Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1593/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı (üçüncü şəxs Yasamal rayon İcra Hakimiyyəti) “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-1566/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə müraciət edərək yerləşən atası X10 qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə qaytarılması; qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikili ilə onun solunda yerləşən qəbirüstü tikili və sağında yerləşən qəbirüstü tikili arasında məsafənin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalan”nın 21.1.-ci bəndinin müddəalarına uyğunlaşdırılması vəzifəsinin (öhdəliyin) Yasamal Rayon Bələdiyyəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti M ənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığı xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yerdə xx.xx.2020-ci il tarixdə Yasamal bələdiyyəsi tərəfindən dəfn aparılmışdır.
3. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən məsələlər Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 2018-cı il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən yerli ozünüidarəeımə orqanları tərəfindən tənzimlənir. Belə ki, qaldırdığı məsələ Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir.
4. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda yerləşən hasara alınmış ərazidə Yasamal Bələdiyyəsinin əməkdaşları və vətəndaş İddiaçı tərəfindən baxış keçirilən zamanı məlum oldu ki, İddiaçı qeyd etdikləri öz təsdiqini tapmamışdır.
5. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən təkrarən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda atası X18 məxsus qəbir daşının sökülərək yerinin dəyişdirilməsi və dəfn qaydalarının pozulması faktı Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, orda heç bir qəbir yeri sökülüb yerindən tərpənməmişdir. Əvvəldən orda dəfn olunmuş qəbir yerləri olduğu kimi qalır. Əraziyə baxış keçirilməsi zamanı o dəvət olunub və birlikdə orada heç bir qanunsuz fakt aşkar edilməmişdir. Odur ki, araşdırmadan narazılıq varsa, məhkəmətibb ekspertizasına müraciət etmək tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 14 iyul 2021-ci il tarixdə cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 №-li Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında", “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin müddəalarını (şəxsi və ailə həyatına hörmət hüququ) rəhbər tutmaqla Bakı şəhəri, Yasamal rayonu, X35 13A ünvanında olan qəbiristanlığın 4-cü sektorunda yerləşən atası X10 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə qaytarılması; atası X10 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikili ilə onun solunda yerləşən mərhum X6 (19221961) məxsus qəbirüstü tikili və sağında yerləşən mərhum X4 (1907- 1966) məxsus qəbirüstü tikili arasında məsafənin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalan”nın 21.1. bəndinin müddəalarına uyğunlaşdırılması vəzifəsinin (öhdəliyi) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X19 16 mart 2011-ci il tarixində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X35 13A ünvanında yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Atasına məxsus qəbirin yeri qəbiristanlığın 4-cü sektor hissəsində yerləşir, sağ hissəsində atası X2 (1907-1966), sol hissəsində X5 (1922- 1961), qabağında-qarşısında isə X11 (1939-1979) qəbirləri yer alır. Bildirmək istəyir ki, 03 dekabr 2020-ci il tarixinədək atası X7 qəbirindən solda X14 və daha 2 qəbir olmaqla ümumilikdə atası ilə birlikdə 4 qəbir yeri var idi (hazırda həmin sırada 5 qəbir yeri var). Artıq təsəvvür yarandığı üzrə, həmin ərazidə əvvəllər atasından əlavə üç qəbir yerləşdirilmiş və sonradan əlavə qəbir üçün, yəni dördüncü qəbir üçün yer ayrılmamış və nəzərdə tutulmamışdır. Orada 4-cü qəbir üçün yer olmamasına baxmayaraq, X20 məxsus yeni bir qəbri iki köhnə qəbirüstü tikililəri aralayaraq arasında yerləşdirmişlər. Buna ərizəsinə əlavə etdiyi fotoşəkillərə baxdıqda da aydın görmək olur. Fotoşəkillərə baxdıqda aydın müşahidə olunur ki, qəbirüstü tikililər sağasola tərəf sürüşdürülmüş, X6 məxsus qəbirüstü tikili atasının qəbrinə tərəf, atasının qəbirüstü tikilisi isə X1 (mərhumun öz atasının) qəbrinə tərəf sürüşdürülmüşdür. Yəni atasının qəbir yeri (cəsədinin qalıqları deyil) yox, qəbirüstü tikilisi yerdəyişmələrə məruz qalmışdır. Eləcə də alasının qəbirindən solda 3 qəbirin üst hissəsinin (qəbir daşlarının yeri) yerləri dəyişdirilmişdir. Bunun üçün heç tikinti-texniki ekspertiza keçirilməsinə və ya mütəxəssisin rəyinin alınmasına belə ehtiyac yoxdur. Əyani gözlə belə görmək olur ki, qəbirüstü tikililər sağa- sola tərəf sürüşdürülmüşdür. Atasının qəbir daşları (qəbirüstü tikililər) isə sağa sürüşdürülmüşdür. X20 (xx.xx.1948, xx.xx.2020) yeni qəbir yeri açmaqdan ötrü X15 qəbirüstü tikilisi sola, X5 qəbirüstü tikilisi isə sağa sürüşdürülərək hər ikinin ortasında X16 qəbri (qəbir yeri və qəbirüstü tikilisi) yerləşdirilmişdir. Ərizəyə əlavə olunan fotoşəki llərdən görünür ki, ən sonuncu xx.xx.2020-ci il tarixdə X23 vəfat etmiş, təbii olaraq da ən sonuncu o dəfn olunmuşdur. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki, qəbirüstü tikililərin quraşdırılmasmda cərgə ilə sıralanmaya əməl olunmamışdır. Onların vəfat etmiş şəxslərinə aid qəbir yerindən kənar şəxslər tərəfindən istifadə edilməsə də və vəfat etmiş mərhum şəxslərinə qarşı böyük hörmətsizlik olunaraq qəbir yerinin üstündə yerləşən qəbirüstü tikili sağa sürüşdürülmüşdür. Qəbiristanlığa olan 16 mart 2021 -ci il tarixli ziyarətlərindən məlum olmuşdur ki, iki qəbirin arasında yerləşən 2 kv. m məsafəyə yeni cəsəd dəfn olunmuş, yeni qəbirüstü tikili inşa edilmişdir. Yeni qəbir yerinin eni İ metr, uzunluğu isə 2 metrdir. Qevd etdiyi üzrə 2 kv.m sahəni ehtiva edən arakeçmə məsafəsində bu ölçüdə yeni qəbirüstü tikili inşa edilə bilməz. Yeni qəbirüstü tikilinin isə atası X10 qəbirüstü tikilisinin təxminən 40 sm məsafədə sağa sürüşdürülməsi, yəni yerinin dəyişdirilməsi nəticəsində inşa edilib. Qəbiristanlığın müdriyyətinə 16 mart 2021-ci il tarixində bu barədə etdiyi müraciətin nəticəsi olaraq ona qəbirüstü tikilinin yerinin heç bir vəchlə dəyişdirilməyəcəyini və atasının qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə bərpa olunmayacağını bildirilmişdir. Atasının qəbrinə vurduğu ziyana görə ona dəymiş mənəvi ziyanı ağlabatan məbləğdə qiymətləndirib həmin pulu cavabdeh orqandan tələb edə bilərdi. Lakin o, bu kompensasiya tələbindən də imtina edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8519/2021 nömrəli, 17 iyul 2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon İcra Hakimiyyəti inzibati məh kəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti- texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
10. Ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, qəbirüstü tikilinin yerinin sürüşdürülüb- sürüşdürülməməsinin müəyyən olunması xüsusi bilik tələb olunmadığı səbəbindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və 3-cü maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
11. Məhkəmə tərəfindən həmin q ərardadın icrası təkrar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, tədqiq olunan qəbirüstü tikilinin ilkin vəziyyətdə planlı yerdəyişməsinə dair layihə sənədi və ya plan-sxem olmadığından həmçinin qəbirüstü tikililər arasındakı məsafə mövcud tikinti normalarında nəzərdə tutulmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
12. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddianın “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatı qəbirüstü tikililər arasındakı məsafənin ölçülərini göstərməklə qəbirüstü tikililələrin sürüşdürüldüyünü etibarlı şəkildə sübut etmir. Həmçinin, iş materiallarına əlavə olunmuş sənədlərdən (fotoşəkillər və disk iş materiallarına əlavə olunmuşdur) qəbirüstü tikililərin əsaslı şübhə yaratmadan sürüşdürüldüyünü müəyyən etmir.
15. İddiaçı iddiasının əsası kimi mərhum atası X10 Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığında yerləşən qəbir yerinin sürüşdürüldüyünü bildirsə də, məhkəmə icraatında bu hal hər hansı tutarlı sübutla təsdiqlənməmişdir. Tə qdim edilmiş fotoşəkillər isə yaxın ərazidə olan qəbir yerlərinə münasibətdə dəyişikliyi əks etdirməməklə yanaşı, həm də mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda, təqdim edilmiş sübutlar məcmusunda məhkəmə iddianı əsaslı hesab etmir.
16. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və Ç.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 №- li Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması QaydalarCnın 21.1. bəndinə əsasən dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə İ metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
21. İş materiallarından və fotoşəkillərdən görünür ki, cavabdeh Yasamal R ayon Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 №- li QƏRARİ ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 21.1. bəndinin tələbləri kobud şəkildə pozulmuşdur.
22. İddia ərizəsinə əlavə etdiyimiz 06 iyul 2021-ci il tarixli, 071/LBC saylı qiymətləndirmə rəyindən görünür ki, mərhum X12 (1943-2011) qəbirüstü tikilisi ilə onun atası mərhum X2 (1907-1966) qəbirüstü tikilisi arasındakı qısa məsafə 3,3 sm-dir. (üç santimetr üç millimetr) təşkil edir, (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə). “Qəbiristanlıqların salınması və idarə olunması QaydalarTndan görünür ki, bu məsafə minimum 50 santimetr ( 0.5 metr) təşkil etməli idi.
23. Həmin rəydə qeyd olunmuşdur ki, mərhum X8 (1943-2 011) qəbirüstü tikilisi ilə onun atası mərhum X3 (1907-1966) qəbirüstü tikilisi arasındakı uzun məsafə 25 sm-dir. (iyirmi beş santimetr) təşkil edir (sinə daşından ölçülən sinə daşına qədər olan məsafə). 24. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarından görünür ki, bu məsafə minimum 50 santimetr ( 0.5 metr) təşkil etməli idi.
25. Mətnin rəydə qeyd olunmuşdur ki, mərhum Həsənov VaqiT Zülfliqar oğlunun (1943-2011) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi ilə arasındakı qısa məsafə 2,8 sm-dir. (iki santimetr səkkiz millimetr) təşkil edir (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə). 26. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 50 santimetr ( 0.5 metr) təşkil etməli idi.
27. Həmi n rəydə qeyd olunmuşdur ki, mərhum X9 (1943-2011) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi ilə arasındakı uzun məsafə 23 sm-dir. (iyirmi üç santimetr) təşkil edir (sinə daşından ölçülən sinə daşına qədər olan məsafə). 28. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”ndan görünür ki, bu məsafə minimum 50 santimetr ( 0.5 metr) təşkil etməli idi.
29. Həmin rəydən görünür ki, mərhum X16 (1948-2020) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi arasındakı qısa məsafə 18 sm-dir. (on səkkiz santimetr) təşkil edir (baş daşının ətəyindən ölçülən baş daşının ətəyinə qədər olan məsafə).
30. Həmin rəydən görünür ki, mərhum X16 (1948-2020) qəbirüstü tikilisi ilə mərhum X5 (1922-1961) qəbirüstü tikilisi arasındakı uzun məsafə 27,5 sın-tlir. (iyirmi y eddi santimetr beş millimetr) təşkil edir (sinə daşından ölçülən sinə daşına qadar olan məsafə).
31. Həmin rəydən görünür ki, mərhum X10 (1943-2011) qəbirüstü tilikisi ilə onun qarşısındakı mərhum X17 qəbirüstü tikilisi arasındakı məsafə 83 snı-dir. (səksən üç santimetr) təşkil edir (sinə daşının ayağından ölçülən baş daşının arxasına qədər olan məsafə). 32. “Qəbiristanlıqların salınması və idarə olunması QaydalarTndan görünür ki, bu məsafə minimum 100 santimetr (1 metr) təşkil etməli idi.
33. Həmin rəydən görünür ki, mərhum X10 (1943-2011) qəbirüstü tikilisi üçün ayrılan sahə 1,44 kv.metr (bir tam yüzdə qırx dörd kvadrat metr) təşkil edir (sinə daşının eni 0.5 metr, qəbirüstü tikilinin uzunluğu 1.6 metr (1.4 metr sinə daşı, 0,2 metr baş daşının qalınlığı), baş daşının ətəyinin uzunluğu 0. 9 metr). 34. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarf’ndan görünür ki, hər bir qəbir üzrə minimum 5 kvadratmetr sahə ayrılmalıdır. Göründüyü kimi atamın qəbri üçün qanunvericiliyə zidd olaraq az sahə ayrılması bəs deyil, üstəlik lıəmin az salıədə də atamın məzarının başına min cür oyun gətirirlər.
35. Ərizəyə əlavə olunan fotoşəkillərdən də açıq- aşkar görünür ki, qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin etdiyi səhvləri təkrar edərək qeyd olunanları görməzdən gəlmişdir.
36. Həmin Qaydaların 21.2. bəndinə əsasən ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir.
37. İş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin yuxanda qeyd olunan müddəalarına əməl olunmamışdır. Apellyasiya instansiya məhkəməsi bu halları araşdırmamışdır.
38. Həmin Qaydaların 22.2. maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdınlarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sırala nmaya əıııəl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.
39. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki, qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmamışdır.
40. Həmin Qaydaların 22.4. maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililərin və onların üzərindəki yazıların dəyişdirilməsinə qəbiristanlığın müdiriyyətinin razılığı ilə yol verilir və aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 22.4.1. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsi səbəbləri göstərilməklə ərizə; 22.4.2. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair ərizə ilə müraciət etmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd, habelə qohuml uq əlaqəsini və ya qanuni nümayəndə olmasını təsdiq edən sənəd; 22.4.3. qəbirüstü tikilinin və ya onun üzərindəki yazının dəyişdirilməsinə dair digər qohumların, qanuni nümayəndənin və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslərin razılıq ərizəsi.
41. Qaydaların bu müddəlarından görünür ki, belə bir qanunsuzluğa şərait yaradan orqan qəbiristanlığın miidriyyəti ola bilərdi və atamın qəbirüstü tikilisi sürüşdürülərkən qızı olaraq mənim razılıq ərizəm alınmamışdır.
42. Həmin Qaydaların 22.6. maddəsinə əsasən dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər dəfn olunmuş şəxsin qohumlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş vərəsəlik növbəliliyinə uyğun olaraq razılığı ol duqda dəyişdirilir, belə razılıq əldə edilmədikdə, qəbirüstü tikililərin dəyişdirilməsinə yol verilmir.
43. İş materiallarından açıq-aydın şəkildə görüniir ki, atama məxsus qəbirüstü tikili mənim və başqa varislərinin icazəsi olmadan sağa tərəf sürüşdürülmüş, yeni qəbrə yer açılması üçün sağ və solunda olan qəbirlərə birləşdirilmişdir.
44. Həmin Qaydaların 1.1. maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olun masına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən qəbirsanlığın salınması və qorunması qaydaları pozulmuşdur.
45. Yasamal Rayon Bələdiyyəsinin bunu etməkdə əsas niyyət və marağının nə olması bizə məlum olmasa da, belə bir qanunsuzluğa göz yumması haqlı olaraq bizdə əsaslı şübhələr yaratmışdır.
46. Həmin Qaydaların 12.2. bəndinə əsasən qəbiristanlıqların normal fəaliyyətinin təşkı edilməsi məqsədi ilə bələdivvə: 12.2.1. qəbiristanlığın ştat cədvəlini və xərclər smetasını təsdiq edir; 12.2.2. qəbiristanlığın müdiriyyətim Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbu l və işdən azad edir, 12.2.3. qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir, 12.2.4. mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair bıı Qaydaların 11-ci hissəsinə və torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir; 12.2.5. əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin dəfn mərasimlərinin təşkilinə yardım göstərir.
47. İş materiallarından görünür ki, cavabdeh Yasamal Rayon Bələdiyyəsi mərhum atamın qəbrinə və qəbirüstü tikilisinə münasibətdə qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlər görməmiş, qanunvericiliyin müddəalarına əməl etməmişdir. Nə birinci nə də apellyasiya instansiyası məhkəməsi işi tam ətraflı araşdırmamış, qeyd etdiyimiz hallara hüquqi qiymət verməmişdir.
48. Ərizəmizə əlavə etdiyimiz fotoşəkillərdən görünür ki, bizim vəfat etmiş şəxsimizə aid qəbir yerindən kənar şəxslər tərəfindən istifadə edilməsə də və vəfat etmiş mərhum şəxsimizə qarşı böyük hörmətsizlik olunaraq qəbir yerinin üstündə yerləşən qəbirüstü tikili sağa sürüşdürülmüşdür. Bu fotoşəkillərdən tam aydın olaraq görünür.
49. İş materiallarından görünür ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Lakin təəsüflər olsun ki, apellyasiya məhkəməsi çoxsaylı maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulmasına nəinki diqqət yetirməmiş, tam əksinə özü də əvvəlki məhkəmənin etdiyi yalnışlıqları təkrarlamışdır.
50. Qəbiristanlığa olan 16 mart 2021-ci il tarixli zi yarətimizdə isə məlum olmuşdur ki, iki qəbirin arasında yerləşən 2 kv.m məsafəyə yeni cəsəd dəfn olunmuş, yeni qəbirüstü tikili inşa edilmişdir. Yeni qəbir yerinin eni 1 metr, uzunluğu isə 2 metrdir. Qeyd etdiyimiz üzrə, 2 kv.m sahəni ehtiva edən arakeçmə masafəsində bu ölçüdə veni qəbirüstü tikili inşa edilə bilməz. Yeni qəbirüstü tikilinin isə atam X10 qəbirüstü tikilisinin təxminən 30-40 sm məsafədə sağa sürüşdürülməsi, yəni yerinin dəyişdirilməsi nəticəsində inşa edilib.
51. İş materiallarından görünür ki, çoxsaylı mötəbər dəlillər (sübutlar) təqdim etməyimizə baxmayaraq birinci instansiya və sonradan apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq iddiamızı rədd etmişdir.
52. Bütün yuxarıda göstərilənlərə əsasən, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1566/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarının tamamilə ləğv edilməsini, işin yenidən obyektiv və ədalətli baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
53. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən: -13.2. Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir: -13.2.3. qəbiristanlıqlarda qəbirlərin sı ralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək; -21.1. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. -21.2. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. -21.3. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.
55. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 56. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn v ə yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1. Maddəsinə əsasən qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə yəni. 516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə - vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya- gigiyena normalarının pozulmasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 516-1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 57. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasib ətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
58. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırma ğa borcludur. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
60. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
61. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsaslı hesab edilə bilməz.
62. Belə ki, məlum olduğu kimi hazırkı işdə cavabdeh qismində Yasamal Rayon Bələdiyyəsi iştirak edir, iddia tələbini isə “qəbirüstü tikilinin əvvəlki vəziyyə tinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” təşkil edir.
63. İddiaçının qənaətinə görə, onun mərhum atasının qəbir daşları (qəbirüstü tikililər) sağa sürüşdürülmüş, nəticədə qəbir daşlarının yeri dəyişdirilmişdir.
64. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbi ristanlığı xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yerdə xx.xx.2020-ci il tarixdə Yasamal bələdiyyəsi tərəfindən dəfn aparılmışdır.
65. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-cı il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən yerli ozünüidarəeımə orqanları tərəfindən tənzimlənir. Belə ki, qaldırdığı məsələ Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir.
66. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda yerləşən hasara alınmış ərazidə Yasamal Bələdiyyəsinin əməkdaşları və vətəndaş İddiaçı tərəfindən baxış keçirilən zamanı məlum oldu ki, İddiaçı qeyd etdikləri öz təsdiqini tapmamışdır.
67. Bununla yanaşı, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən təkrarən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda atası X18 məxsus qəbir daşının sökülərək yerinin dəyişdirilməsi və dəfn qaydalarının pozulması faktı Yasamal Bələdiyyəsinin əm əkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, orda heç bir qəbir yeri sökülüb yerindən tərpənməmişdir. Əvvəldən orda dəfn olunmuş qəbir yerləri olduğu kimi qalır. Əraziyə baxış keçirilməsi zamanı o dəvət olunub və birlikdə orada heç bir qanunsuz fakt aşkar edilməmişdir.
68. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin 2-1(112)-1605/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
69. Ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, qəbirüstü tikilinin yerinin sürüşdürülüb-sürüşdürülməməsinin müəyyən olunması xüsusi bilik tələb olunmadığı səbəbindən “Məhkəmə ekspe rtizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və 3-cü maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
70. Daha sonra məhkəmə tərəfindən həmin qərardadın icrası təkrar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, tədqiq olunan qəbirüstü tikilinin ilkin vəziyyətdə planlı yerdəyişməsinə dair layihə sənədi və ya plan-sxem olmadığından həmçinin qəbirüstü tikililər arasındakı məsafə mövcud tikinti normalarında nəzərdə tutulmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
71. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın 849 nömrəli 16 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir: “İddiaçı “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair adı çəkilən Elxan Süleymanlı, 1 saylı Dağüstü qəbiristanlıqda yaxınlarını dəfn edən şəxsdir. Hazırda DİN-in əməkdaşıdır.
72. İş üzrə bəzi sorğulara cavab verilməsi üçün Yasamal Bələdiyyəsi tərəfindən Elxan Süleymanlı dəvət olunmuş və o, öz izahatında bildirmişdir ki, Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda xx.xx.1960-cı ildə anasının anası (nənəsi) X21, xx.xx.1961-cı ildə anasının atası (babası) Niyazov İsmayıl və 2020-ci ildə anasının qardaşı (dayısı) X23 dəfn olunmuşlar.
73. Üçüncü sektorda yerləşən həmin ərazi onların yaxınları tərəfindən dəfn oluna n yer olub. İddiaçı qohumları ilə X13 isə 1966-cı ildə bizim yaxın qohumumuz (bibisinin əri) olan Həsən Həsənovun icazəsi ilə orada dəfn olunmuşdur. Onlar əslən Cəbrayıl rayonundandır, biz isə Gəncə şəhərindən. Yəni yaxın qohumumuz deyillər.
74. Eyni zamanda E.Süleymanlı bildirdi ki, bizim qohumlar, yaxınlar 1960-cı illərdə orada dəfn olunduqları halda İddiaçı yaxınları 1966-cı ildə bizim qohumlardan icazə alıb dəfn olunublar.
75. Elxan Süleymanlı həmçinin bildrdi ki, orada heç bir qəbrüstü daşlara zərər vurulmayıb və sürüşdürmə aparılmamışdır. Sadəcə dəfn olunan qohumların qəbrüstü abidəsinin üzəri aşınmaya məruz qaldığından, yeni daşla (qara mərmərlə) yenilənmişdir.”
76. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddi açının qəbir daşının sökülərək yerinin dəyişdirilməsi ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır.
77. Həmçinin apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
78. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
79. Şərh edilənlərə və İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1566/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.