üzrə - 5 gün, 2014-2015-ci tədris ili üzrə - 22 gün xaricdə olmuşdur. Halbuki, Dövlət Sərhəd Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş cavab məktubundan görünür ki, o, 2011-ci ildə Gürcüstanda ümumilikdə 1 ay 18 gündən də çox olmuşdur. Çünki o, əvvəllər atası ilə Gürcüstana gedib gəlmiş, sonra isə müstəqil olaraq şəxsən özü Gürcüstana getmişdir. Məhz ona görə də DSX tərəfindən sərhəd məlumatları veriləndə iki ayrı-ayrı cədvəl verilmişdir. Bir cədvəldə onun özünün sərhəd keçməsi, digər cədvəldə isə atası ilə birlikdə sərhədi keçməsi barədə məlumat var. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat əvvəldən düzgün aparılmamışdır. 2011-ci ildə 1 ay 18 gündən çox müddətdə Gü rcüstanda olduğu halda necə olur ki, cavabdeh 2011-2012-ci il üçün xaricdə olma müddətini 8 gün qeyd edir. Digər tarixlərdə də onun xaricdə olma müddəti azaldılmışdır. İnzibati icraat cavabdeh tərəfindən tam, obyektiv və hərtərəfli aparılmamışdır. O, təhsil aldığı müddətdə dəfələrlə təhsil aldığı xarici ölkəyə gedib- gəlmişdir, həmin ölkədə olmadığı dövrün səbəbləri ondan ibarət olmuşdur ki, Gürcüstanda ali təhsil baloniya sisteminə uyğun olaraq verilir. Gürcüstandakı baloniya sistemi tələbəyə çox müstəqillik verir - tələbə (Avropadakı kimi) dərsdə iştirak edə və ya etməyə bilər. Axırda imtahan məsuliyyəti var. Belə ki, Suxişvili Tədris Universiteti (hazırda Avroregional Tədris Universiteti MMC) tərəfindən 25 sentyabr 2023-cü il tarixdə verilmiş məktubdan da görünür ki, o, həmin Universite tdə Sosial Elmlər fakültəsinin biznesin idarə edilməsi təhsil proqramı üzrə təhsil alıb, təhsili 2015-ci ildə bitirib. Təhsil prosesi baloniya sisteminə uyğun olaraq aparıldığına görə, tələbənin dərslərə gəlməməyi qiymət almağa təsir göstərmir. Əsas məsələ aralıq və buraxılış imtahanların verilməsidir. İş materialların görünür ki, hər il Gürcüstan Respublikasına gələrək dərslərdə iştirak edib, halbukı, Gürcüstan təhsil sisteminə görə dərslərdə iştirak etməmək də olardı. Buna baxmayaraq, o, hər il dərslərdə iştirak edib, bu proses distant (onlayn) tədris rejimi demək deyildir. Onun tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. 2015-ci il 10 iyul tarixli, STU 000183 nömrəli apostil olunmuş diplomdan, işdə olan materiallardan görünür ki, o, həmin universitetdə təhsil aldığı ixtisas üzrə təhsil proqramlarını lazımi qaydada yerinə yetirmiş, bütün imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni, onun tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Ona görə də ona 10 iyul 2015-ci il tarixli bakalavr diplomu verilmişdir. Onun tələb olunandan daha qısa müddət ərzində Gürcüstanda olmasına əlahiddə olaraq deyil, şəxsin tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artı rması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu, eləcə də, Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən ona verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyinin Gürcüstan Respublikası tərəfindən tanınması da nəzərə alınmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli, 34 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. Tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiy a üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır.... Bənd
3. Tanınmaya dair müraciətə baxılması... 3.10. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” Bənd
8. Ali təhsil proqramları... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat v ə magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” Bənd 3.2. Tədrisin təşkili... 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iş tirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə d ə, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırması zamanı sorğuya cavab olaraq Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazası məlumatlarına əsasən, o, xx.xx.2011-ci il tarixdə 1 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 4 gün, xx.xx.2011-ci il tarixdə 3 gün, xx.xx.2011-ci il tarixdə 2 gün, xx.xx.2011-ci il tarixdə 1 ay 5 gün, 2011-ci il tarixdə ümumilikdə 1 ay 18 gün (xx.xx.2011-ci il tarixdən); 8.01.2012-ci il tarixdə 28 gün, xx.xx.2012-ci il tarixdə 11 gün, xx.xx.2012-ci il tarixdə 13 gün, xx.xx.2012-ci il tarixdə 16 gün, xx.xx.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 3 gün, 8.07.2012-ci il tarixdə 4 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, xx.xx.2012-ci il tarixdə 1 gün, 2012 -ci ildə ümumilikdə 2 ay 24 gün; xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013-cü il tarixlərdə 1 gün olmaqla, ümumilikdə 18 gün; xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2017, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014. xx.xx.2014, xx.xx.2014-cü il tarixlərdə 1 gün olmaqla, ümumilikdə 25 gün; 5.01.2015, 8.01.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015-ci il tarixlərdə 1 gün, 8.07.2015-ci il tarixdə 3 gün olmaqla, ümumilikdə 1 ay 2 gün müddətində Gürcüstan Respublikasında olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan məlumatlar birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmişdir.
27. Qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçı 2011-2015-ci illərdə Gürcüstan Respublikasının Suxişvili Tədris Universiteti MMC-də Biznesin idarə olunması üzrə əyani təhsil alsa da, həmin dövr üzrə Gürcüstan Respublikasında olduğu müddət əyani təhsil alma forması üzrə tədris ili üçün qanunla müəyyən edilmiş müddətdən az təşkil etmişdir. Göstərilən müddətlərdə iddiaçının təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsi qeyrimümkündür.
28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 21(103)-949/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.