Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1594/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər N.Rəsulbəyova (sədrlik edən və məruzəçi-hakim), Z.Quliyev və İ.Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi F.Rəsulovanın, iddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndə, üçüncü şəxs Üçüncü şəxs vəkili Vəkil iştirakı ilə Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)284/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarından kassasiya şikayətini n verilməsi üçün buraxılmış müddətin bərpası barədə iddiaçının vəsatətinə baxaraq Müəyyən etdi: Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsi 2in(82)-1555/2013 saylı 12 avqust 2013-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)284/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsi 2in(82)-1555/2013 saylı 12 a vqust 2013-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından narazı qalan iddiaçı Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)284/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatət vermişdir. İddiaçı vəsatətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya 11.09.2018-ci il tarixdə təqdim edilmiş, 31.09.201811.10.2018-ci il tarixləri arasında iddiaçı İraq Respublikasında ziyarətdə olmuş, ziyarətdən qayıtdıqdan sonra isə iddiaçının atası xəstə olduğu üçün başı qarışıq olmuş, bu səbəbdən kassasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən 08 aprel 2019-cui il tarixli, 2-1(102)-1594/19 saylı məktubla buraxılmış müddətin bəpası barədə vəsatətə baxılması 01 may 2019-cu il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. 01 may 2019-cu il tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndə prosessual müddət üzrlü səbəbdən ötürüldüyündən müddətin bərpası barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01 may 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)284/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçının nümayəndəsinə 19 sentyabr 2018-ci il tarixdə qəbzə imza etdirməklə təqdim olunmuşdur (i.v. 221). Lakin həmin qərardan kassasiya şikayəti və müddətin bərpası barədə vəsatət 15 noyabr 2018-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Resp ublikası İnzibati Prosessual Məcəlləsinin 94.1 maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, prosessual müddətin buraxılması ilə bağlı vəsatət əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Belə ki, göstərilən prosessual hüquq normalarının tələbləri baxımından ərizəçi buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməli və ərizədə, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir və məhkəmə müəyyən müddətdə şəxsin prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik törədən istənilən hə yati halı üzrlü səbəb hesab edə bilər. Iddiaçı müddətin ötürülməsinin üzürlü səbəbləri ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən ötürüldüyü və onun üzrlü səbəbləri sübuta yetirilmədiyi üçün vəsatət təmin olunmamalı, kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 1.2., 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Iddiaçı müddətin bərpası barədə vəsatəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)284/2018 saylı 31 iyul 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1594/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1594/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver